Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Aleksey Smertin
Aleksey Smertin vətənində "Uralan", Moskvanın "Dinamo" və "Lokomotiv", Fransada "Bordo", İngiltərədə "Çelsi", "Portsmut", "Çarlton" və "Fulhem" klublarında oynayıb. O, milli komandasında 55 oyun keçirib. Rusiya milli komandasının sabiq kapitanıdır. 2009-cu ilin ilin martında Altay vilayətinin deputatı seçilib. 2008-ci ilin sentyabrında "Fulhem"dən ayrıldıqdan sonra klubsuz qalan 34 yaşlı yarımmüdafiəçi 2009-cu ilin iyulunda futbolçu karyerasını bitirmək barədə qərarını açıqlayıb.
Allil spirti
Allil spirti (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir. == Fiziki xassələri == Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir. == Kimyəvi xassələri == Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3] == Aınması == Allilxloridin hidrolizindən Propilen oksidin izomerləşməsindən Propanol-1-in dehidrogenləşməsindən Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4] Propilenin allilasetata oksoasilləşməsindən == Tətbiqi == Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. == Izomerləri == === Amil spirtinin izomerləri === == Xassələri == === Fiziki xassələri === Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. === Kimyəvi xassələri === Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri — müvafiq ketonlara, üçlü amil spirtləri — C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. == Alınması == Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. == İzoamil spirti == Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir — (CH3)2CHCH2CH2OH .
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Pervıy Kanal
Pervıy Kanal (rus. Первый канал) — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından sonra SSRİ-nin və Rusiyanın ikinci ən böyük telekanalıdır. Rusiya əhalisinin 98,8 %-i "Pervıy Kanalı" izləyə bilir. Baş qərargahı "Ostankino" telemərkəzinin binasında yerləşir. Ölkənin əsas telekanallarından biridir. Qardaş kanalı olan "Pervıy Kanal - Vsemirnaya Set" vasitəsilə verilişləri bütün dünyaya yayımlanır. Qazaxıstanda "Pervıy Kanal - Avrasiya", Ermənistanda "TV1", Belarusda isə "ONT" vasitəsilə yayımlanır. "Pervıy Kanal" Rusiyada ən yaşlı televiziya sayılır. Çünki bu televiziya özünü 1951-ci ildə yaradılmış SSRİ Mərkəzi Televiziyasının davamçısı kimi təqdim edir.
Polivinil spirti
Poli (vinil spirti) (PVOH, PVA, və ya PVAl) — suda həll olunan sintetik polimer. İdeallaşdırılmış [CH2CH(OH)]n formulaya malikdir. Kağız istehsalında, toxuculuq çubuqlarının ölçüsünün təyin olunmasında, polivinil asetat (PVAc) yapışdırıcı formulalarında qatılaşdırıcı və emulsiya stabilizatoru kimi, müxtəlif örtüklərdə və 3D çapda istifadə olunur. Rəngsiz (ağ) və qoxusuzdur. Adətən muncuqlar və ya suda məhlullar şəklində təqdim olunur. Xaricdən əlavə edilmiş çarpaz bağlayıcı agent olmadan, PVA məhlulu təkrar dondurma-ərimə yolu ilə jelə çevrilə bilər, damar stentləri, qığırdaq, kontakt linzalar və s. kimi müxtəlif tətbiqlərdə istifadə olunan yüksək güclü, ultra təmiz, biouyğun hidrojellər istehsal edir.
Svetiy Mikolay
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Sərtiz (Piranşəhr)
Sərtiz (fars. سرتيز‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (5 ailə).
İzopropil spirti
İzopropil spirti – (propanol-2, vtor-propanol, izopropanol, dimetilkarbinol, İPS) – üzvi birləşmə olub, alifatik sıranın sadə ikili biratomlu spirtidir. Izopropanolun izomeri – propanol-1 mövcuddur. İzopropil spirti normal şəraitdə şəffaf, rəngsiz, kəskin iyli və yüngül acı dada malik mayedir[2]. İzopropil spirti kosmetika, parfümeriya, məişət kimyasında, avtomobil mayelərinin, tibbi məqsədlər üçün, şüşə təmizləyici vasitələrin, orqtexnikada və sənayedə üzvi maddələrin həlledicisi kimi etil spirtinin əvəzinə istifadə olunur. Inkişaf etmiş ölkələrdə izopraponol az zərərli olduğuna görə şəxsi gigiyena məhsullarında və tibbdə geniş istifadə olunur. Dimetilkarbinolun 75%-li sulu məhlulu əllərin dezinfeksiyaedici vasitəsi kimi istifadə edilir. Su dimetilkarbinolun bakteriyaların membran qəfəslərinə nüfuz etməsinə imkan yaradır, beləliklə daha effektiv zərərsizləşdirir. İzopropil spirti həmçinin tibbdə xarici otit üçün proflaktik vasitənin köməkçi komponenti kimi də işlədilir. Dermatitin müalicəsində dərinin zərərçəkmiş hissəsini silməklə effektiv nəticə verir, bu zaman dəriyə zərərli təsiri cüzi olur. İzopropil spirti bütün uçucu spirtlər kimi oddan təhlükəlidir.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Sərtib xan məscidi
Məhəmməd Sərtib xan məscidi — XIX əsrdə İrəvanda fəaliyyət göstərən 8 məsciddən (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi) biri. == Haqqında == XIX əsrin I yarısında Şəhər hissəsinin Şeyxülislam küçəsində (sonralar, XX əsrin əvvəllərində Pənahxan küçəsi adlandırılır) yerləşən məscidin yaxınlığında Sərtib xanın evi və sonuncu İrəvan xanı Hüseynqulu xanın həyat yoldaşı Hacı Bəyimin mülkü olub. == Tarixi == İrəvan şəhərinin texniki vəzifəsində çalışmış B. Mehrabov 1906–1911-ci illərdə şəhərin planını və oradakı memarlıq abidələrinin siyahısını tərtib etmişdi və planda məscidin yerləşdiyi küçə artıq Rüstəm xan küçəsi ilə Pənah xan küçəsinin kəsişməsində qeyd edib. Onun siyahısında İrəvanda mövcud olmuş 8 məsciddən biri kimi Sərtib xan məscidinin də adı çəkilir. 1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Sərtib xan məscidində Osmanlıdan qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar. Məscid 1980-ci illərdə dağıdılmışdır. Məhv edilmiş məscidin yazıları haqqında istər elmi ədəbiyyatlarda istərsə də arxiv materiallarında heç bir məlumata rast gəlmək mümkün deyil. Məscidin yerləşməsini dəqiq göstərən Mehrabov planının Coğrafi İnformasiya Sistemində inteqrasiyası nəticəsində yerləşdiyi məkan və koordinatları da əldə edilmişdir. Hazırda məscid yerləşən ərazidə (Tragrichner küç. 8) hündür binalı yaşayış evi yerləşir.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.