Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Straşske
Straşske (alm. Straschke‎; mac. Őrmező) — Şərqi Slovakiyanın Koşitse diyarındakı Miçalovse Rayonundakı kiçik bir qəsəbə və bələdiyyədir. Qəsəbə, Miçalovse rayonunun ən şimal hissəsində yerləşir. == Tarixi == Tarixi qeydlərdə qəsəbə ilk dəfə 1337-ci ildə bəhs edildi. == Coğrafiyası == Qəsəbə, 135 metr yüksəklikdədir və 24.773 kvadrat kilometr bir sahəni əhatə edir. Bələdiyyənin təxminən 4460 nəfərlik əhalisi var. Qəsəbə, Labores çayı üzərində yerləşir. == Demoqrafik == 2001 əhali sayımına görə, şəhərin əhalisi 4.474 nəfər idi. Sakinlərin 96.38%-i Slovak, 1.07%-i Qaraçı, 0.87%-i Çex, 0.45%-i Rusin və 0.40%-i Ukraynalı idi.
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
Krasnoe gölü (Anadır rayonu)
Krasnoe gölü (rus. Красное) — Anadır ovalığının ən böyük gölü. Rusiyanın Çukotka Muxtar Dairəsi, Anadır rayonu ərazisinə daxildir. Gölün yaxınlığında Krasneno kəndi yerləşir. == Tarixi məlumat == Göl sahili təşkil edən effuziv qayaların qırmızı və qəhvəyi tonlarına görə adlandırılmışdır. İlk xəritələrdə göl Krasnyano adlanırdı. Buna görə də köhnə rus əhalisinin ləhcəsində bu "zəngin, bol" mənasını verirdi. Anadırda yayayış təmin edildikdən bəri göldə müntəzəm yarmarkalar keçirilmişdir. == Hidrologiya == Krasnoe gölü Anadır çayının aşağı axınında yerləşir və olduqca geniş bir ərazini tutur. Qərbdən gölün hövzəsi Çikaev dağlarının yüksəklikləri ilə (280-390 m), şərqdən isə Rarıtkin silsiləsinin dağları ilə əhatələnir (350-420 m).