Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Somovit burnu
Somovit burnu (bolq. нос Сомовит, ‘Nos Somovit’ \'nos 'so-mo-vit\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Kruni buxtası ilə Tsepina buxtası arasında yerləşmişdir. Burun Batuliya burnundan 900 m şimal-qərbdə, Kitçen burnundan isə 1.1 km cənub-qərbdə yerləşmişdir. Burun şimali Bolqarıstanda yerləşən Somovit şəhərinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Solomiya Kruşelnitska
Salome (və ya Solomiya) Amvrosiyevna Kruşelnitska (ukr. Соломія Амвросіївна Крушельницька; 23 sentyabr 1872 – 16 noyabr 1952, Lvov) — Ukrayna opera müğənnisi, müəllim. Ukrayna SSR əməkdar incəsənət xadimi (1951). Həyatı boyu Solomiya Kruşelnitska dünyanın ən görkəmli müğənnisi kimi tanınıb. Onun çoxsaylı mükafatları və fərqlənmələri arasında, xüsusən də XX əsrin "Vaqnerin divası" adı da var. Onunla eyni səhnədə oxumaq Enriko Karuzo, Titta Ruffo, Fyodor Şalyapin üçün şərəf sayılırdı. İtalyan bəstəkarı Cakomo Puççini müğənniyə "Ən gözəl və füsunkar Kəpənək (Madam Batterflay)" yazısı olan portretini hədiyyə edib. Solomiya Kruşelnitska qədim və müasir Ukraynanın ən məşhur qadınları siyahısına daxil edilib. Salomeya Kruşelnitska 11 (23) sentyabr 1872-ci ildə Qalisiyada (Avstriya-Macarıstan), Belyavintsy kəndində (indiki Ukraynanın Ternopol vilayətinin Buçaç rayonu) yunan katolik keşişi Ambrose Kruşelnitskinin (1841-1902) və həyat yoldaşı Teodora Mariyanın (1844 -1907) ailəsində anadan olub. Nəsil şəcərələri nəcib və qədim bir ailədən gəlir.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı.. Solovki xatirə daşları Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920-1936) Материалы к истории лагеря и тюрьмы на Соловках (1923–1939 гг.): основные события, статистика заключённых, организационная структура История СЛОН «СОЛОВЕЦКИЕ ЛАГЕРЯ ОСОБОГО НАЗНАЧЕНИЯ ОГПУ»: Документы ЦА ФСБ России и ГАОПДФ Архангельской области Соловки — Энциклопедия Списки имён соловецких заключённых Воспоминания соловецких узников Электронные копии газеты «Новые соловки» (орган Управления Соловецких лагерей особого назначения ОГПУ) в путеводителе РНБ «Газеты в сети и вне её» Вечер памяти всех новомучеников и исповедников Церкви Русской. Часть 2 // Ми́ссия-ОД. 13 февраля 2014 г. (Доклад Лидии Алексеевны Головковой «Крестный путь Русской Церкви в XX веке». Часть 2.