Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sororat
Sororat (lat. “soror” - bacı) — nigahın qədim kəbin formalarından biri, arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi.Sororat adəti arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsinə icazə verirdi. Sororat adəti anasız qalmış uşaqların qayğısına qalmaq zərurətilə bağlı idi. Belə hesab olunurdu ki, vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı ana onların xalası ola bilər.
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469 – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. == Həyatı == Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). == Karyerası == Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. == İstinadlar == == Mənbə == Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Salvador Sobral
Salvador Vilar Braamkamp Sobral (port. Salvador Vilar Braamcamp Sobral; d. 28 dekabr 1989, Lissabon, Portuqaliya) — Portuqaliyalı soul və caz musiqiçisi. O, Portuqaliyanı "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır. == Həyatı == Salvador Sobral 28 dekabr 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olmuşdur. Salvador Luis Kabral Braamkamp Sobral müğənninin atası, Luiza Mariya Kabral Posser Vilar isə anasıdır. O yaşadığı Lissabon şəhərinin Instituto Superior de Psicologia Aplicada institutunda Psixologiya üzrə təhsil almışdır. Salvador 2009-cu ildə Portuqaliyanın Ídolos musiqi yarışmasında iştirak etmişdir. Müğənni beş dildə səlis danışa bilir: portuqalca, ispanca, ingiliscə, italyanca və katalanca. == Musiqi karyerası == === 2009–2010: Ídolos === Salvador Sobral 2009-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında iştirak etmişdir və həmin yarışma sayəsində Portuqaliya tamaşaçıları Sobralı ilk dəfə səhnədə görmüşdürlər.
Tobira pittosporumu
== Təbii yayılması: == Təbii halda Yaponiyada geniş yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, tərs yumurtavari, uc tərəfdən enli-dairəvi, qaidəsinə doğru daralmış, dərivari, çılpaqdır, kənarları daxilə əyilmiş, dalğalıdır. Yarpaqları qısa saplaq üzərində yerləşir, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən ağımtıl-yaşıl rəngdə olub, sıx halda cavan budaqların uclarına toplanmışdır. May ayının ikinci yarısında çiçəkləyir, 8-9 mm diametri olan ağ rəngli, ətirli çiçəkləri budaqların uclarındakı qalxancıqlarda yerləşmişdir. Ləçəkləri ətlidir. Meyvəsi qutucuq, budaqlı, sıx tüklü, 4 oxlu olub, 12 mm uzunluqdadır. Abşeron şəraitində kütləvi çiçəkləyir və toxum əmələ gətirir. Toxumlarla və yarımoduncaqlaşmış zoğlardan götürülmüş qələm vasitəsi ilə çoxaldılır. == Ekologiyası: == Yay dövründə 16-180C temperaturda qumdan hazırlanmış substratda yaxşı kök atır.
İohan Şobert
İohan Şobert (d. 1720, 1735 və yaxud 1740?, Sileziya, Avstriya - ö. 28.8.1767, Paris, Fransa) — bəstəkar və klavesinçi.
Sokrat metodu
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir. Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.
Bozor Sobir
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر‎; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013).Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur. Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac. Аз хуни Сиёвушем) şeirinə musiqi əlavə ediləndən sonra Tacikistanın de-fakto himninə çevrilmişdir.
Sirat körpüsü (film, 2007)
== Məzmun == Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir. Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır.