Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Masahiko İnoha
Masahiko İnoha (d. 25 avqust 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 1 qol vurub.
Sneha Ullal
Sneha Ullal (d. 18 dekabr 1987) — hind aktrisası. 18 dekabr 1987-ci ildə Omanın paytaxtı Maskat şəhərində anadan olmuşdur. Əsas tamil, hind, teluqu, kannada dillində filmə çəkilir. Təhsilini Maskatda yerləşən hind məkəbində alıb. Mumbaya köçdükdən sonra Varkat kollecinə daxil olur. 2005-ci ildə Salman Xanla bir yerdə "Laki, sevgi üçün zaman yoxdur" filminə çəkilib. Subaydır.
Satomura Şoha
Satomura Coha (里村紹巴, 1525, Nara[d] – 2 iyun 1602) və ya Satomura Şoha – Yaponiya şairi. XVI əsrin əsas renqa şairlərindən biri hesab olunur. Əsl soyadı Matsumura olsa da, 1552-ci ildə müəllimi Satomura Şokyunun ölümündən sonra soyadını dəyişmişdir. Bəzi mənbələrdə 1527-ci ildə doğulduğu qeyd olunur. Coha 12 yaşında Nara şəhərindəki Kofuku məbədinin şagirdi olmuş və qısa müddətdən sonra renqa janrını öyrənməyə başlamışdır. 1545-ci ildə keşiş olmuş, Coha adını götürmüş və 1544-cü ildə renqa ustası Şukeyi Kiotoya qədər müşayiət etmişdir. Burada bir çox renqa məclisində iştirak etmiş, keçmiş saray əyanlarının başçılığı altında klassik poeziyanı və "Gencinin hekayəsi" romanını öyrənmişdir. Şukeyin ölümündən sonra Şokyunun şagirdi olmuşdur. Şokyunun ölümündən sonra onun oğlu və varisi Şoşitsunun təhsilini öz üzərinə götürmüş və onu böyütmüşdür. Bu dövrdən sonra Coha ölkənin ən qabaqcıl renqa şairi kimi tanınmışdır.
Skoda
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Sohar
Sohar (ərəb. صحار‎ing. Sohar) Oman Sultanlığının paytaxtı Maskat şəhərindən başqa ən inkişaf etmiş şəhərdi. Maskat şəhərinin şimalında yerləşən Sohar şəhəri ölkənin ən qədim paytaxtlarından birisi və Sindibadın doğulduğu inanılan şəhərdir. Qədim bir dənizcilik tarixi və tarixi bir balıkçı qəsəbəsi olmaqla yanaşı daha çox Sohar Sənayi limanında tikilməsindən sonra yaranan və inkişaf edən sənayesi ilə məşhurdur. 2010-cu ilin siyahıya alınmasına görə şəhərin əhalisi 140.006 nəfərdir. Buna görə Oman Sultanlığının 5-ci ən böyük əhaliyə malik şəhəri sayılır. Sohar şəhəri bir çox yerli və xarici investorların və işadamlarının diqqət mərkəzinə çevrilmiş şəhərə böyük miqdarda investisiya qoyulmuşdur.Bu investisiya sayəsində 2002-ci ildə Sohar Limanının ətrafında Sohar Sənaye Ərazisində yaranan bir neçə investisiya layihələri ilə sənaye inkişaf etmiş, iqtisadiat yüksəlmişdir. həmçinin Hörmüz boğazına yaxınlığı ilə əlaqəli stratejik bir dəyərə də malikdir. Liman Sohar Sənaye Limanı Şirkəti (SIPC) tərəfində beynəlxalq bir liman kimi idarə olunur.Sohar Sənaye Limanı 12 milyard dollardan çox mövcud olan investisiya ilə dünyanın ən böyük liman inkişaf layihələri arasında yerini tapır.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. 15 iyun 1986-cı ildə doğulub.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Sonora
Sonora (isp. Sonora), rəsmi adı ilə Sonora Azad və Suveren Ştatı (isp. Estado Libre y Soberano de Sonora) — Meksikanın ştatı. Ştat 72 inzibati vahiddən ibarətdir. Paytaxtı və ən böyük şəhəri Ermesilodur.
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1100 nəfərdir. Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Noua
Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, Moldova və Ukraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar. Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958; Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т.
Nota
Not
Ebrima Sohna
Ebrima Sohna (14 dekabr 1988-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə klubunda yarımmüdafiəçi kimi çıxış edən Qambiyalı professional futbolçudur.
Enola Gay
Enola Gay — İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Boeing B-29 Superfortress tipli bombardman təyyarəsi. Təyyarə adını hələ uçuş xəttində ikən seçən pilot Paul Tibbetin anası Enola Qay Tibbetsdən almışdır. İkinci dünya müharibəsinin son mərhələlərində 6 avqust 1945-ci ildə dünyada atom bombası atan ilk təyyarə olmuşdur. "Little Boy" ("Kiçik Oğlan") adlı atom bombasının hədəfi kimi Yaponiyanın Hiroşima şəhəri seçilmiş və şəhərdə görünməmiş dağınıtıya səbəb olmuşdur. "Enola Gay" Kokuranı hədəf almaq istəyən ikinci atom hücumunda kəşfiyyat təyyarəsi kimi iştirak etmişdir. Lakin buludlar və tüstüyə görə hədəf dəyişdirilərək Naqasaki şəhəri seçilmişdir. İkinci dünya müharibəsindən sonra təyyarə ABŞ-yə qayıdıb Nyu-Meksiko ştatındakı Kəşfiyyatçı Hava Qüvvələri Bazasında istifadə olunmağa başlamışdır. "Crossroads əməliyyatı" zamanı nüvə silahının testi üçün Sakit okeana uçsa da, sonda Bikini atoluna atom bombası atacaq təyyarə kimi seçilməmişdir. Həmin il "Enola Gay" Smitsonian İnstitutunun bazasında illərlə qalmış, 1961-ci ildə sökülüb institutun Merilend ştatının Suitlend şəhərindəki anbarına aparılana qədər havaya və suvenir ovçularına qarşı müdafiəsiz qalmışdır. 1980-ci illərdə bəzi veteranlar Smitsonian İnstitutundan təyyarənin sərgilənməsi tələb etmişlər.
Hiroo Onoda
Hiroo Onoda (yapon. 小野田 寛郎 Hiroo Onoda, 19 mart 1922, Kaynan[d], Vakayama prefekturası – 16 yanvar 2014, Tokio[d]) — II Dünya Müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən - yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın “Santos Dumont” Medalı və Yaponiyanın “Şərəf” Medalı ilə təltif edilmişdir. == Bioqrafiyası == === 1922-1945 === Hiroo 1922-ci il martın 19-da Vakayama Prefekturasının Kamekava kəndində Onoda Tanedziro və Onoda Tamaenin ailəsində anadan olmuşdur. Oğlanın atası müəllim, jurnalist və prefektura məclisinin deputatı, anası isə müəllimə idi. Gənc Onoda ailənin üçüncü oğlu idi və üç qardaşı, bir bacısı var idi. Gəncliyində Kainan orta məktəbində oxumuş və burada xüsusilə kendo - yapon qılıncoynatma sənətini öyrənmişdi.
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
Qaranlıqdan sonra
Qaranlıqdan sonra (yap. アフターダーク) Haruki Murakami tərəfindən tərəfindən 2004-cü ildə nəşr etdirilmiş romandır.
Rajya Sabha
Rajya Sabha (Əyalətlər Məclisi) Hindistan Parlamentinin yuxarı palatasıdır. Rajya Sabha üzvlərinin sayı konstitusiyaya görə ən çox 250 üzvlə məhdudlaşdırılır və mövcud qanunlarla 245 üzvü vardır. Məclis üzvlərinin əksəriyyəti dəyişdirilə bilən səsvermə haqqından istifadə edən dövlət və regional qanunverici hakimiyyət orqanları tərəfindən dolayı yolla seçilsə də, prezident incəsənət, ədəbiyyat, elm və sosial xidmətlərə verdiyi töhfələrə görə 12 üzv təyin edə bilər. Üzvlər hər altı ildən bir seçilir; üzvlərin üçdə biri vəzifələrini hər iki ildən bir başqasına verir.
Sasha Grey
Saşa Qrey (14 mart 1988[…]) — ABŞ aktrisası, modeli, yazıçısı, ifaçısı və keçmiş pornoaktrisası. 2006–2011-ci illərdə pornoqrafik filmlərdə iştirak edib.