Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqəddəs Məryəmin dirilməsi bazilikası (Strahov)
Müqəddəs Məryəmin dirilməsi bazilikası (çex. Bazilika Nanebevzetí Panny Marie) — Çexiyanın paytaxtı Praqa şəhərinin Strahov rayonunda yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə Premonstrant Strahov monastırının tərkibinə daxildir. 6 noyabr 1991-ci ildə o kiçik bazilika tituluna layiq görülmüşdü. Müqəddəs Məryəmin dirilməsi bazilikası Premonstrant Strahov monastırının tərkib hissəsi olaraq, 1140–1143-cü illər arasında Çexiya knyazı II Vladislavın təsisi və Olomouç yepiskopu Yindrjix Zdikin təşəbbüsü ilə əsası qoyulmuşdu. Kilsə bir neçə dəfə yenidən qurulmuşdu. XVII əsrin əvvəllərində kilsə tamamilə baxımsız vəziyyətə düşmüşdü. Monastırda yalnız müqəddəs Ursula kilsəsi normal vəziyyətdə idi və buna görə də, kiçik premonstrant icması öz ibadətlərini burada yerinə yetirirdi. Hazırkı barokko görünüşünü kilsə abbat Kaspar fon Kvestenberq (1612–1640) tərəfindən həyata keçirilmiş yenidənqurmadan sonra əldə etmişdir. Elə həmin dövrdə, 1627-ci ildə monastıra Maqdeburqdan Premonstrant ordeninin qurucusu Ksantentli müqəddəs Norbertin qalıqları köçürülmüşdür.