Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Starıe Matı (Bakalı)
Starıe Matı (başq. Иҫке Маты, rus. Старые Маты) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 89 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (32 %) üstünlük təşkil edir.
Starship
Starship — SpaceX şirkətinin aşağı əməliyyat xərcləri ilə tamamilə təkrar istifadə edilə bilməsini hədəfləyən ən hündür və ən ağır raketi. Raketin məqsədi olaraq Yerin orbiti, Ay və Marsa yük və insanları aparmaq müəyyən edilmişdir.
Stasin
Kiprli Stasin (q.yun. Στασῖνος) — e.ə. VII yaşamış yunan ədəbiyyatının erkən dövrünün əfsanəvi şairi. Bəzi mənbələrə görə, o, Troya müharibəsi hadisələri haqqında məşhur poemanın yer aldığı 11 kitabdan ibarət "Kipriya" poemasının müəllifi hesab olunur. Patriarx I Fotiyə görə, onun müəllifi Salaminli Hegesi idi, lakin bu əsər bəzən hətta Homerin özünə aid edilir. 1995-ci ildə Halikarnasda tapılan kitabəyə görə müəllif yerli şair "Kipriya"nın müəllifi hesab olunur.
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
SpaceX Starship
Starship — SpaceX şirkətinin aşağı əməliyyat xərcləri ilə tamamilə təkrar istifadə edilə bilməsini hədəfləyən ən hündür və ən ağır raketi. Raketin məqsədi olaraq Yerin orbiti, Ay və Marsa yük və insanları aparmaq müəyyən edilmişdir.
Tarsius tarsier
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Staris yarımadası
Staris ysrımadası — Oxot dəniziinin şimalında Tauy körfəzi sahillərində Maqadan vilayəti ərazisində yerləşir. Yarımadanın qərbində Naqayeva vuxtası, şərqdə isə Qertner buxtası yerləşir. Bundan əlavə sahillərində Batareynaya, Jemcujnaya, Svetlaya, Tixaya, Vodopadnaya buxtaları vardır. Cənub ucqar nöqtəsi Srednı, qərbdə Çirikova, şərqdə Vostoçnı. Maqadan Naqaeva buxtası ilə Qertner buxtası arasında yerləşir. Rus coğrafiyaçı hidroqraf Konstantin Stepanoviç Starisin şərəfinə adlandırılmışdır.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Stasis Şalkauskis
Stasis Şalkauskis (lit. Stasys Šalkauskis; 16 may 1886 – 4 dekabr 1941, Şyaulyay) — Litva filosofu və müəllimi, professor, fəlsəfə doktoru, Kaunasdakı Böyük Vitovt Universitetinin rektoru. Stasis ŞalkauskisŞavelski adına kişi gimnaziyasını bitirib. Sonra 1905-1911-ci illərdə Moskva İmperator Universitetində hüquq və iqtisadiyyat üzrə təhsil alıb. Moskvada olduğu müddətdə o, Litva Tələbə Cəmiyyətinin fəaliyyətində iştirak etmiş, 1907-1908-ci illərdə orada bir neçə esse oxumuş, burada “litvalı tələbələrin münasibət və ideallarına dair ümumi tənqidi” çıxış etmişdir. O, litvalı tələbələrin əksəriyyətinin inqilabi və nihilist əhval-ruhiyyəsini dəstəkləmirdi. Səhhətinə görə 1908-ci ildən Səmərqənddə yaşayırdı - zəif ciyərlərini gücləndirmək üçün ona isti iqlim lazım idi. Orada Şalkauskis də imtahanlara hazırlaşırdı. 1910-cu ilin aprelində imtahan vermək üçün Moskvaya qayıtdı və bir ilə yaxın orada qaldı. Moskvada olduğu müddətdə o, Rusiya Tanrıpərəstliyinin mərkəzi olan Dini və Fəlsəfi Görüşlərdə iştirak etmişdir.
Kiprli Stasin
Kiprli Stasin (q.yun. Στασῖνος) — e.ə. VII yaşamış yunan ədəbiyyatının erkən dövrünün əfsanəvi şairi. Bəzi mənbələrə görə, o, Troya müharibəsi hadisələri haqqında məşhur poemanın yer aldığı 11 kitabdan ibarət "Kipriya" poemasının müəllifi hesab olunur. Patriarx I Fotiyə görə, onun müəllifi Salaminli Hegesi idi, lakin bu əsər bəzən hətta Homerin özünə aid edilir. 1995-ci ildə Halikarnasda tapılan kitabəyə görə müəllif yerli şair "Kipriya"nın müəllifi hesab olunur.
Birinci dərəcəli starşina
Birinci dərəcəli starşina — donanmada ikinci dərəcəli starşinadan daha yüksək, baş starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Bəxtiyar Quliyev (starşina)
Rinqo Starrın diskoqrafiyası
Bu məqalədə 1960-cı illərin Britaniya rok-qrupu olan "The Beatles"ın barabançısı Rinqo Starın diskoqrafiyası təqdim olunub. 1970-ci ilin yazında qrup dağılıb və Rinqo Star özünün solo karyerasına başlayıb.
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli starşina
İkinci dərəcəli starşina — Donanmada baş matrosdan daha yüksək, birinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. Starşina heyətinin ən kiçik rütbəsi. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Brawl Stars
Brawl Stars — Finland videooyun şirkəti Supercell tərəfindən tərtib edilmiş çox oyunçulu, döyüş arenası videooyunu. Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOS və Android platforması üçün buraxılmışdır. Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan "brawler" adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar. == Oynanış == Oyunçunun məqsədi oyun kuboku yolunda (ing. Trophy Road) irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir. Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər. Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir stardrop açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür. 2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar.
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Rinqo Starın diskoqrafiyası
Bu məqalədə 1960-cı illərin Britaniya rok-qrupu olan "The Beatles"ın barabançısı Rinqo Starın diskoqrafiyası təqdim olunub. 1970-ci ilin yazında qrup dağılıb və Rinqo Star özünün solo karyerasına başlayıb.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.
Wanna Be Startin' Somethin'
Wanna Be Startin' Somethin' — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.