Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunayaq sçinklər
Uzunayaq sçinklər (lat. Eumeces) — Uzunayaqlar fəsiləsinə aid cins. Cinsə 4–5 növ daxildir. Onlar əsasən Şimali Afrika, Ön Asiya, Cənubi Qafqaz, Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistan ərazilərində yayılmışdır. Uzunayaq sçinklər orta ölçülərə və kifayət qədər iri olurlar. Pulcuqları hamar və gözəldir. Onlar təhlükə zamanı asanlıqla quyruğunu atır. Eumeces cinsinə aşağıdakı növlər daxildir: Eumeces algeriensis — Əlcəzair uzunayaq sçink Eumeces blythianus Eumeces indothalensis Eumeces schneideri — Uzunayaq sçink Plestiodon: A replacement name for most members of the genus Eumeces in North America. Arxivləşdirilib 2007-03-16 at the Wayback Machine Molecular studies on the genus Eumeces Wiegmann, 1834: phylogenetic relationships and taxonomic implications. Arxivləşdirilib 2011-05-18 at the Wayback Machine A cladistic evaluation of the cosmopolitan genus Eumeces Wiegmann (Reptilia, Squamata, Scincidae).
Bob Sinkler
Bob Sinkler (doğum adı Kristof Le Friа́n fr. Christophe Le Friant; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı. == Musiqi karyerası == Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi. Sinklerin bir neçə mahnısı beynəxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi.
Epton Sinkler
Epton Bill Sinkler (ing. Upton Beall Sinclair, Jr.; 20 sentyabr 1878[…], Baltimor, Merilend – 25 noyabr 1968[…]) — Amerikan yazıçı, jurnalist və publisist. Pulitser mükafatı laureatı (1943) == Həyat və fəaliyyəti == Epton Bill Sinkler 20 sentyabr 1878-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olmuşdur. "Cəngəllik" (1905), "Paytaxt" (1908), "Məhəbbət sınağı" (1911), "Silviya" (1913), "Silviyanın ərə getməsi" (1914) və s. romanlarında ictimai-tənqidi motivlər güclüdür. "Kral Kömür" (1917), "Cimmi Higgins" (1919) romanlarında sosializm ideyalarını, Böyük Oktyabr sosialist inqilabını müdafiə etmişdir. Antifaşist əsərlər ("Avtomobil kralı", 1937 və s.) yazmışdır. Lenni Bedd haqqında epopeyasının (kitab 1–11, 1940–1953) son kitablarında "soyuq müharibə" əhvali-ruhiyyəsi əksini tapmışdır. Ömrünün son illərində nüvə müharibəsi təhlükəsi əleyhinə çıxmış, SSRİ-yə rəğbətini bildirmişdir. Epton Sinkler 25 noyabr 1968-ci ildə Nyu-Cersi ştatının Baund Bruk şəhərində vəfat etmişdir.
Klayv Sinkler
Klayv Marlz Sinkler (ing. Sir Clive Marles Sinclair; 30 iyul 1940, Riçmond[d], Böyük London – 16 sentyabr 2021, London) — "ZX Spectrum" mikrokompyuterini istehsal etməklə dünya kompüteri tarixinə düşən şəxslərdən biri kimi tanınır. == Həyatı == K.Sinkler 30 iyul 1940-cı ildə Londonun şəhərətrafında, Riçmond yaxınlığında dünyaya gəlib. Klayv məktəb illərindən müxtəlif növ texnikaya və ixtiraçılığa böyük maraq göstərməyə başlayıb. Klayv məktəbi bitirdikdən sonra universitetə daxil olmamağa və şəxsi şirkətinin əsasını qurmağa qərar verir. O, həmin dövrdə radioelektronika ilə ciddi maraqlanırdı, artıq 1958-ci ildə kifayət qədər kiçik və ucuz yeni tip radioqəbuledicinin ən sadə sxemini hazırlayır. Sonrakı bir neçə il ərzində Sinkler öz biznesini qurmaq məqsədilə start kapitalı qazanmaq üçün radio mövzusunda məqalələrin yazılışı və müxtəlif nəşrlərinin redaktəsi ilə məşğul olur. == Arzusunda olduğu şirkət == 1961-ci ildə, doğum günündə, 30 iyulda Kembricdə Sinclair Radionics adlı şirkət qeydiyyatdan keçirir. Bu halda Sinkler jurnalist işləməyə davam edirdi və redaktə etdiyi nəşrlərdə öz məhsulunun reklamını dərc etmək imkanından var gücü ilə istifadə edirdi. Tezliklə onun şəxsi hazırlamaları meydana çıxmağa başladı: əvvəlcə tranzistor mikrogücləndiricisi, sonra 70×41×16 millimetr ölçülü cib radioqəbuledicisi.
Lüis Sinkler
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). == Həyatı == Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Sinkler Lyuis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Sinkler Lüis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Oddi sfinktoru disfunksiyası
Oddi sfinktoru disfunksiyası — Oddi sfinktorunun daşla yox, üzvi (fibroz, iltihab) və ya funksional (spazm) səbəblərdən tıxanması disfunksiya adlanır. Hərçənd ki, disfunksiya ilə birlikdə daş da rastlana bilər. Oddi sfinktoru disfunksiyası (OSD) ödün və / və ya pankreas şirəsinin onikibarmaq bağırsağa axınını əngəlləyərək xolestaza, xoledox genişlənməsinə, qaraciyər zədələnməsinə, pankreatitə və öd sancısına səbəb olur.