Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Bartolomeo Şedoni
Bartolomeo Skedoni (it. Bartolomeo Schedoni; doğum 1578 - ölüm 1615) — Recco nel Emiliyadan olan italyan erkən barokko rəssamı. Skedoni adı ilə də tanınır.Skedoni Modenada anadan olub və sonra atası ilə Parmaya köçüb. O, 1598-ci ildən sonra Romada Federiko Zukarinin yanında Parma hersoqu Ranussi I Farnesenin himayədarlığı ilə dərslər keçib. Sonra Skedoni Parmaya geri dönüb. Barokko incəsənət tarixçisi Karlo Sezar Malvaziya onun Bolonyada Anibal Karraçinin yanında dərslər keçdiyini iddia edir. Skedoni qumarda böyük məğlubiyyətindən bir gecə sonra intihar edərək öldüyü ehtimal olunur. Onun rəsmləri Karavacconun işlərini bildiyini göstərir. Onun şah əsərləri Parma Milli Qalereyasında saxlanılır.
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) == Tarix == 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Srednı adası
Srednı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. == Coğrafiyası == Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 500 metr aralıda qərarlaşır. Bu buxtanın şimal-şərqin digər kiçik ada olan Dalnı yerləşir yerləşir Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Devid Hokni
Devid Hokni (David Hockney) ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf və pop art cərəyanının görkəmli nümayəndəsi. O, 20-ci əsrin ən nüfuzlü rəssamlarından biri hesab edilir. == Həyatı == Atası hesabdar və həvəskar rəssam olub və Hokninin rəssam kimi formalaşmasında mühüm rol oynayıb. Hokni 1948-ci ildən rəssam olmağa qərar verir və məktəb üçün rəsmlər və plakatlar hazırlayır. 1953-cü ildə Bredford Rəssamlıq Məktəbinə daxil olur. 1959-cu ildə isə Londonda incəsənət üzrə təhsil alır. 1963-cü ildən artıq tanınmağa başlayır. == Yaradıcılığı == 1960-ci ildə Ron Kitayla tanışlıq və P.Pikassonun sərgisində iştirakından sonra o, incəsənətə baxışını yenidən nəzərdən keçirir. Hokni Londonda olduğu müddətdə kontraslı, əlvan rəsmlər çəkir, rəsmlərə sözlər, qraffiti və reklam fraqmentləri əlavə edir. 1961-ci ildə "Gənc müasirçilər" sərgisində iştirak edir və onun rəsmləri insanlarda böyük maraq oyadır.
Frederik Soddi
Frederik Soddi (ing. Frederick Soddy; 2 sentyabr 1877, İstborn — 22 sentyabr 1956, Brayton) — Böyük Britaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1921). == Həyatı == İngilis radiokimyaçısı, İstbornda (1877–1956) anadan olmuş, Soddi Frederik 1898-ci ildə Oksford Universitetini bitirmişdir. 1919–1936-cı illərdə Oksford Universitetində professor vəzifəsində çalışmışdır. Radioaktiv maddələrin kimyası və izotopların təbiəti və yaranması problemlərinin öyrənilməsi ilə əlaqədar həyata keçirdiyi mühüm tədqiqatlarına görə 1921-ci ildə alim Nobel mükafatı almışdır. Frederik Soddi 22 sentyabr 1956-cı ildə vəfat edib.
Karen Horni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Sheni Gulistvis
Sheni Gulistvis (gürc. შენი გულისთვის; azərb. Sənin üçün‎) — Gürcüstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İriao qrupu "Sheni Gulistvis" mahnısı ilə Gürcüstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı Gürcüstanın müsabiqədəki ilk bütünlüklə gürcü dilində səslənən mahnısı olmuşdur. Gürcü musiqisi ilə caz musiqisinin ahəng təşkil etdiyi mahnının musiqisi İriao qrupunun üzvü Davit Malazonia, sözləri isə İrina Sanikidzeyə aiddir.
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Ket-Aylend (Baham adaları), Baham adaları və ya Mayami, Florida – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. == Maraqlı faktlar == Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Sioni kafedralı
Sioni Məryəmin vəfatı kafedralı (gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი) – Tbilisidə yerləşən Gürcü pravoslav kafedralıdır. Kilsələrin Müqəddəs torpaqlardakı yer adları ilə adlandırılması orta əsr gürcü ənənəsinə əsasən kilsə Yerusəlimdəki Sion dağının adı ilə adlandırılmışdır. Gürcüstan ərazisində yayılmış və Sioni adlı digər kilsələrlə qarışdırılmaması üçün Tbilisidəki kilsə bir çox mənbələrdə "Tbilisi Sioni" də adlandırılır. Tbilisi Sioni kilsəsi şəhərin tarixi mərkəsində "Sionis Kuça" (Sioni küçəsi) adlı ərazsidə yerləşir və şərq fasadı Kür çayının sağ sahilinə baxır. Kilsə təxminən VI–VII əsrlərdə ina edilmişdir. O dövrdən etibarən kilsə dəfələrlə dağıntılara məruz qalmış və bərpa edilmişdir. Hazırkı kilsə binası XII əsrə aid olmaqla, özündə, XVII–XIX əsrdə edilmiş bəzi dəyişiklikləri də əks etdirir. 2004-cü ildə Müqəddəs üçlük kafedralının açılmasına kimi Sioni kafedralı əsas Gürcü pravoslav kilsəsi və Gürcüstan katolikos-patriarxının iqamətgahı olmuşdur. == Tarixi == Müxtəlif gürcü xronikalarının məlumatlarına görə, hazırkı kafedralın yerində ilk kilsə binasının tikintisi V əsrdə çar Vaxtanq Qorqasalı tərəfindən sifariş edilmişdir.
Sonni Rollins
Teador Valter "Sonni" Rollins (ing. Theodore Walter "Sonny" Rollins) - Qremmi mükafatçası olan amerikan caz tenor saksofon ifaçısı.
Vodnı adası
Vodnı adası — ada Rostov vilayəti ərazisində yerləşən Manıç-Qudila gölünün daxilində yerləşən ada. == Coğrafiyası == Ada aypara formasına malikdir. Ada 12 km uzunluğa və 4 km enə malikdir. Burada yaşayış yoxdur. Adada kiçik kərpiç tikili vardır. Bu tikilini Rostov qoruğunun əməkdaşları tərəfindən inşa edilmişdir. Adada ağaclara demək olar ki, rast gəlinmir. Ancaq ada boyunca at kəllə və sümüklərinə rast gəlinir. Ada 1948-ci ildə meydana gəlmişdir. 1936-ci ildə Kuban və Erolık çaylarının birləşdirilməsindən sonra geniş əkin sahəsi suyun altında qalmışdı.
Bolnisi Sioni kafedralı
Bolnisi sionu (gürc. ბოლნისის სიონი, translit. Bolnisis Sioni) və ya Bolnisi Sioni kafedralı — Gürcüstanın Kvemo-Kartli diyarının Bolnisi rayonunun Xaçın kəndində gürcü ortodoks bazilikası. Kafedralın inşaat prosesinə 478-ci ildə start verilmiş, 493-cü ildə tamamlanmışdır. Bu, Gürcüstandakı mövcud kilsələr arasında ən qədimidir. Yepiskop David Bolsini sionunun inşaat prosesi zamanı kilsənin rəhbəri idi.Bolnisi sionu kafedralı gürcü dilindəki yazılarıyla tanınır. Bu yazılar gürcü əlifbasının istifadə edildiyi ən qədim tarixi sənədlərdən biridir. Kilsə Gürcüstanda xaricində tamamlanma tarixi yazılmış ilk tikilidir. Bolnisi sionunun dekorativ sxeması Sasani üslubunda hazırlanmışdır. Kilsənin cənub və mərkəzi hissələri burulmuş asma buruqlar, arabesklər və yarpaqlı motivləriylə bəzədilmişdir.
Sioni Bolnisi FK
Sion Bolnisi – Gürcüstanın futbol klubu.
Sioni bağı (Tbilisi)
Sioni bağı (gürc. სიონის სკვერი) – Tbilisidə yerləşən şəhər bağıdır. Bağ, şəhərin Qədim Tbilisi rayonunda, Kote Abxazi, Sioni küçələri və Çarevna Tekle karvansarası arasında, Sioni kafedralının yaxınlığında yerləşir. == Tarixi == Bağ adını yaxınlıqda yerləşən tarixi Sioni kafedralının adınadan almışdır. == Abidələr == Parkda Gürcüstan aktrisası Sofiko Çiaurelinin heykəli yerləşir. Heykəl Levan Vardosanidze tərəfindən 2009-cu ildə yaradılmış heykəl, 2014-cü ildə vandalların hücumuna məruz qalmışdır. == Gül festivalı == Hər il may ayının sonlarında Sioni bağı və yaxınlıqdakı küçələrdə Gül festivalı keçirilir.
Soni Mustivar
Soni Mustivar - (12 fevral 1990) - Azərbaycan Premyer Liqası klublarından olan Neftçi PFK-da oynayan Haitili futbolçu .
Mişel Soni
Mişel Soni (21 noyabr 1947, Po[d]) — Macarıstan əsilli fransız pianoçu, bəstəkar, pedaqoq və yazıçı. O, fortepianoda ifa etməyi öyrənmək üçün yeni bir yanaşma inkişaf etdirdi. Onun metodu hər yaşda olan bir çox tələbəyə bu alətlə məşq etməkdən həzz almağa imkan verdi, çünki pianoda ifa uşaqlıqda öyrədilməzsə, ümumiyyətlə əlçatmaz hesab olunur. == Bioqrafiya == Mişel Soni musiqi ustalığını Paris Musiqi Akademiyasında Jules Gentil və Yvonne Desportes rəhbərliyi altında aldı. O, psixologiya üzrə magistr, ədəbiyyat üzrə bakalavr və fəlsəfə doktoru dərəcəsinə malikdir, və 1974-cü ildə Vladimir Jankeleviçin rəhbərliyi altında Paris Universitetini bitirmişdir. Mişel Soqni SOS İstedadlar Fondunun təsisçisidir. Valeri Jiskar d'Esten və Ferens Listin böyük nəvəsi Blandine Ollivier de Prévaux ilə birlikdə, Soni Ferens Listin Fransız Assosiasiyasının qurucu üzvlərindən biri idi. == Mişel Soni piano üsulu == Soninin metodologiyası onun Paris və Cenevrədəki məktəblərində tədris olunur. 1974-cü ildən bəri 20 000-dən çox tələbə Soni üsulu ilə fortepiano çaler. Metod iki əsas komponentdən ibarətdir: Didaktik işlər – kiçik məşqləri təmsil edən Proleqomenlər.