Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Azərbaycan himni
Azərbaycan marşı — Azərbaycan Respublikasının rəsmi dövlət himni. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir. 2018-ci ilin noyabrında Milli Məclis deputatı Tahir Kərimli himnin davamlılığının qısaldılmasını və qəmli notların yığışdırılmasını təklif edib.
Banqladeş himni
Amar Şonar Banqla (benq. আমার সোনার বাংলা, " Mənim qızılı Benqalım") Banqladeşin dövlət himnidir. Sözlərinin müəllifi və bəstəkarı Rabindranat Taqordur. Rabindranat Taqor həm də Hindistan himninin sözlərinin müəllifidir buna görə yeganə şəxsdir ki, iki millətin dövlət himni sözlərini yazıbdır.
Başqırdıstan himni
Başqırdıstan Respublikasının dövlət himni (Başqırdıstan Cümhuriyyətinin Dövlət himni) - Rusiya Federasiyasının tərkibindəki Başqırdıstan Respublikasının dövlət himni. Başqırdıstan Respublikasının dövlət himni ilk dəfə "Başqırdıstan Respublikasının Dövlət himni Haqqında" RB Qanunuyla 12 oktyabr, 1993-cü ildə təsdiq edilmişdir. "Respublika" Musiqi əsəri sonradan himn olmuşdur. 11 oktyabr 1990-cı ildə, Fərid İdrisov tərəfindən yazılmışdır. 6 iyul 1999-cu il "Başqırdıstan Respublikasının dövlət simvolikası Haqqında" qanun təsdiq edilmişdir. Başqırdıstan Respublikasının dövlət himni - açılış və təntənəli yığıncaqların və iclasların bağlanması zamanı həyata keçirilir. Başqırdıstanın və Rusiya Federasiyasının dövlət bayramlarına həsr edilmişlər; Başqırdıstanın başçısının vəzifəsinə giriş vaxtı andın gətirilməsindən sonra; açılış və Dövlət Yığıncağının iclaslarının bağlanması zamanı — Başqırdıstan Respublikasının Qurultayı, bələdiyyə təhsilləri səlahiyyətli orqanları; Başqırdıstanın bayrağının və başqa rəsmi mərasimlərin qalxması zamanı, respublika dövlət hakimiyyəti orqanları tərəfindən keçirilənlər; görüş mərasimləri və xarici dövlətlərin başçılarının və xarici dövlətlərin hökumətlərinin başçılarının rəsmi səfəriylə Başqırdıstan Respublikasına baş çəkənlərin məftilləri zamanı və qanunla nəzərdə tutulmuş başqa hadisələr. Himnin başqırdca və rusca mətnləri fərqlənirlər.
Belarus himni
Biz Belaruslar — Belarus Respublikasının rəsmi dövlət himni. Belarus Respublikasının dövlət himninin mətni Mixas Klimoviçə və Uladzimir Karıznaya məxsusdur. Belarus gerbi Belarus bayrağı Belarus: My Belarusy – Audio of the national anthem of Belarus, with information and lyrics "a page on the anthem that includes a vocal version". The Website of the President. President of the Republic of Belarus. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08. "Decree 350 (President Lukashenko's decree selecting "My Belarusy" as the official national anthem)" (belarus). 2002-07-02. 2008-03-04 tarixində orijinalından arxivləşdirilib.
Benin himni
L'Aube Nouvelle (azərb. Yeni günün sübhü‎) — Benin dövlət himni. Jadis à son appel, nos aïeux sans faiblesse Ont su avec courage, ardeur, pleins d'allégresse Livrer au prix du sang des combats éclatants. Accourez vous aussi, bâtisseurs du présent, Plus forts dans l'unité, chaqu'jour à la tâche, Pour la postérité, construisez sans relâche. Xor: Enfants du Bénin, debout ! La liberté d'un cri sonore Chante aux premiers feux de l'aurore; Enfants du Bénin, debout ! Quand partout souffle un vent de colère et de haine. Béninois, sois fier, et d'une âme sereine, Confiant dans l'avenir, regarde ton drapeau ! Dans le vert tu liras l'espor du renouveau, De tes aïeux le rouge évoque le courage; Des plus riches trésors le jaune est le présage. Xor Tes monts ensoleillés, tes palmiers, ta verdure, Cher Bénin, partout font ta vive parure.
Botsvana himni
Xoşbəxt ol, gözəl torpaq (tsvan. Fatshe leno la rona) — Botsvana dövlət himni, 1966-cı ildə, azalıq alandan sonra təsdiq olunub. Fatshe leno la rona, Ke mpho ya Modimo, Ke boswa jwa borraetsho; A le nne ka kagiso. Xor: Tsogang, tsogang! banna, tsogang! Emang, basadi, emang, tlhagafalang! Re kopaneleng go direla Lefatshe la rona. Ina lentle la tumo La chaba ya Botswana, Ka kutlwano le kagisano, E bopagantswe mmogo.
Braziliya himni
Braziliya marşı (Portuqalca: Hino Nacional Brasileiro) — Braziliya Federativ Respublikasının rəsmi dövlət himni. 1822-ci ildə Fransisko Manuel da Silva tərəfindən bəstələnən himnin musiqisi romantik italyan musiqisinə bənzəyir. 7 sentyabr 1822-ci il tarixində qazanılan müstəqilliyin ardından Kral I Pyotrun devrilməsilə dildən dilə dolaşan bu marş Kral II Pyotr dönəmində yenidən milli marş olaraq istifadə olundu. Ancaq bu marşın sözləri hələ də yazılmamışdı. 1889-cu ildə yeni qurulan respublika üçün yeni himn yazılmalı idi. Keçirilən müsabiqənin qalibi olan Leopoldo Miguez respublika üçün yeni bir himn bəstələsə də, xalq bu yeni himni mənimsəmədi və dövlət başçısı Deodoro da Fonsekanın da təklifi ilə Fransisco Manuel da Silvanın bəstələdiyi bu marş dövlət himni olaraq qəbul edildi. Himnin sözləri isə Joaquim Osório Duque Estrada tərəfindən 1909-cu ildə yazılmışdır.
Bruney himni
Allah Sultanı qorusun (malay Allah Peliharakan Sultan) — Bruney dövlət himni.
Burundi himni
Burundi Bwacu (azərb. Bizim Burundi‎) — Burundi dövlət himni. Burŭndi Bwâcu, Burŭndi buhĭre, Shīnga icúmu mu mashīnga, Gaba intăhe y'úbugabo ku bugīngo. Warápfunywe ntiwapfûye, Waráhabīshijwe ntiwahababuka, Uhagurukana, uhagurukana, uhagurukana, ubugabo urîkukira. Komerwa amáshi n'ámakūngu, Hābwa impŭndu n'âbâwe, Isāmírane mu mashīnga, isāmírane mu mashīnga. Burŭndi bwâcu, rági ry'ábasôkúru, Ramutswa intăhe n'íbihúgu, Ufatánije ishaka n’ubúhizi; Vuza impŭndu wĭgānzūye uwakúgānza uwakúgānza. Burŭndi bwâcu, nkóramútima kurí twëse, Tugutūye amabóko, umutima n'úbuzima, Imâna yakúduhāye ikudútūngire. Horana ubúmwe n'ábagabo n'ítĕkāne. Sāgwa n'úrwĕze, sāgwa n'ámahóro mēzá. Cher Burundi, ô doux pays, Prends place dans le concert des nations.
Butan himni
Druk tsendhen (dz. འབྲུག་ཙན་དན་, "İldırım əjdəhasının krallığı") Butanın dövlət himnidir. Sözlərinin müəllifi Daşo Qyaldun Tinley və bəstəkarı Aku Tonqmidir. Himn 1953-cü ildə təsdiq olunub. Minahan, James. The Complete Guide to National Symbols and Emblems. 1. Greenwood Press. 2009. səh.
Bəhreyn himni
"Bizim Bəhreynimiz" (ərəb. نشيد البحرين الوطني‎ Bəhreynüna) – Bəhreynin dövlət himnidir. Sözlərinin müəllifi Məhəmməd Sudqi Əyyaş və bəstəkarı naməlumdur amma Əhməd əl-Cuməyri tərəfindən yenidən düzənlənib. Himnuszok - A vocal version of the Anthem, featured in the Himnuszok website.
Cibuti himni
Cibuti (mahnı) — Cibutinin dövlət himnidir. Cibuti dövlət himni 1977-ci ildə müstəqillik əldə etdikdən sonra təsdiq edilmişdir.Sözlərinin müəllifi Ədən Elmidir və Somali dilində yazılıb,bəstəkarı isə Abdi Roblehdir.
Dnestryanı himni
Dnestryanı himni — Dnestryanı dövlət himni. Onun bəstəsi 1943-cü ildə sovet bəstəkarı Aleksandr Aleksandrovun Moskva döyüşündə nasist qoşunlarının məğlubiyyətindən ilhamlanaraq yaratdığı "Da zdravstuyet naşa derjava" (azərb. Yaşasın dövlətimiz‎) adlı himndən gəlir. Sözlərinin müəllifləri Boris Parmenov, Nikolay Bojko və Vitali Pişenkodur. Himnin hərfi tərcüməsi olmasa da, onun rəsmi moldavca, rusca və ukraynca sözləri var.
Dövlət himni
Dövlət himni — Dövlət simvollarından biri, təntənəli musiqili və ya musiqili poetik əsər. Adətən xüsusi qanun ilə nəzərdə tutulan hallarda yerinə yetirilir: əsasən rəsmi festivallarda, mərasimlərdə və ayinlərdə; onun icrası ərzində ayağa qalxmaq və baş örtüyünü çıxarmaq məcburiyyəti qəbul edilə bilər.
Ermənistan himni
Mer Hayrenik (erm. Մեր Հայրենիք, Bizim vətənimiz) - Ermənistanın dövlət himni. Ermənistan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət himni idi. 1 iyul 1991-ci ildə yenidən təsdiq olunub. Sözləri Mikael Nalbandyanın, bəstəkarı Barseq Kanaçyandır.
Estoniya himni
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.
Esvatini himni
Nkulunkulu Mnikati vetibusiso temaSvati (svati Nkulunkulu Mnikati wetibusiso temaSwati Ey Rəbb bizim Tanrımız,Svazi bərəkətlərini bəxş edən) — Esvatiniın dövlət himnidir. Svazi və qərb musiqi üslubları arasında kompromisdir. 1968-ci ildə müstəqillik qazandıqdan sonra təsdiq edilmişdir.
Filippin himni
Filippin dövlət himni — kompozisiyanın adı "Lupang Hinirang" ("Seçilmiş ölkə"). Bayang magiliw Perlas ng Silanganan, Alab ng puso Sa dibdib mo’y buhay. Lupang hinirang, Duyan ka ng magiting, Sa manlulupig, 'Di ka pasisiil. Sa dagat at bundok, Sa simoy at sa langit mong bughaw, May dilag ang tula at awit Sa paglayang minamahal. Ang kislap ng watawat mo’y Tagumpay na nagniningning, Ang bituin at araw niya Kailan pa ma’y 'di magdidilim. Lupa ng araw, ng luwalhati’t pagsinta, Buhay ay langit sa piling mo; Aming ligaya, na 'pag may mang-aapi Ang mamatay nang dahil sa 'yo. Sevimli ölkə, Şərqin incisi, Yanan ürək Sənin sinəndə həmişə yaşayır. Seçilmiş ölkə, Sən — cəsarət beşiyisən, Sən işğalçılara Heç vaxt təslim olmazsan. Dənizlərdə və dağlarda, Havada və göy səmada, Hər yerdə şeirlərdə şöhrət, Və şirin azadlıqdan mahnı. Bayrağında qığılcım – Zəfərlə parlayır, Onun ulduzları və günəşi Əbədi sönməyəcək.
Finlandiya himni
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi. "Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
Fransa himni
Marselyeza (fr. La Marseillaise) — Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir. Himnin əvvəlki adı "Reyn ordusunun hərbi marşı" olmuşdur. Sözləri və musiqisi 25 aprel 1792-ci ildə hərbi mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır. Məhz bu marşın sədaları altında Marsel könüllü batalyonu Parisə daxil olmuşdur. Marselyeza 24 noyabr 1793-cü ildə Fransanın himni kimi qəbul edilir. 1848-ci ildə inqilab dalğası bütün Avropanı bürüyərkən azadlıq simvoluna çevrilən Marselyezanın sədaları İtaliyadan, Macarıstandan, Polşadan və başqa ölkələrdən gəlməyə başlayır. Daha sonra 1871-ci ildə Paris Kommunasının döyüş meydanlarında səslənən Marselyeza 1944-cü ildə yenidən Fransanın dövlət himni kimi təsdiqlənir.
FİFA himni
FIFA himni, "FİFA"nın təşkil etdiyi turnirlərdə və beynəlxalq futbol maçlarında müsabiqədən əvvəl çalınan himndir. 1994 Dünya Çempionatından bu yana bütün FIFA turnirlərində çalınmaqdadır. Franz Lambert tərəfindən bəstələnmişdir və instrumentaldir. 2004-cü ildə FİFA-nın 100 iliyinə həsr olunmuş mərasimdə də istifadə edilən himn mərasim üçün Yapon Gota Yaşıkı tərəfindən hazırlanmışdır.
Gürcüstan himni
"Tavisupleba" (gürc. თავისუფლება, "Azadlıq") — Gürcüstanın dövlət himni, 2004-cü ildən bəri bayraq və gerb ilə birlikdə Gürcüstanın dövlət rəmzlərindən biri. Musiqisi Zaxari Paliaşvilinin (1871—1933) "Daisi" ("Alaqaranlıq") və "Abesalom və Eteri" adlı iki operasından götürülüb. Sözlərin müəllifi müasir gürcü şairi Daviq Maqradzedir; o, klassik gürcü şairləri Akaki Sereteli, Qriqori Orbeliani və Qalaktion Tabidzenin şeirlərindən sitatlar istifadə etmişdir.
Hindistan himni
"Cənə Qənə Mənə" (hind. जन गण मन / benq. জন গণ মন) – Hindistanın dövlət himnidir. Bu himn Benqalca (Yüksək Sanskrit təsiri altında) yazılıb, sözlərinin müəllifi və bəstəkarı Nobel Ədəbiyyat Mükafatın qazanan və həm də Banqladeş himninin sözlərinin müəllifi və bəstəkarı Rabindranat Taqordur. Dutta, K; Robinson, A, Rabindranath Tagore, St. Martin's Press, 1995, ISBN 0-312-14030-4.
Kataloniya himni
Meleğilər (kat. Els Segadors) — Kataloniya himni, 1993-cü ildə muxtariyyət icma himni kimi təsdiq olunub. Catalunya triomfant, tornarà a ser rica i plena. Endarrera aquesta gent tan ufana i tan superba. Bon cop de falç, Bon cop de falç, Defensors de la terra! Bon cop de falç! Ara és hora, segadors. Ara és hora d’estar alerta. Per quan vingui un altre juny esmolem ben bé les eines. Bon cop de falç, Bon cop de falç, Defensors de la terra!