Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Staritsa
Staritsa — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Skalitsa
Skalitsa (slovak. Skalica, alm. Skalitz‎, mac. Szakolca) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır. Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur. 1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir.
Skalitsa MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
Timo Stavitski
Timo Stavitski (17 iyul 1999) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda hücumçu kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Stavitski 2017-ci ilin əvvəlində Veikkausliqa klublarından olan RoPS klubuna transfer olmuşdur. O, peşəkar karyerasında ilk qolunu İnter Turku klubuna qarşı oyunda vurmuş və komandası 2–6 hesabı ilə məğlub olmuşdur. 2017-ci ilin dekabr ayında Barselona klubunda baxışdan keçdikdən sonra Stavitski Liqa 1 təmsilçilərindən olan Kann klubuna transfer olmuşdur. 17 Fevral 2018 tarixində yenilənib 1Finlandiya və Fransa Kuboku görüşləri daxildir. 2Finlandiya və Fransa Liqa Kuboku görüşləri daxildir.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.