Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
İştvan Seçeni
İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791, Vyana – 8 aprel 1860, Döblinq) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür. == Həyatı == İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi . Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi.
Şopenin Cənazə marşı
Məşhur polyak bəstəkarı, pianisti Frederik Şopenin 2-ci sonatasının üçüncü bölümünə verilən addır. Bu bölüm Lento tempində, Si bemol minor ladında yazılmışdır. Bölümün adı orjinal partiturada Marche funèbre olaraq qeyd edilir. İlk halıyla sadəcə solo piano üçün yazılan marş sonralar hərbi və simfonik orkestrlər üçün orkestrizasiya edilib. Halhazırda sonatanın tam versiyasından daha çox onun bu hissəsi məşhurdur. Melodik olaraq olduqca ağır tempdə yazılan əsər, marş tiplidir və bu səbəblə təntənəli dəfnlər zamanı o Feliks Mendelson Bartoldinin Cənazə marşı ilə birlikdə hərbi orkestr tərəfindən ifa edilir. Böyük Britaniya kraliçası II Elizabetin və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dəfn mərasimində də bu əsər ifa edilmişdi.
Milli Seçeni Kitabxanası
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. == Tarixi == Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər. 1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır. 1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Şopenin qayıtması (film, 1998)
== Məzmun == Sənədli film XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma işində yaxından iştirak edən Polşa memarlarının fəaliyyətindən danışır. == Film haqqında == Filmdə ssenari müəllifi və səs operatoru iştirak etmir.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Seçeni adına Milli Kitabxana