Katolikos II Stepannos

Katolikos II Stepannos - Albanların LI katolikosu.

Katolikosluğu[redaktə | mənbəni redaktə et]

Katolikos II İohannesdən sonra taxta çıxmış və 1129-1131 illərdə il yarım müddətində taxtda oturmuşdur. Mxitar Qoş onun haqqında yazır:

O gənclik illərində katolikosluğa cəlb olunmuş, və katolikos kimi il yarım çalışmışdır. Onun ölümündən sonra Albaniya ölkəsi səkkiz il katolikossuz qalmış (1131-1139 11 iyun) və bu müddət ərzində orada katolikos olmamışdır. Həmin müddətdə Albaniyada başqa ölkələrdə ruhanilik etməli olan adamları katolikos seçirdilər. Bu dövrdə Müqəddəs Yağın miqdarı o qədər azalmışdı ki, uşaqları adı su ilə xaç suyuna çəkirdilər və üstün cüzi miqdarda sirkə yaxırdılar.