Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selkit
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Ana Sokliç
Ana Sokliç (10 aprel 1984) — Sloveniyalı müğənni. Ana Sokliç Sloveniyanı Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən "Günəş sistemi" kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Con Tolkin
Con Ronald Ruel Tolkin (ing. John Ronald Reuel Tolkien; /dʒɒn ˈrɒnld ˈruːəl ˈtɒlkiːn/; 3 yanvar 1892[…], Blumfonteyn, Azad Oranj Dövləti[…] – 2 sentyabr 1973[…], Bornmut, Dorset[d][…]) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur. Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir. Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" (ing. Legendarium) ifadəsini istifadə etmişdi. İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir.
Dolqiy adası
Dolqiy — uzunsov və ensiz ada Peçora dənizində, Barens dənizinin cənub-şərqində yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Nenets Muxtar Dairəsi ərazisinə daxildir. 38 km uzunluğa, 4 km enə malikdir. Materikdən 12 km aralıda yerləşir. Relyefi düzəndir. Ərazisində tundra hakimdir. Yaxınlığında Matveev, Qoles və Bolşoy Zelenes adaları yerləşir. Ada Nenes Dövlət təbiət qoruğu ərazisinə daxildir. Burada Neneslərə aid müqəddəs məkanlar vardır.
Gölköy (Qaraqoyunlu)
Gölköy — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. Əvvəllər Mürşişəli kəndinə bağlı olan Göl kəndi 2021-ci ildə "Gölköy" adlı kəndə çevrilmişdir.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Aleksandar Solic
Aleksandar Şoliç (29 yanvar 1983 və ya 9 yanvar 1983, Riyeka) — peşəkar karyerasını bitirmiş Xorvatiya futbolçusu, son olaraq "Opatiya" klubunda çıxış etmişdir. 2007-ci ilin may ayında Bosniya və Herseqovina millisinə dəvət alsa da heç biri oyunda iştirak etmədi. 2009-2010 mövsümündə Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilmişdir.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Solli Madonna
Solli Madonna (it. La Madonna Solly) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500-1504-cü illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Solli Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Uilyam Şokli
Vilyam Bredford Şokli (ing. William Bradford Shockley; 13 fevral 1910[…], London – 12 avqust 1989[…], Stenford[d], Kaliforniya) — Amerikalı fizik, tranzistorun müəlliflərindən biri, Fizika üzrə Nobel mükafatı laureatı (1956). Vilyam Bredford Şokli 13 fevral 1910-cu ildə Londonda anadan olmuşdur. Tranzistorun müəlliflərindən biri, amerikalı fizik Vilyam Bredford Şokli 1956-cı ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1963–1975-ci illərdə Stenford Universitetində professor vəzifəsində çalışmışdır. 1946-cı ildə müharibə işləri üçün Meritin Milli Medalı. 1953-cü ildə Milli Elmlər Akademiyasının Fizika üzrə Comstock mükafatı. 1953-cü ildə Amerika Fiziki Cəmiyyətinin Oliver E. Buckley Solid State Physics Mükafatının ilk alıcısı. 1956-cı ildə fizika sahəsində Nobel mükafatı almış, John Bardeen və Walter Brattain ilə birlikdə. Nobel dərsində Brattain və Bardeenə nöqtə kontakt transistorunun ixtiraçıları olaraq tam kredit verdilər.
Vilyam Şokli

İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Şotki diod
Şotki diodlar — Şotki diodlar nöqtə əlaqəli(adi diod) diodlar kimi metal və yarımkeçirici kristal birləşdirilməsi ilə əldə edilir. Çox yüksək tezliklər lazım olan işlərdə normal diodlar kommutasiya(açar) funksiyasını yerinə yetirərkən çətinlik çəkirlər. Məsələn istənilən müddətlərdə vəziyyəti dəyişdirməzlər (on / off). Bu problemə həll tapmaq məqsədi ilə şotki diodlar inkişaf etdirilmişdir. Şotki diodlar çox yüksək kommutasiya sürətlərinə sahibdirlər. Bu səbəblə yüksək tezliklərdə edilən işlərdə kommutasiya elementi olaraq şotki diodlar tövsiyə edilir.Ancaq bunlar P-N keçidli diod növündədir.Keçid müqaviməti çox kiçik olduğundan düzgün istiqamət bəsləməsində 0.25v da belə asanlıqla və sürətlə keçiricilik təmin edir.Əks istiqamətə doğru axan az daşıyıcıları çox az olduğundan əks istiqamət cərəyanı kiçikdir. Bu səbəblə də səs-küy səviyyələri aşağı və səmərələri yüksəkdir.Fərqli iki ayrı qrup elementdən ibarət olması səbəbilə şotki diod müqavimətləri xətti deyildir Müqavimətlərin düzgün olmaması səbəbindən daha çox mikrodalğalı alıcı olaraq istifadə edilir. Bundan başqa, modulyator, demodulyator, detektor olaraqda da istifadə olunur. https://youtube/Diyot Nedir?
Bayan-Ölqiy vilayəti
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Didrik Solli-Tangen
Didrik Solli-Tangen (11 iyun 1987) - norveçli müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "My Heart Is Yours" mahnısı ilə təmsil etmişdir.
Luis Gilyermo Solis
Luis Gilyermo Solis (isp. Luis Guillermo Solís Rivera; 25 aprel 1958) — 2014-cü ildən Kosta-Rika prezidenti. Nyu Orleanda Tuleyn Universitetinin Latın Amerika Çalışmalarında yüksək dərəcə almışdır. 1981–1987 illərdə Kosta-Rika Universitetində dosent olmuşdur. 1983–1985-ci illərdə Miçiqan Universitetində professor olmuşdur. Bu vaxt ərzində Arias yönətimi ilə çalışmış, Barış və Uzlaşma (CPR) Mərkəzində direktor olmuşdur. 1992-ci ildən 1995-ci ilə qədər Birləşmiş Millətlər Sistemində Akademik Konsey ilə çalışmışdır. 1999-cu ildən başlayaraq Ədalət İdarəsi Mərkəzində koordinator kimi və Latın Amerikasıda siyasi və sosial olayları analiz edən Latın Amerika ve Karib Mərkəzində araşdırmaçı olaraq Florida Beynəlxalq Universitetində çalışmışdır. 2014-cü ildən Kosta-Rika prezidentidir.
Qay Yuli Solin
Qay Yuli Solin (ən tezi II əsr və ən geci IV əsr, İtaliya – bilinmir, Roma) ― romalı yazıçı və coğrafiyaçı. O çox populyar "Qiymətli yaddaş haqqında" əsərin müəllifidir. Bu əsər coğrafiya sahəsində təkmil bir əsər hesab olunur. Pomponiya melin və Svetoniyanın əsərlərinə daha çox müraciət edib. Solin məqsədi — kütləyə gözəl əsər tədqim etməkdir. Onun əsərləri əsasən səyahətləri ilə bağlıdır. Burada rast gəldiyi insanlar, heyvanlar, bitkilər və minerallar barədə məlumat verir. Solin İtaliya, Qellespont və Pont, Almaniya, Qalliya, Britaniya, İspaniya, Kiçik Asiya və Hindistanı öz əsərlərində təsvir edir. O ilk dəfə "Aralıq dənizi" terminini elmə gətirmişdir. Solinə Serviya, Avqustin, Marçiana Kapelli, Prinçiana, İsidora və başqaları istinad vermişlər.
Uilyam Bredford Şokli
Vilyam Bredford Şokli (ing. William Bradford Shockley; 13 fevral 1910[…], London – 12 avqust 1989[…], Stenford[d], Kaliforniya) — Amerikalı fizik, tranzistorun müəlliflərindən biri, Fizika üzrə Nobel mükafatı laureatı (1956). Vilyam Bredford Şokli 13 fevral 1910-cu ildə Londonda anadan olmuşdur. Tranzistorun müəlliflərindən biri, amerikalı fizik Vilyam Bredford Şokli 1956-cı ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1963–1975-ci illərdə Stenford Universitetində professor vəzifəsində çalışmışdır. 1946-cı ildə müharibə işləri üçün Meritin Milli Medalı. 1953-cü ildə Milli Elmlər Akademiyasının Fizika üzrə Comstock mükafatı. 1953-cü ildə Amerika Fiziki Cəmiyyətinin Oliver E. Buckley Solid State Physics Mükafatının ilk alıcısı. 1956-cı ildə fizika sahəsində Nobel mükafatı almış, John Bardeen və Walter Brattain ilə birlikdə. Nobel dərsində Brattain və Bardeenə nöqtə kontakt transistorunun ixtiraçıları olaraq tam kredit verdilər.
Conas Solk
Conas Solk (tam adı: Conas Edvard Solk, ing. Jonas Edward Salk; 28 oktyabr 1914[…], Nyu-York, Nyu-York ştatı – 23 iyun 1995[…], La-Hoyya[d], Kaliforniya) — ABŞ tədqiqatçısı və virusoloqu. Poliomielitə qarşı ilk vaksinin yaradıcısı kimi tanınır. Conas Solk 1955-ci ildə, uşaq iflicinin qarşısını alan peyvəndi kəşf etdi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkət bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlığın xidmətinə təqdim edəcək və beləliklə, çox insan daha ucuz qiymətə bu xəstəlikdən xilas olacaqdı. Patent almadı. Pul itkisi 5 milyard dollar idi. Lakin onun bu itkisi çox kasıb ailələrə körpə uşaqlarını qazandırdı. Öz qazancı isə ölümündən sonra belə onu hələ də xatırlayan, hörmət edən milyonlarla insan oldu Bu fotoşəkildəki alimi məncə çoxumuz tanımırıq.
Nihon Şoki
Nihonqi (日本紀) və ya Nihon Şoki (日本書紀), — Antik Yaponiyanın tarixinə dair yazılmış ikinci ən qədim əsər (720-ci il). «Kociki» adlanan dini və əbədi abidənin tərtib edilməsindən cəmi səkkiz il sonra, yəni 720-ci ildə, ikinci bir salnamə meydana çıxdı, işıq üzü gördü. Bu kitab əslində mifoloji salnamə – qanun namə idi. Bu «Nihonqi» idi. Bu məcəllə şahzadə Tonerinin rəhbərliyi altında hazırlanmışdı. Bu kitab qədim Çin dilində yazılmışdı. Bu abidənin «Kodziqi»dən fərqləndirən formal cəhət ondan ibarətdir ki, burada fiksasiya üsulundan istifadə edilmişdir: yəni «Nihonqi» xronikası qədim Çin ədəbi dilində bəzi fonetik üslubları təqlid etmək yolu ilə yazılıb, lakin hər iki xronikanın yazılmasında məqsəd birdir: hökmranlıq edən sülalənin legitimliyi, yəni qanuniliyi. Lakin burada hakim sülaləsinin adı çəkilmir. Burada yalnız allah Amatarasu yüksək dərəcəyə qaldırılırdı və belə inama işarə vurulurdu ki, bütün imperatorların və hakimlərin əsli-kökü ilahi mənşədəndir. Nihonqinin məzmunu zəngindir.
Oliy Majlis
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur. Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı.
Soli (Mersin)
Soli — (Solo, Solipolis və Pompeipolis adları də verilir), Mersində antik bir şəhər. Soli antik şəhər olub dəniz sahilinə yaxın geniş bir ərazidir və Mersin Böyükşəhər Bələdiyyəsi sərhədləri içərisində yer almaqdadır. Mezitli metropoliten bələdiyyəsinin Viranşəhər səmtindədir. Soli şəhəri e.ə. 700-ci illərdə Rodos adasından gələn Dorlar tərəfindən quruldu. Şəhər adı Günəş mənasını verir. Dorlar Günəş tanrısına ibadət etdiklərindən ehtimalla şəhər adı da dini inanc ilə əlaqədar idi. Ancaq Soli Rodos əlaqəsi davamlı olmadı və şəhər böyük ölçüdə muxtar olaraq qısa zamanda Anadolunun Aralıq dənizi sahilindəki ən işlək limanlarından biri oldu. Bəzii qeydlərə görə, Yunanıstandakı Attica Delos ittifaqına üzv idi. Amma, Fars döyüşləri sonrasında, e.ə.
C. R. R. Tolkin