Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Potensa
Potentsa (it. Potenza) — İtaliyanın Bazilikata regionunun paytaxtı. 60.757 min nəfərdir. 173 km²-dir.
Sofena
Sofena (yun. Σοφηνή) və ya Sopk (erm. Ծոփք, ur. Tsupa), erkən Bizans dövründə Dördüncü Ermənistan — Kiçik Asiyanın şərqində, tarixi Ermənistanda vilayət. Bu vilayət Fərat və Dəclə çaylarının yuxarı axarında, Ermənistan yaylasının cənub-qərb hissəsində yerləşirdi. E.ə. 94-cü ildə Sofenanı II Tiqran Böyük Ermənistana birləşdirmişdir. Vilayətin sahəsi 18890 km2 idi. Arşakuni hakimiyyəti dövründə Sofena kral domeninin bir hissəsi idi, burada yerləşən Bnabel qalasında padşahların xəzinələri saxlanılırdı. Roma imperiyası ilə Sasanilər dövləti arasında 387-ci ildə imzalanan müqaviləsiyə əsasən Ermənistanın bölünməsindən sonra Sofena Roma imperiyasında qalmışdır.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Şorena Begaşvili
Şorena Begaşvili (8 iyul 1982, Rustavi) - gürcü aktrisa və teleaparıcı. Şota Rustaveli adına Teatr və Film Universitetini bitirib. Vake Teatrının Bodrumunda, Rustaveli Teatrının Bodrumunda, Qlobus Teatrında çalışıb. Şorenanın karyerası praktiki olaraq 2008-ci ildə gürcü dilli "Playboy" üçün soyunanda başladı. Bundan sonra Begashvili müxtəlif erotik rollar oynadı. 2009-2010-cu illərdə müəllifin "Şorenayla Gecə" (İmedi TV) erotik proqramına sahib idi. Şou həm ictimaiyyət, həm də ruhanilər tərəfindən çoxlu tənqidlərə səbəb oldu. Rustavi 2-də Vaniko Tarkhnishvili ilə birlikdə 2017-ci ildə bağlanan "Şanslı Təkər" proqramına ev sahibliyi etdi. Shorena həm işi, həm də şəxsi həyatı ətrafında bir çox qalmaqallara qarışdı. Ən məşhur qalmaqallardan biri, Gürcüstan taxtının varisi David Muxraneli ilə aralarında olan romana aiddir.
Suteska Milli Parkı
Sutyeska Milli Parkı (bosn. Nacionalni park Sutjeska) — Bosniya və Herseqovinanın 3 milli parkından biri. 1962-ci ildə qurulmuşdur və Bosniya və Herseqovina ilk milli parkıdır. Ölkənin ən hündür dağı olan 2389 metrlik Maqliç dağı Monteneqro ilə sərhəddə — məhz bu milli parkda yerləşir. Bu dağ silsiləsinin Monteneqroda qalan hissəsi Trnovaçko gölünü əmələ gətirir. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu milli parkın tərkib hissəsidir. İkinci dünya müharibəsi zamanı 1943-cü ildə burada Sutyeska döyüşü baş vermişdir. EUROPARC Federsiyasının üzvüdür. Milli park Bosniya və Herseqovinanın ən qədim milli parkıdır. İkinci dünya müharibəsində döyüşlərə şahid olduğuna görə bu əraziyə 1962-ci ildə milli park statusu verilmişdir.