Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolomit
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Dəmir-, manqan- və qurğuşunlu dolomitlər. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər. == Mənşəyi və yayılması == Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir.
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Somovit burnu
Somovit burnu (bolq. нос Сомовит, ‘Nos Somovit’ \'nos 'so-mo-vit\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Kruni buxtası ilə Tsepina buxtası arasında yerləşmişdir. Burun Batuliya burnundan 900 m şimal-qərbdə, Kitçen burnundan isə 1.1 km cənub-qərbdə yerləşmişdir. Burun şimali Bolqarıstanda yerləşən Somovit şəhərinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.