Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stepannos Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Katolikos III Stepannos
Katolikos III Stepannos - Albanların LIV katolikosu. 20 il hakimiyyətdə qalmışdır. == Katolikosluğu == Katolikos Bezgendən sonra kürsüyə gəlmişdi. Onun sufraqan keşişi Serkavak bir dəfə Gəncəyə ianə toplamağa gedərkən əmir Bədrəddin onu görmüş və katolikos haqqında öyrənmiş və onu Gəncəyə dəvət etmişdi. Katolikos isə bunu eşidərkən sevinmişdi, çünki indiyəcən heç bir müsəlman əmiri bir katolikosu dəvət etməmişdi. Katolikos və keşişlər şəhərdə gəzərkən əhali əsəbləşmiş, İsfahana şikayət yazandan sonra katolikos və əmiri həbs etmişdilər. Əmir İsfahana qovulandan sonra Stepannos da qızıl və gümüşləri müsadirə olunandan sonra Xaçına göndərilmişdi. == Son günləri və ölümü == Gəncə hadisəsindən sonra bir daha ora getməyə cürət etməyən katolikosdan bezən əhali keçmiş Katolikos Bezgeni anti-katolikos elan edərək yenidən kürsünü ona verdilər. Stepannos isə Bezgeni lənətləri və dindən çıxdığını dedi. Həyatının sonunadək daim yer dəyişmiş və Herg qəsəbəsində ölmüşdü.
Katolikos II Stepannos
Katolikos II Stepannos — Albanların LI katolikosu. == Katolikosluğu == Katolikos II İohannesdən sonra taxta çıxmış və 1129–1131 illərdə il yarım müddətində taxtda oturmuşdur. Mxitar Qoş onun haqqında yazır: O gənclik illərində katolikosluğa cəlb olunmuş, və katolikos kimi il yarım çalışmışdır. Onun ölümündən sonra Albaniya ölkəsi səkkiz il katolikossuz qalmış (1131–1139 11 iyun) və bu müddət ərzində orada katolikos olmamışdır. Həmin müddətdə Albaniyada başqa ölkələrdə ruhanilik etməli olan adamları katolikos seçirdilər. Bu dövrdə Müqəddəs Yağın miqdarı o qədər azalmışdı ki, uşaqları adı su ilə xaç suyuna çəkirdilər və üstün cüzi miqdarda sirkə yaxırdılar.
Katolikos IV Stepannos
Katolikos IV Stepannos — Albanların LVII katolikosu. == Katolikosluğu == Katolikos II Nersesdən sonra kürsüyə gəlmişdi. Bu vəzifəyə gələndə hələ gənc idi. O Kirakos Gəncəlinin siyahısında adı çəkilən son katolikosdur.
Katolikos I Stepannos
Katolikos I Stepannos — Albanların XXXXIX katolikosu. == Katolikosluğu == Katolikos II Markosdan sonra kürsüyə çıxmışdır. Katolikos I Stepannosun taxt illəri dəqiqləşdirilməyib. Lakin orta əsrlər erməni tarixçisi Araveltsi onun adını dolaylı olaraq 1076-cı il hadisələriylə əlaqədar çəkir. 1074-cü ildə Antakiya valisi Vasak Pəhlavuni (Katolikos II Qriqorinin oğlu) öldürüldükdən sonra Bizans sərkərdəsi Filoret bu bəhanə ilə Antakiyaya girir və oranı işğal edir. Sargis adlı bir keşişi katolikos təyin edir. Stepannos onu katolikos kimi tanımadı və lənətlədi.
Katolikos V Stepannos
Katolikos V Stepannos — albanların LXXI katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Müqəddəs Stepannos Monastırı
Müqəddəs Stepannos Monastırı - Culfa şəhərindən 15 km aralı, Araz çayı sahilində yerləşən IX əsrə aid erməni monastır kompleksi. Monastır 2008-ci ildə İranda UNESCO ümumdünya irsi abidələri sırasına daxil edilmişdir.
Müqəddəs Şəhid Stepannos monastırı
Müqəddəs Şəhid Stepannos monastırı (erm. Սուրբ Ստեփանոս Նախավկա) ― Şamaxı rayonunun Saqiyan kəndində yerləşən monastır. Saqiyan kəndinin əsas əhalisi xristian tatlar olmuşdur. Bu xristianların dini ehtiyaclarını ödəmək üçün Kirakos adlı bir yerli keşiş tərəfindən 1660-cı ildə ucaldılmışdır. Şamaxı yeparxiyasının rəhbəri Hovhannes Şahxatunyantsın 1842-ci ildə verdiyi məlumata görə monastırın girişində məbədin "Ağvan torpağından Kirakos" adlı bir müəllim tərəfindən tikildiyi qeyd olunmuşdu. Alban katolikosu Katolikos IV Petrosun da adı həmin kolofonda çəkilirdi. Lakin başqa bir katolikos olan II Sargis bu bölgəni ziyarət edəndə monastırın 1741-ci ildə tikildiyini göstərirdi. Şamaxı arxiyepiskopu Daniel Şahnazaryantsın yazdıqlarına görə Şamaxı xanı Mustafa xan dövründə monastır xüsusilə zənginləşmişdi. Daniel bu monastırı "Şamaxı dövləti" üçün bir ilk sayırdı. 1815-ci ildə Rusiya sinodunun qərarı ilə Alban Həvari Kilsəsinin katolikosluğu ləğv edildi və Sargisin dərəcəsi endirildi.