Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stefania
Stefani (lat. Stefania) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi. Stefania ackawaio MacCulloch & Lathrop, 2002. Stefania ayangannae MacCulloch & Lathrop, 2002. Stefania breweri Barrio-Amorós & Fuentes-Ramos, 2003. Stefania coxi MacCulloch & Lathrop, 2002. Stefania evansi (Boulenger, 1904). Stefania ginesi Rivero, 1968. Stefania goini Rivero, 1968. Stefania marahuaquensis (Rivero, 1961).
Laura Stefanak
Laura Stefanak (xorv. Laura Štefanac; d. 1998, Zaqreb, Xorvatiya) – Xorvat Paralimpiya üzrə atlet. == Haqqında == O, 2017-ci ildə Samsunda karlar arasında nizə atmaq üzrə qızıl medal qazanmışdır. 2014-cü ildə Trabzonda və 2016-cı ildə Karlsruedə keçirilən yeniyetmələrarası Avropa çempionatında 3 qızıl və 3 gümüş medal qazanmışdır. O Zaqrebdə Aqram atlet klubunun üzvüdür.
Stoyanka Mutafova
Stoyanka Mutafova (tam adı: Stoyanka Mutafova, bolq. Стояна-Мария Константинова Мутафова; 2 fevral 1922, Sofiya, Bolqarıstan krallığı[…] – 6 dekabr 2019) — Bolqarıstan aktrisası. Karyerası ərzində 53 tamaşada və 25 filmdə rol almışdır. Tamaşaların birindəki roluna görə Xanım Təbii Fəlakət və Bolqarıstan Komediyasının Kraliçası ləqəblərini almış Stoyanka ən uzunmüddətli peşəkar karyerası olan aktrisa kimi Ginnesin Rekordlar Kitabına rəsmi namizəddir. 2016-cı ildə 94 yaşında ABŞ, Kanada, Niderland, İsveçrə, Böyük Britaniya və Almaniyanın iri şəhərlərində teatr zallarını gəzmişdi. Sofiyada anadan olmuş Stoyanka Sofiya Universitetinin klassik filologiya ixtisasından məzun olmuşdur. Daha sonra Bolqarıstanda və Praqada səhnəyə çıxmışdır. 1949-cu ildın 1956-cı ilədək "İvan Vazov" milli teatrında çoxsaylı tamaşalarda iştirak etmişdir. O, Aleko Konstantinov teatrının əsasını qoymuş və 1957-91-ci illərdə burada fəaliyyət göstərmişdir. 2005-ci ildə Astronavtlar tamaşasında Georgi Kaloyançev ilə eyni səhnəni paylaşmışdır.
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Stefana Veljkoviç
Stefana Veljkoviç (9 yanvar 1990, Yaqodina[d]) — serb qadın voleybolçu. Blokçu mövqeyində oynayır. Hal-hazırda karyerasını Polşada Çemik Polis klubunda davam etdirir. Stefana Veljkoviç karyerasına ölkəsinin "OK Jaqodina" adlı klubunda başlamışdı. 2004-cü ilə qədər burada oynadıqdan sonra başqa bir Prima Divizion (Serbiya qadınlararası voleybol çempionatının adı) klubu Srvena Zvezda ilə sözləşmə imzaladı. Voleybolçu ölkəsinin ən köklü klubunda iki dəfə ölkə kubokunun, iki dəfə superkubokunun, iki dəfə də ölkə çempionatın qalibi adına layiq görülmüşdü. 2013-cü ildə Qalatasaraya transfer olunan voleybolçu karyerasını Türkiyədə davam etdirmişdi. Növbəti mövsüm isə (2014-15 sezonunda) Polşada Çemik Polis komandası ilə müqavilə imzalayaraq legionerlik həyatını Avropa şərqində keçirməyə davam etmişdir.
Stefana Velizar Teodoryanu
Stefana Velizar Teodoryanu (17 oktyabr 1897, Sankt-Morits, Qraubünden kantonu – 31 may 1995 və ya 30 may 1995, Rumıniya) — Rumıniyalı roman yazar, şair və tərcüməçi, yazıçı Yonel Teodorun həyat yoldaşı. Həyat yoldaşının təşviqi ilə ədəbiyyata gəlmiş, o, Rumıniya Ortodoksluğu ilə əlaqəli "mənəvi mövzular" ı ilə poporan ənənəsinin nümayəndəsi idi. İkinci Dünya Müharibəsi dövründə yaradılmış ilk əsərləri əsasən daxili münaqişələrə həsr olunmuş, rumınlardan və özü kimi əyalət qadınlarının "mənəvi zəfərlərindən" ibarətdir. Bir çox hallarda əsərlərini, ərinin işi ilə tamamlayırdı ki, bu bir zamanlar Stefan Teodoryanın tənqidçilər tərəfindən tərif qazanmasına səbəb olsa da, lakin sonradan " idiliya " və "didaktik" kitablar üçün onların mənfi rəylərinə məruz qaldı. Velizar, onun anti kommunist həyat yoldaşı kimi, Rumıniyada kommunist rejim tərəfindən təqib olunan yazıçılara və siyasətçilərə kömək etdi. Daha sonra, 1960-cı illərin sonuna qədər ümumi tərcümə işinə başlamış və xüsusən rus ədəbiyyatını rumın dilinə tərcümə etməsi ilə tanınmışdır. "Kommunist təzyiqi" dövründə ərini vəfat etdi, qayınanası Pastorell, dostu Dinu Pilla həbs edildi və bir çox tanışı Rumıniyadan qaçdı. Daha sonra vəziyyət daha əlverişli hala gəldikdə, Velizar sakit və dinc həyat yaşamış və nəticədə Văratec monastırına getmişdir. Sonrakı fəaliyyəti, Teodor ilə xatirələrindən, habelə Pilla ailəsinə göndərdiyi məktubların dərcindən ibarət idi. Stefana İsveçrənin Sankt-Morits şəhərində anadan olub, valideynləri diplomat Stefana Lupaşcu (1872–1946) və Fransa vətəndaşı Maria Mazurye idi.