Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Phaethornis stuarti
Phaethornis stuarti (lat. Phaethornis stuarti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Sevasti Xantu
Sevasti Xantu (yun. Σεβαστή Ξάνθου; 1798 – bilinmir) ― Emmanuil Ksantosun həyat yoldaşı. Onun əri "Filiki Eteriya" ("Dostlar Cəmiyyəti") adlı Osmanlı İmperiyasına qarşı yunan konspirativ təşkilatının üzvü və qurucularından biri idi. Sevasti Xantu anası Mariora və iki bacısı Yefrosinya və Eleni ilə birlikdə İstanbulun Arnavutköy ilçəsində yaşayırdı. 17 yaşında (1815) və "Filiki Eteriya" qurulduqdan bir il sonra Sevasti təşkilatın qurucularından biri Emmanuil Ksantosa ərə getdi. Onların Nikolas, Perikl və Aspasiya adlı 3 uşağı doğuldu. 1821-ci ildə yunan inqilabı başlayanda o, təhlükəsizlikdə qalmaq məqsədilə ailəsi ilə birlikdə İstanbuldan İzmail (indiki Ukrayna şəhəri) şəhərinə köçdü. 1822-ci ildə Sevasti düşmən mühitdə olduqlarını hiss etdi və onun təşəbbüsü ilə onlar İzmaili tərk edərək Kişinyova köçdülər. Emmanuil Ksantos iki səbəbdən ailəsindən çox vaxt uzaq düşürdü, birincisi yunan inqilabını təşkil etmək məsuliyyətini öz üzərinə götürməsi, ikincisi də Margineni monastırında olması ilə bağlı idi. Onun yoxluğunda ailəsinə güvəndiyi insanlar baxırdılar, məsələn onun qayını Mixail Mixaloqlou (Yefrosinyanın həyat yoldaşı) və Mixail Fokianos ailənin maliyyə problemlərini öz üzərinə götürmüşdülər.
Zeev Suraski
Zeev Suraski (ivr. ‏זאב סורסקי‎‏‎) — İsrailli proqramçı, PHPni inkişaf etdirənlərdən və "Zend Technologies"in qurucularından biri. Suraski İsrailin Hayfa şəhərindəki "Technion"dan məzun olub. Qutmans ilə birlikdə 1997-ci ildə PHP3ü inkişaf etdirmişlər. Bu iki dost 1999-cu ildə "Zend Engine" virtual maşınını yaratmış və "Zend Technologies" adlı şirkət qurmuşlar. Şirkətin adı Zeev və Andi sözlərinin birləşməsindən meydana çıxmışdır.
Sevasti Qiriazi
Sevasti Qiriazi (alb. Sevasti Qiriazi, və ya Sevasti Qiriazi-Dako; 1871, Bitola – 30 avqust 1949, Tirana) — Alban vətənpərvər, qadın təhsilinin qabaqcılı. 1871-ci ildə Osmanlı imperiyasının Manastır şəhərində, indi Makedoniyanın Bitola şəhərində iki qardaş və iki bacı olan Qiriazi ailəsində anadan olub. Alban yazıçısı və publisist Naim Fraşeri alban qadınlarının təhsili və tərbiyəsi ilə daha da məşğul olmaq üçün Sevastinin İstanbuldakı Robert Kollecində oxumasını təklif edib. O, 1891-ci ilin iyununda Amerika protestant kollecində təhsil alan ilk alban qadın olmuşdur. 1891-ci il oktyabrın 15-də Korca şəhərinə gələrək burada ilk alban məktəbini açır, burada qardaşı Gerasim və bacısı Paraskevi ona kömək edirlər. Sevasti Manastır Konqresində iştirak edib, burada alban əlifbasının standartlaşdırılması məsələləri müzakirə olunub. İbtidai siniflər üçün qrammatika dərsliklərinin hazırlanmasında və nəşrində köməklik göstərmiş, tarix dərsliyinin redaktoru olmuşdur. Bu məktəb Birinci Dünya müharibəsindən xeyli sonra Qiriasi ailəsinin adı ilə tanınırdı. Birinci Dünya müharibəsinin başlaması ilə Qiriasi həyat yoldaşı, jurnalist, yazıçı və siyasətçi Kristo Dako və bacısı ilə birlikdə Rumıniyaya köçür, oradan da ABŞ-a mühacirət edir.
Sevasti Kallisperi
Sevasti Kallisperi (yun. Σεβαστή Καλλισπέρη; 1858, Afina – 1953, Afina) — Yunanıstanın ilk ali təhsilli qadını. O, həmçinin doktorluq dərəcəsini alan, eləcə də universitet təhsili əsasında müəllim kimi fəaliyyət göstərən ilk yunan qadını hesab olunur. Həmişə qadınların təhsilinin tərəfdarı olan Sevasti qəzet və jurnallarda məqalələr yazır, həmçinin Yunanıstan parlamentinə təhsil islahatları üçün qanun layihələri təklif edirdi. Məktəb müfəttişi kimi Yunanıstanın bütün bölgələrində olan Sevasti sonralar təhsil sistemlərini öyrənmək məqsədilə ABŞ-yə uzunmüddətli səyahət etmişdi. Sevasti Kallisperi 1858-ci ildə Afinada Nikolas və Mariqo Kallisperinin ailəsində anadan olub. Onun əslən Kalimnosdan olan atası Yunanıstan İstiqlaliyyət müharibəsində xidmət etmiş zabit idi və müasir Yunanıstan dövləti qurulduqdan sonra bir neçə mühüm vəzifələrdə, o cümlədən Samos Dövlət Məktəblərinin Müfəttişi (1830), Afina hakimi (1844) və Messeniya prefekti (1855) kimi çalışmışdı. Samosda işlədiyi dövrlərdə Nikolasın təşəbbüsü ilə şəhərdə bir neçə ibtidai məktəb açılmışdı. Cütlüyün üç övladı var idi və təhsilin dönməz tərəfdarları idilər. Sevastinin qardaşı Corc 1897-ci ildə Osmanlı–Yunanıstan müharibəsində əsgər kimi xidmət etmişdi.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir. İngilis və Fransız dilləri iki rəsmi dildir. Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA). Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi Nazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır. Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir. Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Teylor sırası
Teylor sırası — riyaziyyatda bir funksiyanın, o funksiyanın həddlərinin bir nöqtədəki törəmələrinin qiymətlərindən hesablanan sonsuz toplamı şəklində yazılması formasında açılımdır. Adını ingilis riyaziyyatçı Bruk Teylordan almışdır. Əgər sıra sıfır mərkəzlidirsə ( a = 0 {\displaystyle a=0} ), Teylor sırası daha sadə bir hal alar və bu xüsusi hala şotland riyaziyyatçı Kolin Maklarenə istinad olaraq Maklaren sırası deyilir. Bir silsilənin hədlərindən sonlu bir say qədərini istifadə etmək bu silsiləni bir funksiyaya yığmaq üçün ümumi bir üsuldur. Hər dərəcədən törəməsi olan, həqiqi ya da kompleks bir f ( x ) {\displaystyle f(x)} funskiyasının a həqiqi ya da kompleks bir ədəd olmaq şərtilə ( a − r , a + r ) {\displaystyle (a-r,a+r)} intervalındakı Teylor sırası aşağıdakı şəkildə təyin edilir tanımlanmıştır: f ( x ) = f ( a ) + f ′ ( a ) 1 ! ( x − a ) + f ″ ( a ) 2 ! ( x − a ) 2 + … + f ( n ) ( a ) n ! ( x − a ) n + … {\displaystyle f(x)=f(a)+{\frac {f'(a)}{1!}}(x-a)+{\frac {f''(a)}{2!}}(x-a)^{2}+\ldots +{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}+\ldots } Daha nizamlı bir forma olan Siqma təqdimatı ilə isə belə yazılır: = ∑ n = 0 ∞ f ( n ) ( a ) n ! ( x − a ) n {\displaystyle =\sum _{n=0}^{\infty }{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}} Burada n ! {\displaystyle n!} , n faktorialı; ƒ (n)(a) isə f funksiyasının n-ci dərəcədən törəməsinin a nöqtəsindəki qiymətini bildirir.
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Z-sırası
Z-sırası (ing. z-order, ru. z-порядок – qrafik obyektlərin müşahidəçiyə nəzərən yerləşməsi ardıcıllığını bildirən termin. Z-sırası hansı obyektin o birilərlə müqayisədə öndə, yaxud arxada olmasını təyin edir. Başlıca olaraq, kompüter qrafikasında və qrafik interfeyslərin proqramlaşdırılmasında, o cümlədən, veb-dizaynda tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya "lövbər valyutası" deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Ekspertlər şurası
Ekspertlər şurası (farsca: مجلس خبرگان رهبری, Rom: Meclis-i Hubregan-i Rehberi) İranın Ali Rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə onu vəzifəsindən azad edə bilən konstitusiya orqanıdır. Ekspertlər şurası səkkiz ildən bir birbaşa olaraq xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarət bir orqandır. Ekspertlər şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması, üzvlərinin yarısının İranın Ali-Dini Rəhbəri tərəfindən təyin edildiyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən yoxlanılır və təsdiqlənir. Məhz buna görə də, şura bu günə qədər Dini Rəhbərə heç vaxt nəzarət etməmişdir. Ekspertlər şurasının hal-hazırkı sədri Əhməd Cənnətidir.
Neytron döyüş sursatı
Neytron döyüş sursatı — güclü neytron şüalanması ilə təsir göstərən nüvə silahı növü. Neytron döyüş sursatında partlayış xarakterli bölünmə və sintez nüvə reaksiyalarından istifadə olunur. Hazırlanmasında əsas ilkin maddə kimi deyteriumla tritiumun qarışığı işlədilir. Partlayış enerjisi bütün canlılara, o cümlədən daldalanacaqda və sair yerlərdə gizlənmiş adamlara təsir göstərir. Neytron döyüş sursatının dağıdıcı və yandırıcı təsiri nüvə bombalarına nisbətən zəif, orqanizmi şüalandırma qabiliyyəti isə çox yüksəkdir. Neytron döyüş sursatı növlərindən biri hədəfdən 30–130 m yüksəkdə partladılarkən 200–400 m radiusdakı obyektlər zərbə dalğası və işıq şüalanmasından məhv olur, [[1000]-1200 m radiusdakı adamlar bir anda, 1500 m radiusdakılar isə iki gün ərzində tələf olur. 1981-ci ildən ABŞ-da neytron döyüş sursatının kütləvi istehsalı başlanmışdır. Neytron döyüş sursatının növlərindən biri Lens raketi və 203,2 mm-lik mərmilər həm neytron, həm də nüvə partladıcısı ilə təchiz olunur.
Bauçi ştatı
Bauçi ştatı (ing. Bauchi Ibom) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. Bauçi şatatın paytaxtı olan Bauçi şəhəri Bauşe adlı bir ovçunun adından gəlir. O, şəhərin yaradıcısı olan, Yaqub ibn Dadiyə bu yerdə şəhər tikməyə məsləhət verib. Buna görə Yaqub ona yeni şəhərə onun adını verəcəyini söz verib.
Bayelsa ştatı
Bayelsa ştatı (ing. Bayelsa State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Ştatın adı onu təşkil edən ərazilərin adlarının hərflərdən ibarətdir: Brass LGA (BALGA), Yenaqoa (YELGA) və Saqbama (SALGA).
Delaver ştatı
Delaver (ing. Delaware) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Dover şəhəridir.