DOLAMA


1.Dolamaq”dan f.is.
2. sif. Dümdüz olmayan; birbaşa, düz xətlə getməyən, o yana-bu yana burulan, əyri-üyrü, dolanbac. Dolama yol. Dolama cığır. Dolama küçə.
– Qaranlıq küçədən sonra yolumuz dolamadır. N.Vəzirov.
Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm.
Tiflisin dolama dar küçəsində; Əlində kamança bir aşıq gedir. M.Rahim.

// is. Dönüm, dönüş, döngə.
Nəhayət, dağların sərin küləyi əsməyə başladı, artıq şəhərə bir-iki dolama qalırdı. Çəmənzəminli.

3. sif. Burğu şəklində olan, buruq-buruq, vintvari. Dolama boru. Dolama pilləkən.

Синонимы

  • DOLAMA basma — vurma
  • DOLAMA dolanbac — əyri-üyrü
  • DOLAMA buruq-buruq — vintvari
  • DOLAMA sarıma — bağlama
  • DOLAMA dolanbac

Омонимы

  • DOLAMA DOLAMA I is. tib. Dırnaq altının iltihab verməsi, irinlənməsi. Barmağına dolama çıxıb. DOLAMA II sif

Этимология

  • DOLAMA Barmağın iltihabı ilə bağlı yara növüdür, barmağa dolandığı üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DOLAMA₂
DOLAMA-DOLAMA
OBASTAN VİKİ
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).

Значение слова в других словарях

впа́рхивать руготня́ синко́па экстрема́льный небре́жно пина́ть психоневро́з сре́дненькая бусурман удам шаптала engine-crew exophilic garlicky hyperhit minigun portside real-time spring up terror-struck townsman ultraminiaturization затапливать невоспламеняемость палеография