Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silvanes
Silvanes (fr. Sylvanès, oks. Silvanés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12274. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 125 km şərqdə, Rodezdən isə 65 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 93 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 58 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 71.6%).
Alvaro Servantes
Alvaro Servantes (isp. Álvaro Cervantes; doğ. 12 sentyabr 1989) - İspaniyalı teatr və kino aktyoru. == Bioqrafiya == Barselona şəhərində anadan olmuş Alvaronun atası Xuan Ramon kompüter ticarəti üzrə mütəxəssis, anası Emilia isə floristdir. Məktəbdə oxuyarkən kiçik bir teatr tamaşasını oynadıqdan sonra, onda aktyorluq sənətinə böyük maraq yaranmışdı. O hələ incəsənət məktəbində təhsil alarkən, Xoakin Oristrelin rejissorluq etdiyi və ispan Televiziyası tərəfindən istehsal olunan "Nənə və yay tətili" teleserialında çəkilmişdi və bu onun aktyorluq sənətində ilk addımı idi. Ardından o təhsilini davam etdirmək üçün "Audiovizual kommunikasiyalar" fənnini öyrənməyə başladı, lakin onu tamamlaya bilmədi. 17 yaşı olarkən, Alvaro La invasion de los padres mutantes adlı qısametrajlı filmdə özünün ilk baş rolunu ifa edir; iki il sonra isə (yəni 2008-ci ildə), o Kataloniyalı kinorejissor Silvia Muntun "Bəraət" (isp. Pretextos) filmində aktrisa Laia Marull ilə birgə çəkilmişdir. Həmin ildə o həmçinin İnma Turbaunun "Asılmışın oyunu" adlı romanın katalanca ekranizasiyasında baş rolda çəkilmək üçün keçirilən yarışmada qalib gəlir və burada o Klara Laqo ilə birgə çəkilməyə başlayır.
Hovanes Kacaznuni
Hovanes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի; 14 fevral 1868, Axalsıx, Rusiya imperiyası – 15 yanvar 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən. == Həyatı == 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Şirvanə (Qürvə)
Şirvanə (fars. شيروانه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 412 nəfər yaşayır (91 ailə). Əhalisini kürdlər təşkil edir.
Ovanes Abelyan
Ovanes Abelyan (erm. Հովհաննես Աբելյան; 23 oktyabr (4 noyabr) 1865, Şamaxı – 1 iyul 1936, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1932). == Həyatı == 4 noyabr 1865-ci ildə Şamaxıda anadan olmuşdur. Uzun illər Bakı Erməni teatrında səhnə almışdır. 1 iyul 1936-cı ildə İrəvanda vəfat etmişdir.
Ovanes Kaçaznuni
Hovanes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի; 14 fevral 1868, Axalsıx, Rusiya imperiyası – 15 yanvar 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən. == Həyatı == 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi.
Ovanes Sarkavaq
Ovanes İmastaser və ya Ovanes Sarkavaq (erm. Հովհաննես Իմաստասեր; 1045, Zəylik – 1129, Ağpat[d], Gürcüstan çarlığı) — erməni şairi, filosofu, ilahiyyatçısı, astronomu. O, erməni təqviminin islahatçısıdır. Ovanes İmastaserin tərcümeyi-halı haqqında çox şey məlum deyil. Buna baxmayaraq, onun 1378-ci ildə köçürülmüş əlyazma bioqrafiyası tapılmışdır. Əlyazmanın müəllifi, ehtimal ki, XII əsrin ortalarında yaşamış, bioqrafiya üçün İmastaserin tələbələrindən materiallar toplamışdır. Rəvayətə görə, Ovanes İmastaser Ağpat monastırında yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Армянская средневековая лирика. М.: «Советский писатель». сост.
Ovanes Tlkurantsi
Ovanes Tlkurantsi (erm. Հովհաննես Թլկուրանցի; bilinmir – bilinmir) — XIV–XV əsrlərdə yaşamış erməni şairi. == Həyat və yaradıcılığı == Ovanes Tlkurantsi Kilikiya yaxınlığındakı Tlkuran kəndində, monastır ailəsində anadan olmuşdur. Onun yaradıcılığı məhəbbət və təbiət mövzusuna toxunan didaktik şeir və mahnılardan ibarətdir. Tlkurantsi öz əsərlərinə musiqi də bəstələmişdir. O, antifeodal dünyəvi poeziya ənənələrini davam etdirərək qadın və məhəbbət gözəlliyini açıq şəkildə tərənnüm etmiş, dövrün erməni məhəbbət lirikasını alleqoriya və konvensiyalardan azad etmişdir. Tlkurantsinin şeirləri canlı obrazlar, buradakı hisslərin fırtınalı püskürməsi ilə seçilir. Onun əsərləri hələ sağlığında layiqli şöhrət qazanmışdır. O, şifahi xalq yaradıcılığı materialı əsasında epik əsərlər də yaratmışdır. Beləliklə, Tlkurantsi şifahi xalq yaradıcılığı materialını emal edən ilk erməni şairinə çevrilmişdir.
Ovanes Tsaretsi
Ovanes Tsaretsi və ya Ovannisik Tsaretsi (erm. ովհաննիսիկ Ծարեցի; 1560, Zar, Xaçın knyazlığı – bilinmir) — XVI əsr erməni tarixçisi.. == Həyatı == Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur. Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var. Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar. Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur. Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir.
Ovanes İmastaser
Ovanes İmastaser və ya Ovanes Sarkavaq (erm. Հովհաննես Իմաստասեր; 1045, Zəylik – 1129, Ağpat[d], Gürcüstan çarlığı) — erməni şairi, filosofu, ilahiyyatçısı, astronomu. O, erməni təqviminin islahatçısıdır. Ovanes İmastaserin tərcümeyi-halı haqqında çox şey məlum deyil. Buna baxmayaraq, onun 1378-ci ildə köçürülmüş əlyazma bioqrafiyası tapılmışdır. Əlyazmanın müəllifi, ehtimal ki, XII əsrin ortalarında yaşamış, bioqrafiya üçün İmastaserin tələbələrindən materiallar toplamışdır. Rəvayətə görə, Ovanes İmastaser Ağpat monastırında yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Армянская средневековая лирика. М.: «Советский писатель». сост.
Migel de Servantes
Migel de Servantes Saavedra (ispan: [miˈɣel de θeɾˈβantes saaˈβeðɾa]; təq. 29 sentyabr 1547[…], Alkala-de-Enares[d], Kastiliya krallığı – 22 aprel 1616[…], Madrid, Kastiliya krallığı) — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır. == Həyatı == 29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Miqel de Servantes həkim ailəsində doğulmuş, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş, 38 yaşında ədəbiyyata gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər, lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir. 1569-cu ildə Servantes İtaliyaya köçmüşdür.