Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çyornoe gölü (Srednee Devyatovo)
Çyornoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Çyornoe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Srednee Devyatovo kəndindən 3 km qərbdə yerləşir . Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 345 metr, maksimal eni isə 170 metrdir. Su səthinin sahəsi 4,32 ha-dır. Orta dərinliyi 4 metr təşkil edir. Su tutarının həcmi 170 min m³-dir. Yeraltı sularla qıdalanır.
Şredder
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Sredneqo adaları
Sredneqo adaları (rus. Чёрные Скалы və ya rus. острова Среднего) — Kuril adalarına Böyük Kuril cərgəsinə daxil olan adalar qrupu. İnzibati baxımından Saxalin vilayəti, Severo-Kuril şəhər dairəsinə daxildir. Adalrda yaşayış yoxdur. Uşişir adalarından bir neçə km şimal-şərqdə yerləşir. Rasşua adasından Srednı boğazı ilə ayrılır. Rasşua ondan 10 km cənub-qərbdə yerləşir. Rasşua adasından Sredneqo adalarına ən yaxın nöqtə bu adanın cənubunda yerləşən Yujnaya burudur. Arxipelaqla adanı ayıran Srednı boğazında Karlik adası yerləşir.
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) — alman siyasətçisi, vəkil. 1998–2005-ci illərdə Almaniyanın federal kansleri.
Srednı adası
Srednı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 500 metr aralıda qərarlaşır. Bu buxtanın şimal-şərqin digər kiçik ada olan Dalnı yerləşir yerləşir Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Georq Engelhard Şreder
Georq Engelhard Şreder ( İsveç; d. 30/31 may 1684, İsveç, Stokholm - ö. 16/17 may 1750, İsveç, Stokholm) — isveçli rəssam. == Həyatı == Şreder Nürnberqdən köç edən Fayt Engelhard Şreder və Lusiya Lindemeyerin övladı olaraq 1670-ci ildə Stokholmda dünyaya gəlib. O, sənət həyatının ilk illərində Devid von Kraftın tələbəsi olaraq bir sıra stüdyo çalışmalarına qatılıb. Daniel von Krafft 1724-cü ildə vəfat etdikdən sonra həmin ilin dekabr ayında İsveç kralı tərəfindən yenidən ölkəsinə gətirilib. İyirimi bir il ərzində Avropanın müxtəlif ölkələrinə səyahət edən Şreder bir müddət Şimali Almaniyada yaşadıqdan sonra İtaliyaya gedib. Venesiyada beş il ərzində Rozalba Karriyera kimi dövrün tanınmış rəssamları ilə birgə işləyib. Romada yaşadığı müddət ərzində Karlo Dolçi, Karlo Maratta, Françesko Trevizani ve bir çox rəssamlardan ilhamlanıb. O, çəkdiyi rəsimlərlə böyük şöhrət qazanaraq Parisə köçüb.
Sredniy adası (Krasnoflotskie adaları)
Sredniy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 22 km cənubda yerləşir. Daxil olduğu qrupun daxilində yerləşir. 2,5 km şimalda Bolşoy adası, 4,65 km aralıda isə Ploskiy adası yerləşir. Qərbdən şərqə doğru 2,25 km məsafədə uzanır, eni 1,4 km-dir. Eni şərqə doğru artır. Buzdan tamamən azaddır. Adada iki yüksəklik vardır: 15 m (qərb) və 26 m (cənub-şərq). Sahilinə yaxın elədə böyük olmayan şirinsulu göl vardır.
Sredniy adası (Laptevlər dənizi)
Sredniy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,3 km şimalda, Ostrovnaya buxtası regionunda Blijnıy adasından 400 m şimal-şərqdə yerləşir. Uzunluğu 450 m təşkil edir. Adanın səthi hamardır.