İTİGÖZLÜLÜK
İTİLİK
OBASTAN VİKİ
İtikənarlı süsən
İtikənarlı süsən (lat. Iris acutiloba), süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü.Nadir məhdud areallı Qafqaz endemidir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.Regional IUCN Status - EN B2ab(iii)c(v) . == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 4—12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1—3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu bir qədər yumurtalıqdan qısadır, çiçəkyanlığı qıfşəkilli, 5—7 sm uzunluğunda, xarici tərəfdəki 4-5 sm uzunluqda, uzunsov – lansetvari və ya uzunsov xətvari, təpə hissədən daralmış küt, bəzən oyuq olur.Tozcuqlar sarımtıl, sütuncuğun kənarları, çiçəkyanlığının xarici qısadır, tünd – yaşılımtıldır. Qutucuq 3-5 sm uzunluğunda, ellipsivari – üçtillidir .

Значение слова в других словарях

бесчи́сленно вы́прыснуть дерни́нка крыжо́венный латиниза́ция лише́нка перестрахо́вщица Плуто́н шах эвакопу́нкт двули́кий жаргони́зм незате́йливо оби́льно эскапи́ст anomalist Argentinean asystole numbles thread-lace vascula Veda малолетний обходительный самка