STOİK

E.ə. təxminən 300-cü ildə Kiprdən Afinaya cavan bir oğlan gəlir. Məlum olduğu kimi, o dövrlər Afina fəlsəfi düşüncələrin mərkəzi idi. Cavan oğlanın adı Zenon idi və o, məşhur filosof Kratetdən dərs alırdı. Kratet siniklər məktəbinə mənsub olaraq ləyaqət və təmizlik dərsi deyirdi. Bu nəzəriyyə Zenonda böyük təəssürat oyatsa da, o, siniklərin öz fikirlərində hədləri aşdıqlarını düşünürdü.

 Zenon və onun davamçıları hesab edirdilər ki, əsl mənada azad və ləyaqətli olmaq üçün ehtiraslara uymamaq və hisləri cilovlamaq lazımdır. Maddi rifaha önəm verməsən, onun itirilməsindən də acı çəkməzsən. Sevgidən də, nifrətdən də uzaq dursan, xoş və bəd xəbərləri sakitcə, eyni laqeydliklə qəbul edərsən.

Zenon mühazirələrlə açıq məkanlarda və ya divarları Troya müharibəsini əks etdirən səhnələrlə bəzədilmiş evin qabağında pilləli, üstüörtülü tikililərdə – artırmalarda çıxış edirdi. Bu yer “stoa paikile”, yəni boyanmış artırma adlanırdı. Məhz buna görə də onun fəlsəfəsini “stoisizm”, özünü isə Zenon-Stoik adlandırmağa başladılar.

Biz indiyədək hətta ağrılar və təhlükələr qarşısında belə soyuqqanlılığını itirməyən, hər şeyə sakit nəzərlərlə baxan adama stoik deyirik. (Ayzek Azimov. Sözlərin tarixi)

STİLİST
STRATİQRAFİYA
OBASTAN VİKİ
Stoiklər
Stoaçılıq (yun. Στοά) — ellinizm dövründə Afinada təxminən m. ö. 300-cü ildə Kitiyalı Zenon tərəfindən yaranmış fəlsəfi məktəb olmuşdur. Antik dünyanın ən tanınmış məktəblərindən biri idi. Stoaçılıq fəlsəfəsi bir çox hallarda Heraklitin, Platonun, Aristotelin, kiniklərin təlimlərinə çox yaxınlaşmış və onlardan qaynaqlanmışdır. == Tarixi mərhələləri == Məktəbin tarixini şərti olaraq üç dövrə bölürlər: 1. Erkən (m. ö. IV – II yüzilliklər).

Значение слова в других словарях

не я недоучи́ться па́точина педанти́чески расша́ркивание русофи́льский смерд худерьба́ чуфы́скнуть штрихова́ться алма́зно встря́хивать выстрига́ть кош трубаду́р удэ́йский греза сирень circa constabulary zarf десять заиндевелый освоиться отчисление