Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Birinci dərəcəli starşina
Birinci dərəcəli starşina — donanmada ikinci dərəcəli starşinadan daha yüksək, baş starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Bəxtiyar Quliyev (starşina)
Bəxtiyar Sabir oğlu Quliyev (30 avqust 1971, Şuşa, DQMV – 30 may 1994, Bakı) — Azərbaycan hərbçisi, starşina; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Quliyev 30 avqust 1971-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1988-ci ildə Şuşa şəhər 2 saylı tam orta məktəbi bitirmişdir. == Hərbi xidməti == 1989-cu ilin sonlarında Şuşa Rayon Hərbi Kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Naxçıvan MSSR-in Culfa rayonunda 1991-ci ilə qədər qulluq etmişdir. Bu müddətdə nümunəvi və peşəkar xidmətinə görə adi əsgər (10.12.1989) rütbəsindən yefreytor (01.08.1990), kiçik çavuş (29.11.1990), çavuş (22.02.1991), baş çavuş (08.05.1991) və starşina (14.11.1991) rütbələrinə qədər yüksəlmişdir. 19 aprel 1994-cü ildə Yasamal Rayon Hərbi Kommisarlığı tərəfindən Qarabağ müharibəsinə səfərbər edilmişdir. 701 saylı hərbi hissənin tərkibində döyüşmüşdür.30 may 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndində ağır yaralanmış və helikopterlə Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da aldığı yaralardan şəhid olmuşdur. Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli starşina
İkinci dərəcəli starşina — Donanmada baş matrosdan daha yüksək, birinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. Starşina heyətinin ən kiçik rütbəsi. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Russkaya Starina (jurnal)
Russkaya Starina (rus. Русская старина) — tarix jurnalı. Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi. == İstinadlar == == Mənbə == V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
Starlink
Starlink, Amerikanın SpaceX peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidi. SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə təqdim edildi. Bəyanatlarda, bütün yenidən qurulan rabitə trafikinin 50% -ni daşımaq üçün kifayət qədər bant genişliyini dəstəkləyə biləcəyi və sıx şəhərlərdə yerli internet trafikinin 10% -ə qədərini təmin edə biləcəyi ifadə edildi.internet şəbəkəsinin normal çalışması üçün minimum 780 peyk lazımdır. Elon Musk 1-ci mərhələdə Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peyki yelrəşdirməyi planlaşdırır.Kosmosda qurulmağa başlayan bu internet şəbəkəsinin sürətli və sabit işləməsi üçün birinci mərhələdə 12000 peyk, ikinci mərhələdə 30000 peyk göndəriləcəkdir. Elon Musk’ın son hədəfi cəmi 42000 peykdir.Starlink peyklərinin hər biri 260 kq ağırlığında və bir masa ölçüsündədir. Üzərində 4 güclü antena var. Bunların sayəsində bir-biri ilə və dünya ilə əlaqə qura bilərlər. Enerjisini akkordeon şəklində açan günəş panellərindən əldə edir. Bu peyklər ion mühərriklərinin sürətlənməsi ilə hərəkət və manevr edə biləcək. == Starlink Azərbaycanda == 2022-ci ilin dekabr ayında İlon Maskın şirkəti “Starlink Azerbaijan” MMC adında Bakıda qeydiyyatdan keçib.
Stuartina
Stuartina (lat. Stuartina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Stuartina hamata Philipson Stuartina muelleri Sond.
Sardina
Sardina — Siyənəkkimilər fəsiləsinə daxil olan üç bioloji balıq cinsinin sənaye əhəmiyyətli ovunu nəzərdə tutur — avropa sardinası (Sardina), Sardinops (Sardinops) və Sardinella (Sardinella). Sardelka və sardel (it. sardella — sardina) — sardina sözünün köhnəlmiş variantıdır. == Miqrasiya == Bu yaxınlarda əldə edilən məlumata görə 5 milyard balıq, uzunluğu 7 km olan böyük bir dəstə yaradır. Sardinalar soyuq cərəyanlarla hərəkət edir. Bu balıq sürüsünü minlərlə delfin, köpəkbalığı, balina, quş təqib edir.
Sarsena
Sarsena (fr. Sarcenas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38472. Kommunanın 1999-cu il üçün əhalisi 141 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 10 km şimalda yerləşir.
Enniskorti (stansiya)
Enniskorti (isl. Enniscorthy) — 16 noyabr 1863-cü ildə ictimai istifadəyə açılmış, İrlandiya Respublikası Ueksford rayonunun dəmiryolu nəqliyyat əlaqəsini təmin edən bir dəmiryolu stansiyasıdır. == İstinadlar == == Ədəbiyyat == Butt, R.V.J. The Directory of Railway Stations: details every public and private passenger station, halt, platform and stopping place, past and present. — 1st. — Sparkford : Patrick Stephens Ltd, 1995. — ISBN 1-8526-0508-1. Jowett, Alan. Jowett's Nationalised Railway Atlas. — 1st. — Penryn, Kornvel : Atlantic Transport Publishers, 2000.
Horadiz (stansiya)
Horadiz — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.
Kosmik stansiya
Kosmik stansiya və ya orbital stansiya — Yer kürəsinə yaxın orbitlərdə insanların kosmik fəzada uzunmüddətli elmi tədqiqatlar, kəşfiyyatlar, Yer səthi və atmosferinin müşahidəsi, astronomik müşahidələr aparması üçün nəzərdə tutulmuş kosmik aparat. Orbital stansiyaya müxtəlif heyətlər xidmət göstərdiyi üçün kosmik nəqliyyat gəmiləri vasitəsilə ona vaxtaşırı kosmonavtlar və müvafiq yüklər daşınır. Pilotla idarə olunan ilk belə orbital stansiya 1971-ci ildə SSRİ tərəfindən buraxılmış "Salyut" orbiyal stansiyasıdır. 1973-cü ildə ABŞ-nin "Skayleb" orbital stansiyası orbitə çıxarıldı. Orbital stansiyadakı avadanlıqlar bilavasitə kosmonavtların iştirakı ilə, eləcə də avtomatik rejimdə işləyə bilir. Bu da ondan bir çox elmi və tətbiqi məsələlərin (astrofiziki tədqiqatların, fiziki-texniki və tibbi-bioloji eksperiadentlərin, meteoroloji müşahidələrin aparılması s.) həlli üçün istifadə etməyə imkan verir. == Kosmik stansiyalar == Salyut orbital stansiyaları Salyut-1 (DOS-1, 1971) DOS-2 (1972) — orbitə çıxmamışdır Salyut-2 (OPS-1, 1973) — Almaz proyektinin bir hissəsi. Kosmos-557 (DOS-3, 1973) — nəzarət itirilib Salyut-3 (OPS-2, 1974–1975), Almaz proyektinin bir hissəsi. Salyut-4 (DOS-4, 1974–1977) Salyut-5 (OPS-3, 1976–1977), Almaz proyektinin bir hissəsi. Salyut-6 (DOS-5–1, 1977–1982) Salyut-7 (DOS-5–2, 1982–1991) SkyLab (1973–1979) Mir (Salyut-8, DOS-6, 1986–2001) Beynəlxalq Kosmik Stansiya (1998-ci ildən) — 16 dövlətin kondominiumu Genesis — ABŞ-nin Bigelow Aerospace şirkətinə məxsusdur.
Meteoroloji stansiya
== Meteoroloji stansiyalar == Bütün meteoroloji kəmiyyətlər üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Stansiyalar 3 dərəcəyə ayrılırlar. I dərəcəli stansiyada tam proqramla müşahidələr aparılır, II və III stansiyalarda texniki rəhbərlik edilir. Bundan başqa həmdə ixtisaslaşmış stansiyalar vardır. == Meteoroloji stansiyalara verilən tələblər == Meteoroloji stansiya ərazinin elə bir yerində qurmalıdırki o yer həmin rayon üçün xaraktrik olsun. Meteoroloji stansiyanı dərin yarğanların, uçqunların yaxınlığında qurmaq olmaz. Stansiya açıq və hamar yerdə qurulmalıdır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır. O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri ) metroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar.
Saraşina Nikki
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi‎) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki. Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir. O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi. == Haqqında == "Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir. Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür. 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir. Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir. Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir. Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.Əri də daxil olmaqla ona yaxın olan bir neçə insanın ölümündən sonra buddist rahibəsi olmuşdur.
Stansiya Daşarx
Stansiya Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Stansiya Daşarx kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Stansiya ərazisindəki eyniadlı arxın adı ilə bağlıdır. Düzənlikdədir.
Stansiya Qumlaq
Qumlaq və ya Stansiya Qumlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 1993-ci ildən erməni silahlı qüvvələrinin işğalı altında idi. 19 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qumlaq. Cəbrayıl rayonunun eyniadlı i.ə.v.-də qəsəbə. Araz çayının sahilində, düzənlikdədir. Qəsəbə Qumlaq dəmir yolu keçidi yanında salındığına görə bela adlandırılmışdır; Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Araz çayının sahilində, düzənlikdədir. Yaşayış məntəqasi XIX əsrdə Qumlaq adlı qoyun yatağı yerində salındığına görə belə adlanmışdır. Kəndin ərazisi həqiqətən qumlu sahədən ibarətdir.
Stansiya Sumqayıt
Stansiya Sumqayıt — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri. == Təhsil == Bu ərazidə 43 nömrəli tam orta məktəb yerləşir.
Stansiya Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Ufa (stansiya)
Ufa stansiyası (başq. Өфө) — Kuybişev dəmir yollarına aid olan, Transsibir magistralı üzərində yerləşən, Başqırdıstanın Ufa şəhərində mövcud ola dəmir yol stansiyası. == Tarixi == Müasir vağzalın yerndə ilk voğzalın təməli hələ 1885-ci ildə atılmışdır. 1888-1967-ci illər ərzimndə istismar edilən binanın layihəsi F. F. Essenə məxsus idi. 3 il sonra sökülmüş vağzalın yerində K. Qotlibin layihəsi əsasında daşdan yeni bina inşa edilir. Bna 2005—2011-ci illərdə təmir edilmişdir. == Stansiya haqqında == Stansiyada dəmiryolu vağzalı yerləşir. Voğzalda yenilənmələr 12974-cü ildən aparılır. 2005-ci ildən isə mütəmadi hall almışdır. Stansiya 4 sərnişin platformasına sahibdir.
Viola stagnina
Viola persicifolia (lat. Viola persicifolia) — bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Paraseiulus sarcina
Paraseiulus sarcina (lat. Paraseiulus sarcina) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Avtomatik planetlərarası stansiya
Avtomatik planetlərarası stansiya – Yer orbitini tərk edən və kosmosu tədqiq edən robotik kosmik gəmidir.
Baş gəmi starşinası
Baş gəmi starşinası — Rusiya HDM-də və Federal Sərhəd Xidmətinin dəniz hissələrində baş starşinadan daha yüksək, miçmandan isə daha aşağı tutulan hərbi rütbə.