Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şoco
Şoco (Shoujo (少女) və ya Shōjo ( Şooco)) - gənc qız və ya kiçik qız kimi tərcümə olan yapon söz. 12-dən 18 yaşına qədər qızlar üçün nəzərdə tutulan anime və manqa növü. Adətən sevgi hekayəsi olur, personajların obrazlarına da diqqət verilir. Xüsusiyyətləri: çizmə ya qroteskli-yumoristik, ya da incə-romantik olur ("Weiss Kreuz"). Janraltıları: maho-şoco - sehrbaz qızlar haqqında (məsələn, "Seylor Mun"). Hərdən qadın harem janrı olur ("Ouran High School Host Club"). "Şoco" əsərlər şoco mövzulu olan jurnallarda və ya ayrıca çap olunurlar. Aşağıda köhnə və davam edən Yapon şoco manqa jurnallarının nəşriyyatçılarına görə ayrılmış siyahısı göstərilir. Bunlar fərqli təqvimlərdə verilir, ən məşhur olanlar 15 günlük (Margaret, Hana to Yume, Sho-Comi) və aylıq periodlardır (Ribon, Betsuma, Betsu Fure, Lala). Ribon (りぼん) Ribon Original (リボンオリジナル) Cookie Margaret (マーガレット) Bessatsu Margaret (Betsuma) (別冊マーガレット) The Margaret (ザマーガレット) Deluxe Margaret (デラックスマーガレット) Nakayoshi (なかよし) Amie Shōjo Friend (少女フレンド) Bessatsu Friend (Betsu Fure) (別冊フレンド) Dessert (デザート) kiss Be Love Ciao (ちゃお) Çu Çu Shōjo Comic (Şo-Comi) (少女コミック) Bessatsu Shōjo Comic (Betsu Comi) Petit Comic (プチコミック) Cheese!
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Söğök iyesi
Söğök iyəsi
Maho-şoco
Maho-şoco (魔法少女 ; "sehrli qız") – sehrli qabiliyyətlərə malik gənc qızlar haqqında anime və manqa janrı. Adətən "sehrli qız" tipinə malik olan anime və manqanın əsas personajı qızlardır; Bu personajlar dostluğa inanan uşaqlar və ya yeniyetmələrdir. Janr 1966-cı ildə Sally the Witch anime seriyası ilə yaranmışdır.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
SOCAR
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Secon
Böyük Kral Secon (Devanq) (10 aprel 1397 – 17 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Böyük Secon (Sejong The Great) (6 may 1397–18 may 1450) Coson sülaləsinin dördüncü kralıdır. Koreya əlifbası olan Hanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım ( Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini (simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyən Kral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqol dillərini və hərflərini araşdırmışdılar. Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur. Kral Secon Teconun üçüncü oğludur.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Socas
Socas- İranın Zəncan ostanınınd Xudabəndə şəhristanının Socasrud bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,577 nəfər və 1,345 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Sofokl
Sofokl (təq. e.ə. 496, Kolon[d][…] – e.ə. 406, Afina) — antik yunan dramaturqu. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır.
Sojak
Sojak (fr. və oks. Saujac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12261. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 60 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 133 nəfər təşkil edirdi. 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 45 nəfər iqtisadi cəhətdən fəal, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 52.9%, 1999-cu ildə bu 68.8%).
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Macarıstan şəhərləri VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Oçoko
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər. Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur.
Soyon
Çon Soyon (kor. 전소연; 26 avqust 1998, Seul) və ya tanınan səhnə adı ilə Soyon – Cənubi Koreya repçisi. "(G)I-dle" qrupunun lideri və repçisidir. "K/DA" və "True Damage" virtual musiqi qruplarında "League of Legends" personajı olan Akalini canlandırmışdır. == İlk illəri == Çon Soyon 26 avqust 1998-ci ildə Seulun Qannam rayonunda doğulmuşdur. Kuryon ibtidai məktəbinə qatılmış və baletlə məşğul olaraq mükafatlar qazanmışdır. "BigBang" qrupundan təsirlənərək musiqiçi olmağa qərar vermişdir. 2017-ci ildə Çunan Universitetindən məzun olmuşdur. == Karyerası == Soyon 2016-cı ilin fevralında "Cube Entertainment"in nümayəndəsi kimi "Produce 101" şousuna qatılmışdır. O, şou boyunca iddialı çıxışı ilə yadda qalmış, lakin layihənin qalib "I.O.I" qrupuna qatılmağa haqq qazana bilməmişdir.
Kim Sowol
Kirpi Sonik
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Kseniya Sobçak
Kseniya Anatolyevna Sobçak (rus. Ксения Анатольевна Собчак), 5 noyabr 1981, Leninqrad) — Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi. == Həyatı == Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008–2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb. Amma həyatında daim yaraşıqlı, xüsusən də maddi imkanlı insanlar olub.