Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Sten
Sten — yarımavtomatik silah növü. == Tarix == Bu silahı ingilislərin yaratmışdır. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. İkinci dünya müharibəsi dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur.Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır.Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. == Tibbi istifadə == Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir. Çox uzun tıxanmalar bir ədəddən çox stent tələb edə bilər — belə müalicənin nəticəsi bəzən "tam metal örtük" adlanır.Prosedurun özü kateterizasiya klinikasında həyata keçirilir. Fəsadlar istisna olmaqla, kateterizasiya edilən xəstələr müşahidə üçün ən azı bir gecə saxlanılır.Koronar arteriyaların budaqları yaxınlığında tıxanmanın müalicəsi əlavə çətinliklər yaradır və əlavə üsullar tələb edir.
Kristina Steyna
Kristina Steyna (d. 28 noyabr 1995) — Latviyalı üzgüçü. Kristina Steyna Latviyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kristina Steyna birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.36 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 44-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Siena Universiteti
Siena Universiteti (it. Università degli Studi di Siena - UNISI) — İtaliya Respublikasının Siena şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biri. == Tarixi == 1240-cı ildə yaradılmış Siena Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Stana Katiç
Stana Katiç (serb-xorv. Stana Katić, ing. Stana Katic 26 aprel 1978, Hamilton, Ontario) — Serb-xorvat mənşəli kanadalı aktrisa, Kasl televiziya serialındakı detektiv Keyt Bekket rolu ilə tanınır. == Bioqrafiyası == Katiç Kanadanın Ontario vilayəti, Hamilton şəhərində anadan olub. Atası serb, anası xorvat əsillidir. Yuqoslaviyadan Kanadaya köçmüşlər. Milliyyəti haqqında danışan Stana deyir: "Valideynlərim Xorvatiyadan olan serblərdir. Bizi Dalmatiyalı adlandırıram". Atası Vrlicdən, anası Sindəndir. Daha sonra Katiç ailəsi ilə Aurora şəhərinə (İllinoys, ABŞ) köçür.
Steno bredanensis
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). == Xüsusiyyətləri == Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. == Yayılması == Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. == Həyat tərzi == Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Sterna acuticauda
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna albifrons
Sterna albistriata
Sterna aleutica
Sterna anaethetus
Onychoprion anaethetus (lat. Onychoprion anaethetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin onychoprion cinsinə aid heyvan növü.
Sterna antillarum
Sterna aurantia
Hindistan susüpürəni (lat. Sterna aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna balaenarum
Sterna bengalensis
Sterna bergii
Sterna bernsteini
Sterna caspia
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.