Spidometr
Spidometr (ing. speed — sürət+yun. μέτρον — ölçü) — nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazı.
Sürətölçən 1888-ci ildən əvvəl Josip Belušić tərəfindən icad edilmişdir. 1888-ci ildə Vyanada ixtirasını patentləşdirmiş və 1889-cu ildə Parisdəki Exposition Universelle-də təqdim etmişdir.
İlk dəfə cihaz 1923-cü ildə "Oldsmobile" avtomobillərinə əlavə olundu. Bu günə qədər spidometrlər əhəmiyyətli dəyişikliklərə məruz qalmamışdır.
Xronometrik — odometr və saat mexanizminin kombinasiyasıdır.
Mərkəzəqaçma qüvvəsi ilə işləyən — yayla saxlanan tənzimçi şpindellə birlikdə fırlanır və tərəflərə mərkəzə qaçma qüvvəsi təsir göstərir, yerdəyişmə məsafəsi sürət ilə mütənasibdir.
Vibrasiyalı — sürətli dönmə qabiliyyəti olan maşınlarda istifadə olunur.