Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sudoku
Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-də "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur. Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur. Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir. Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur.
Sudak (şəhər)
Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər. Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir. Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır. Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar. Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir.
Tamaş Şuyok
Tamaş Şuyok (mac. Sulyok Tamás, 24 mart 1956) — Macar hüquqşünas və siyasətçidir. 5 mart 2024-cü ildən etibarən Macarıstanın prezidentidir. O, 2016–2024-cü illər arasında Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti olmuşdur.
Akiko Sudo
Akiko Sudo (d. 7 aprel 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Şiqemitsu Sudo
Şiqemitsu Sudo (d. 2 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Maks fon Südov
Maks fon Südov (isv. Max Carl Adolf von Sydow; 10 aprel 1929[…], Lund, Malmöhus qraflığı[d] – 8 mart 2020[…]) — İsveç film aktyoru. Maks fon Südov sənətinin peşəkarı olmaqla yanaşı, bir çox filmlərdə rol alaraq uğurlar əldə etmişdir. Maks fon Südov Avropanın hər yerində bir çox nailiyyətlərə malik olan, zamanının çox vacib bir aktyoru olmuşdur. == Həyatı == === Ailəsi === Maks fon Sydovun atası Karl Vilqelm ona folkloru (o cümlədən Skandinaviya və İrlandiya xalq musiqisini) öyrətmişdi. Anası Mariya fon Südov Lund Universitetində müəllimə işləmişdi. 1951-ci ildə Maks fon Sydov Stokholm Dram Teatrında aktyorluq studiyasını bitirmiş və 1955-ci ildə Malmoə köçmüş, burada İnqmar Berqman ilə tanış olmuşdur. 1 avqust 1951-ci ildə aktrisa Kersten Olinlə evlənir və iki oğlanları dünyaya gəlir. Kles və Henrix hər ikisi də ataları ilə birgə "Havaii" filmində rol almışlar. Maks fon Südov 1996-cı ildə həyat yoldaşı Kersten Olindən boşanır.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudet
Sudet Mərkəzi Avropada bir dağ silsiləsidir. Sudet dağları Almaniyanın şərqindən Polşa və Çexiyaya qədər uzanır. Ən hündür zirvəsi Çexiya-Polşa sərhədində yerləşən Karkonoşe dağlarındakı Sněžka adlı yerdir. Sudet dağları 1602 metrə qədər hündürlüyə malikdir. Dağ silsiləsinin Çexiya hissəsindəki aktiv geomorfoloji hissəsi Krkonošsko-jesenická soustavadır. (“Krkonoše-Jeseníky”). Karkonoşe dağları son on ildir ki, qış idman oyunlarına ev sahibliyi edir.
Sudja
Sudja — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. Kənd orta əsrlərdə yaranmışdır. Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. Qusar rayonu Cənnətə bir addım qalmış...
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Suluk
Toponimlər
Sumik
Sumik — Gədəbəy rayonu ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 2125 m. Güman etmək olar ki, dağın adı Ermənistanla Qarabağ arasında, Sevan gölündən cənubda yerləşən Sünik və ya Sisakan adlanan tarixi ərazinin adı ilə bağlıdır. Türk dillərində sumik "forma", "görüntü", "mənzərə", sünik isə "şiş uclu", "niza" mənalarında işlənmişdir.
Südotu
Südotu (lat. Polygala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik ot, yarımkol və ya kol bitkisidir.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
İsudön
İsudön (fr. Issoudun) — Fransada, Mərkəz bölgəsində, Endr departamentində kommuna. İsudyon rayonunun subprefekturası. Şimali İsuden və Cənubi İsuden kantonlarının inzibati mərkəzi.
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Georgi Sedov
Gеorgi Yakovloviç Sedov (23 aprel (5 may) 1877, Sedovo[d], Don Voysko vilayəti[d] – 20 fevral (5 mart) 1914, Rudolf adası) — Rus səyyahı, tədqiqatçısı. == Həyatı == Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. О, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. La yihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov "Novoe Vremya" (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur. Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə "Müqəddəs Foka" gəmisində yola düşür. Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür.
Hohenakker südotu