Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Strelets edamının sabahı
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Strelets edamının səhəri
Strelets edamının səhəri (rus. Утро стрелецкой казни) rus rəssamı Vasili Surikov tərəfindən 1881-ci ildə çəkilmiş rəsm əsəri «Strelets edamının səhəri» - rus rəssamı Vasili Surikovun 1698-ci ilin uğursuz qiyamından sonra atıcıların edamına həsr olunmuş rəsm əsəridir. «Strelets edamının səhəri» rəsmi Surikovun Rusiyanın tarixi mövzusuna həsr olunmuş ən böyük əsəri idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu. Lakin Surikov edam anını verməmiş, tamaşaçıları sarsıtmaq istəməmişdir. O, bütün diqqətini məhkum olunmuşların ruhi vəziyyətinə və ömrünün axırıncı anlarını yaşayanların son əhvalına yönəltməyə çalışmışdır.
Stereales
Russulales (lat. Russulales) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinə aid göbələk dəstəsi.
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. == Tarix == 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Striges
Bayquşkimilər (lat. Strigiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır.
Şekeleş
Şekeleş — Yeni padşahlıq dövrünə aid bir sıra Qədim Misir mənbələrində haqqında məlumat verilən və mənşəyi tarixçilər arasında hələ də mübahisə mövzusu kimi qalan antik dövrün "dəniz xalqları"ndan biri. == Mənşəyi və məskunlaşması == "Şekeles" adı çox vaxt "sikiler" kimi transkripsiya edilir və buna görə də onların Siciliyada yaşamış sikanlar və ya sikullar olduğu güman edilir. Eyni zamanda, Qədim Misir mənbələrində onlar Egey adalarından, Kiprdən və ya Yunanıstandan gələn dəniz quldurları kimi xarakterizə olunur. Fələstin ərazisində Mikena və ya Kipr-Mikena mədəniyyətlərinə aid arxeoloji tapıntılar göstərir ki, burada olan şekellər, görünür, Mikena tacirləri kimi fəaliyyət göstərirdilər. Buna baxmayaraq, başqa bir versiyaya görə, bu tapıntılar onu göstərir ki, onlar Fələstinin bəzi sahilyanı şəhərlərini ələ keçirərək bir müddət hakimiyyətdə qalmışdılar. Bəzi İsrail arxeoloqlarına görə, "Şekeleş" Karmel sahillərində və Şaron vadisinin şimalında məskunlaşmışdı. == Mənbə == === İstinadlar === === Əlavə ədəbiyyat === Ephraim Stern: Dor, Ruler of the Seas. Israel Exploration Society, Jerusalem 2000. ISBN 965-221-042-0 Abraham Malamat: The Egyptian decline in Canaan and the Sea-Peoples. Massadah, Tel-Aviv 1971.
Stress
Stres – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Şürele
Stres
Stres – orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxması. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
The Strokes
The Strokes — 1998-ci ildə ABŞ-də yaradılmış rok qrupu.
Şarples epoksidləşməsi
Şarples epoksidləşməsi — Şarples epoksidləşməsi (çox vaxt Şarples asimmetrik epoksidləşməsi üçün SAE kimi qısaldılır [1]) sintetik üzvi kimyada reaksiyanın adıdır. Katalitik asimmetrik reaksiyalar qrupuna aiddir. Prokiral birləşmələrdən başlayaraq məhsulun yalnız bir enantiomeri seçici şəkildə əmələ gələ bilər; bu enantio- və diasteroselektiv reaksiyadır. Reaksiya allil spirtlərindən 2,3-epoksi spirtləri verir. Bu məhsullar həm epoksi, həm də spirt qruplarını ehtiva edir və bir çox digər maddələrin sintezi üçün başlanğıc material kimi xidmət edə bilər. (Qeyd: Barry Sharpless 2001-ci ildə William S. Knowles və Ryoji Noyori ilə paylaşdığı asimmetrik oksidləşmə reaksiyalarına dair tədqiqatlarına görə Kimya üzrə Nobel Mükafatını aldı.) Şarples epoksidləşməsi: Məhsulun mütləq konfiqurasiyası epoksidləşmənin hücum tərəfini təyin edən dietil tartratın (DET) konfiqurasiyasından asılıdır (Si/Re — prokirallığa bax). == Reaksiya şəraiti == Adetən, Şarples epoksidləşməsi [2] dixlorometanda −78 °C-də aparılır. Substrat birli və ya ikili allil spirtidir. Oksidləşdirici maddə hidroperoksiddir, ən çox tret-butil hidroperoksiddir. Stereoselektivliyi induksiya edən kompleks katalitik miqdarda tetraizopropil ortotitanat (titan (IV) izopropoksid, 5–10 mol %) və enantiomerik təmiz dietil tartratın (dietil tartrat [DET], 6–12 mol %) əlavə edilməsi ilə əmələ gəlir.
Bulbophyllum stelis
Bulbophyllum stelis (lat. Bulbophyllum stelis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Stelis amoena
Stelis amoena (lat. Stelis amoena) — səhləbkimilər fəsiləsinin stelis cinsinə aid bitki növü.
Stelis parahybunensis
Stelis amoena (lat. Stelis amoena) — səhləbkimilər fəsiləsinin stelis cinsinə aid bitki növü.
Street Fighter
Street Fighter (yap. ストリートファイタ, qısa variantı: SF) – "Action" (ing. Hərəkətli) janrında yaradılan oyun seriyasıdır. "Capcom" şirkəti tərəfindən yaradılmışdır.
Strela adası
Strela adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Sedov arxipelaqının mərkəzində yerləşir. Adanın qərb sahillərindən 200 m şimalda Otdelnıy yarımadası (Sredniy adasının şərq qutaracağında), şərq sahillərindən 300 m şimalda Fiqurnıy adası yerləşir. == Təsviri == Uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Adada çay yoxdur. Şimal-qərbində isə şirindulu göl vardır. Mərkəzi hissəsində 23 metrlik qaya vardır.
Stress hormonlar
Stress hormonlar — stres hormonları tənzimləyən fermentlər monoaminoksidaza(MAO) və katexolamintransferazadır(KOMT) .MAO neyronun hüceyrə daxili stres hormonları parçalayır.KOMT isə hüceyrələrin sinapslar arası stres hormonları parçalayır.
Yan Streys
Yan Yansen Streys (nid. Jan Jansen Struys, 1630 — 1694) — XVII əsr Niderland səyyahı. == Həyatı == Yan Streys (1630-1694) holland dənizçisi və səyyahı idi. Səyyah Dağıstanda Qaytaq hakimi tərəfindən əsir alınmış, 1670-1672-ci illərdə qul sifəti ilə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərində yaşamışdır. O, vətənə qayıdandan sonra «Ecazkar, olduqca başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avropa ölkələrində 25 dəfədən artıq çap edilmişdir. Yan Streysin əsərində Dərbənd, Şamaxı, Ərdəbil şəhərlərinin memarlıq baxımından vəziyyətinə, maarifin inkişaf səviyyəsinə aid məlumatlar vardır. Onun Ərdəbildəki Şeyx Səfi kompleksi barədəki fikirləri də maraqlıdır.
Callum Styles
Kallum Con Styles (d. 28 mart 2000, Buri, İngiltərə ) — ingilis əsilli Macarıstan millisinin futbolçusu . O, yarımmüdafiəçi və sol cinah müdafiəçi mövqelərində oynayır. Çempionşip komandalarından biri olan Barnsley- də oynayır. == Karyera == === Bury === Styles 1 iyul 2016-cı ildə EFL League One komandası Bury- yə qoşuldu. Peşəkar debütünü 8 may 2016-cı ildə Sautend Yunayted ilə mövsümün son oyununda etdi. Növbəti mövsümdə Styles ilk assistini 18 fevral 2017-ci ildə Chesterfield- ə qarşı etdi. 2016-17 mövsümündə 13 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Növbəti mövsüm, Bury komandası Stylesi liqada düzgün qeydiyyatdan keçirə bilmədi. === Barnsley === 6 avqust 2018-ci ildə Styles £500,000 qarşılığında EFL League One komandası Barnsley- ə transfer oldu.
Kristofer Mireles Suazo
Kristofer Mireles Suazo (25 noyabr 1992) — Meksikalı peşəkar kişi BMX velosipedçisi. Kristofer Mireles Suazo Meksikanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Kristofer Mireles Suazo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.091 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
Yolüstü saray (Strelna)
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir. Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur. Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur. == Tarix == Sarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir. Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil.
Martin Strel
Martin Strel (1 oktyabr 1954, Mokronoq[d]) — Sloveniyalı uzun məsafəli üzgüçü. Bu intizamda bir neçə dünya rekordu vurubdur . 2007-ci ildə 53 yaşlı sloveniyalı üzgüçü Martin Strel Amazonka çayını üzüb keçərək Ginnesin rekordlar kitabına düşmüş ilk insan olmuşdur. 66 gün ərzində gündəlik 80 km məsafəni üzərək ümumilikdə 5268 km məsafəni qət edə bilmişdir. İdmançının əsəs məqsədi isə ictimaiyyətin diqqətini Amazon meşələrinin kəsilməsi probleminə yönəltmək idi. Bundan əvvəl Martin Strel Dunay (84 saat fasiləsiz 504 kilometr məsafə), Mississippi (68 gündə 3800 kilometr məsafə qət etdi), Yanszı və Cəbəllütariq Boğazı kimi çayları fəth etdi. Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2009-cu ildə Streldən bəhs edən "Böyük çay adamı" sənədli filmi nümayiş olundu.
Stels Texnologiyası
Stels texnologiyası — digər adla Az Görünmə Texnologiyası hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikaları toplusudur. Stels texnologiyaları əsasən radarlar, infraqırmızı radarlar və sonar radarlara qarşı nəzərdə tutulur. Müasir stels texnologiyalarının əsas 1958-ci ildə Birləşmiş Ştatlarda qoyuldu. Daha öncəki görünməməzlik cəhdləri uğursuzluqla başa çatmışdı (SSRİ Amerikan kəşfiyyat təyyarəsi – U-2-ni SSRİ ərazisində uçarkən vurdu). Stels konsepti düşmən ərazisində heç görünmədən, yaxud da dost görünümündə fəaliyyət göstərmək deməkdir. Stelstin bir çox yerdə tətbiqləri olsa da ən əsas hərbi təyyarələrdə tətbiq olunur. == Tarixi == 1958-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özlərinin Lockheed U-2 təyyarələrini əvəzləmək üçün yeni növ kəşfiyyat təyyarəsinin hazırlanması üçün Lockcheed aviakompaniyasına sifariş verdi. Kelli Conson ("Kelly" Johnson) və onun Skunk Worksdəki komandası nəticədə gələcəkdə əfsanəvi Lockheed SR-71 Blackbird-in baza təyyarəsi olacaq A-12 təyyarəsini istehsal etdilər. Bu təyyarə səsdən 3.2 dəfə sürətlə, 25.000 metr hündürlükdə uça bilirdi. Bu qədər hündürdə uçması onun radarlara düşməməsinə kömək edirdi.
Stels Təyyarə
Stels təyyarə Stels Texnologiyalarından istifadə edərək düşmənin sonar, infraqırmızı və digər növ radarlarına mümkün qədər az görünən və bəzən də görünməyən təyyarələrdir. Stels təyyarələrin hazırlanması ikinci dünya müharibəsi dövrünə təsadüf edir. 1944-cü ildə istehsal olunmuş Horten Ho 229 təyyarəsi ilk stels təyyarə kimi qeyd olunur. Müasir stels təyyarələrə misal kimi Lockheed F-117 Nighthawk, B-2 Spirit, F-22, F-35, T-50 PAK FA-nı göstərmək olar. Əslində heç bir təyyarə radarlara tamamilə gizli deyildir. Lakin stels təyyarənin normal radarlar tərəfindən tutulması çox çətindir. Tutulsa belə ona atılan izləyən raketlərin onları vurmaq ehtimalı azdır. Çünki təyyarədən əks olunan siqnallar çox zəif olduğuna görə raketin öz radarları buraxılandan sonra onu izləməkdə çətinlik çəkirlər. İndiyə kimi yalnız Amerika Birləşmiş Ştatları ordusunun arsenalında stels təyyarələr mövcuddur. Digər ölkələrdəki təyyarələr hələ də test mərhələlərindədirlər.