Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frits Ştuxlik
Frits Ştuxlik (alm. Fritz Stuchlik‎; 11 fevral 1966, Vyana, Avstriya) — sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri (2018-2022). Frits Ştuxlik 11 fevral 1966-cı ildə Vyanada anadan olub. Hakimlik karyerasına 1982-ci ildə başlayıb. 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib. Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib. Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. 2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
Stalik Xankişiyev
Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (rus. Ста́лик (Станислав) Гусе́йнович Ханкиши́ев; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir. Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub. Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır. Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur.
Hacı Məhəmməd Ştulski
Şeyx Hacı Məhəmməd Ştulski (Ramazanov) (1855, Ştul[d] – 1930, Dərbənd, Dağıstan MSSR) — Cənubi Dağıstanın tanınmış din xadimi, 1930-cu ildə Cənubi Dağıstanda Sovet hakimiyyətinə qarşı təşkil edilmiş geniş üsyanın lideri. Milliyyətcə ləzgidir. Şeyx Məhəmməd-Xaci Ştulski (Ramazanov) 1855-ci ildə Küraxski rayonunun Ştul kəndində anadan olmuşdur. O, "Şeyx" və "Ştul Məhəmməd-Hacı" kimi tanınırdı. Partiya fondunun əvvəllər elmi dövriyyəyə daxil edilməmiş bəzi sənədlərindən görünür ki, şeyxin Ştul, Kasumkənd və Yuxarı Stalda mülkləri olub, yəni: üç ev, bağ, 50 baş mal-qara və s. Ailəsinə gəlincə, onun üç arvadı və yeddi uşağı olub. Qeyd edək ki, Şeyx Ştulski Cənubi Dağıstanda məşhur din xadimi olub, tez-tez Mahaçqala və Bakıda olub. 1929-cu ildə dövlət orqanları tərəfindən həbs edilmiş və iki ay həbsdə saxlansa da, bundan sonra azadlığa buraxılmışdır. 1930-cu ildə Şeyx Ştulski Dağıstanın cənubunda Sovet hakimiyyətinə qarşı üsyan təşkil etdi. Bu üsyanın motiv və məqsədlərini başa düşmək üçün Maqomed Ramazanov (Şeyx Ştulski) və üsyanın digər iştirakçılarının ittihamı üzrə 1632 saylı işin məzmunu ilə tanış olmaq lazımdır.
Sulik (Urmiya)
Sulik (fars. ‎‎‎سوليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (41 ailə).