Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spidometr
Spidometr (ing. speed — sürət+yun. μέτρον — ölçü) — nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazı. == Tarix == Sürətölçən 1888-ci ildən əvvəl Josip Belušić tərəfindən icad edilmişdir. 1888-ci ildə Vyanada ixtirasını patentləşdirmiş və 1889-cu ildə Parisdəki Exposition Universelle-də təqdim etmişdir. İlk dəfə cihaz 1923-cü ildə "Oldsmobile" avtomobillərinə əlavə olundu. Bu günə qədər spidometrlər əhəmiyyətli dəyişikliklərə məruz qalmamışdır. == Təsnifat == Xronometrik — odometr və saat mexanizminin kombinasiyasıdır. Mərkəzəqaçma qüvvəsi ilə işləyən — yayla saxlanan tənzimçi şpindellə birlikdə fırlanır və tərəflərə mərkəzə qaçma qüvvəsi təsir göstərir, yerdəyişmə məsafəsi sürət ilə mütənasibdir. Vibrasiyalı — sürətli dönmə qabiliyyəti olan maşınlarda istifadə olunur.
Psixrometr
Havanın nisbi rütubətini təyin etməyə imkan verən cihazlardan biri də psixrometrdir. Onun iş prinsipi buxarlanan suyun soyumasina əsaslanır. Psixrometr iki eyni termometrdən ibarətdir.Onlardan biri havanın temperaturunu ölçür. Digərinin civə(və ya spirt) çəni ucu suya batırılan tənziflə sarınır. Buxarlanan su soyuduğundan bu termometrin göstəricisi quru termometrin göstəricisindən aşağı olur.