Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Santa Koloma FK
Santa Koloma – Andorranın futbol klubu.
Sonoma qraflığı (Kaliforniya)
Sonoma — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 438,878 nəfər olmuşdur. Mərkəzi Santa Roza şəhəridir.
Dodoma
Dodoma (suah. Dodoma, ing. Dodoma) — Tanzaniyanın paytaxtı və Dodoma vilayətinin inzibati mərkəzi. Əhalisi 2022-ci ilin siyahıyaalmasına görə 765.179 nəfərdir. 1973-cü ildə paytaxtın Dar-əs-Salam şəhərindən Dodomaya köçürülməsi planı hazırlandı. 1996-cı ilin fevralında Tanzaniya Milli Məclisi bura köçürüldü. Lakin bir çox dövlət idarələri hələ də keçmiş paytaxtda qalmaqdadır.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Isocoma
Isocoma (lat. Isocoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Isocoma acradenia (Greene) Greene Isocoma acradenia var. bracteosa (Greene) G.L.Nesom Isocoma acradenia var. eremophila (Greene) G.L.Nesom Isocoma arguta Greene Isocoma azteca G.L.Nesom Isocoma coronopifolia (A.Gray) Greene Isocoma drummondii (Torr. & A.Gray) Greene Isocoma felgeri G.L.Nesom Isocoma gypsophila B.L.Turner Isocoma hartwegii (A.Gray) Greene Isocoma humilis G.L.Nesom Isocoma menziesii (Hook. & Arn.) G.L.Nesom Isocoma menziesii var. decumbens (Greene) G.L.Nesom Isocoma menziesii var. sedoides (Greene) G.L.Nesom Isocoma menziesii var. tridentata (Greene) G.L.Nesom Isocoma menziesii var.
Kolomna
Kolomna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Moloja
Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 520 nəfərdir. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.
Salima
Salima — Malavinin üç bölgəsindən biri olan Mərkəz bölgəsi mərkəzi şəhəri.
Sofora
Sofora (lat. Sophora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Soliva
Soliva (lat. Soliva) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Solomon
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Tolima
Tolima (isp. Tolima) — ölkənin mərkəzi-qərb hissəsində yerləşən, Kolumbiyanın 32 departamentindən biri, ölkənin mərkəzi-qərb hissəsində, Maqdalena çayının vadisində yerləşir. Şərqdən Kaldas, şimaldan Kundinamarka, cənubdan Uila və qərbdən Kauka departamentləri ilə həmsərhəddir. İnzibati mərkəzi İbaqe şəhəridir.
Kolomar
Kolomar (fr. Colomars, it. Colomaro) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 6,72 km², əhalisi — 3161 nəfərdir (2006) artım tendensiyası ilə: 3318 nəfər (2012), əhalinin sıxlığı 493,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 3330 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 94 nəfər.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Sonora
Sonora (isp. Sonora), rəsmi adı ilə Sonora Azad və Suveren Ştatı (isp. Estado Libre y Soberano de Sonora) — Meksikanın ştatı. Ştat 72 inzibati vahiddən ibarətdir. Paytaxtı və ən böyük şəhəri Ermesilodur.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. Selomun təkamül mənşəyi aydın deyil.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Solia
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Gombulmeyvə sofora
Gombulmeyvə sofora (lat. Sophora pachycarpa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Yeraltı hissəsi güclü inkişaf edərək, kökləri üfüqi istiqamətdə böyüyür. Gövdəsinin hündürlüyü 60 sm, yuxarıya doğru böyüyərək düzgün budaqlanan, ipəkvari tükcüklərdən və güclü inkişaf edən yarpaqlardan ibarətdir. Cüt olmayan yarpaqlarının uzunluğu 18 sm, ellipsşəkilli yarpaqlarının uzunluğu 1-2 sm, eni 0,3-0,9 sm sıx tükcüklü olub, bitki bütünlüklə sarımtıl-yaşıl rənglidir. Uzunsov-sümbülşəkilli çiçək qrupuna aid olub, zirvədə yerləşən çiçəklərin uzunluğu 7-25 sm-ə bərabərdir. Kəpənəyəbənzər çiçəklərin uzunluğu 1,5 sm, tacı sarımtıl və ya ağımtıl rəngli olur. Dolğun, şişman meyvələri qara rəngli, silindrik, uzunluğu 2-5 sm, eni 0,7-0,9 sm olmaqla, demək olar ki, gərilmişdir. Toxumları böyrəkvari-yumurtaşəkilli, diametri 0,1-0,5-0,6 sm, tünd-qəhvəyi və ya qara rəngli olub, hamar və parlaqdır.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.