Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sovetsk
Sovetsk (Kalininqrad vilayəti)
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür == Coğrafiyası == Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. == Coğrafiyası və nəqliyyatı == Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. == Tarixi == Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. == Beynəlxalq əlaqələri == === Qardaşlaşmış şəhərlər === Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: == Həmçinin bax == Macarıstan şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Oleksandr Savenko
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Krılya Sovetov FK
Krılya Sovetov FK (rus. Профессиональный футбольный клуб «Крылья Советов» Самара) – Rusiyanın Samara şəhərini təmsil edən futbol klubu . Klub hal-hazırda Rusiya Premyer liqasında çıxış edir. 2017/2018 mövsümündə Krılya Sovetov Rusiyanın I divziyonunda 2-ci yeri tutaraq ''Premyer liqada'' iştirak hüququ qazandı. Krılya Sovetov ev oyunlarını 44918 nəfər tutumlu ''Samaya'' Arenada keçirir. Krılya Sovetovun yüksək liqaya yüksəlməsində əsas pay sahibi 10 qol ilə rusiyalı futbolçu Sergey Kornilenko olmuşdur . == Tarixi == Krilya Sovetov Samaya klubu 1942-ci ildə yaranıb. Klub ilk rəsmi matçını 30 iyul 1944-cü ildə SSRİ kubokunda Lokomotiv Moskva FK qarşı keçirdi və 1-5 hesabı ilə məğlub oldu .SSRİ Çempionatında (ikinci qrup) ilk oyunu 4 iyun 1945-ci ildə Kuybyshev stadionunda, Lokomotivdə ''Qorkinin Torpedo'' komandasına qarşı keçirildi. Oyun 1-1 bərabərliklə başa çatdı. Onu da qeyd edək ki klubun ilk baş məşqçisi Viktor Novikov olmuşdur.
Sovetsk (Kalininqrad vilayəti)
Sovetsk (rus. Советск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Sovetsk (Kirov vilayəti)
Sovetsk — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Krılya Sovetov Samara FK