Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Qrodno qalası
Qədim Qrodno qalası, Qədim qala (belar. Стары замак) və ya sadəcə Qrodno qalası — Belarusun Qrodno şəhərində qədim qala. 11-ci əsrdə Kiyev knyazı Yaroslav Mudrinin kiçik oğlunun yaratdığı Qara Rus sülaləsinin iqamətgahı olaraq tikilmişdir. Qalanın XIII əsr donjonu Belarus müdafiə qalallarının bir növünə aid idi. Böyük Vytautas, 1391–1398-ci illərdə qalaya qotik tərzində beş kərpic qüllə əlavə etdi və qalanı əsas yaşayış yerlərindən birinə çevirdi. IV Kazimir də Litvanın rəsmi paytaxtı olaraq Qrodnoya üstünlük veriridi. Bura həm polşa tacının ona təqdim edildiyi, həm də 1492-ci ildə vəfat etdiyi yerdir. Qalanın növbəti görkəmli sakini Qrodnonu Şərqi Avropadakı geniş imperiyasının paytaxtı olaraq nəzərdə tutan "Stepan Bathori" idi. O qalanı özünün Şimali İtaliyanın inkişaf etmiş İntibah zövqündə tikilmiş iqamətgahı ilə əvəz etmək istəyirdi. 1586-cı ildə Bathori Qrodnoda öldükdən sonra, onun layihəsi tərk edildi.
Qrodno vilayəti
Qrodno vilayəti (belar. Гродзенская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. == Tarixi == 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.
Şodo
Şodo (fr. chaudeau, chaudau, от fr. chaud eau — тёплая вода) Fransız desertidir. == Haqqında == Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar.
Fujimi Shobo
Fujimi Shobo (富士見書房) və ya keçmiş adı ilə Fujimi Shobo Co., Ltd. (株式会社富士見書房, Kabushiki gaisha Fujimi Shobō) — Yaponiya nəşriyyatı və Kadokawa Corporation şirkətinin brend şirkəti. Manqa, ranobe, rol və kart oyunları nəşr edir. Nəşriyyat 1991-ci ildə Kadokawa Shoten nəşriyyatının filialı kimi fəaliyyətə başlamışdır. Fujimi Shobo 1 oktyabr 2013-cü ildə səkkiz şirkətlə birləşərək Kadokawa Corporation şirkətini əmələ gətirmiş və kabuşiki qayşa olmağı dayandırmışdır.
Hondo adası
Hondo (kor. 홍도) — Cənubi Koreyaya məsub olan ada. Ada Çolla-Namdo vilayətinə aid Mokpxo limanından 115 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Sinan qəzası ərazisinə aiddir. Sahəsi 6,47 km², ən hündür nöqtəsi isə 378 metr təşkil edir. 2001-ci ilə olan məlumata görə adada 710 nəfər yaşayır. 1931-ci ildə yaponlar tərəfindən adada mayak inşa edilmişdir. Mayak 50 km məsafədən görünür. 1981-ci ildə ada və ətraf suları ilə birlikdə sahəsi 2321 km² olan milli park yaradılmışdır.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın).
Neman Qrodno FK
Nioman FK (Qrodno) — Belarusun futbol klubu. == Tarixi == 1964-ci ildə yaranıb. == Avropa kuboklarında iştirak == 3 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == 1 dəfə Belarus Kubokunun qalibi - 1993-cü il.
Sono Osato
Sono Osato (大里 ソノ, Osato Sono, 29 avqust 1919, Omaha, Nebraska – 26 dekabr 2018, Manhetten, Nyu-York ştatı) – yaponəsilli ABŞ rəqqasəsi və aktrisası. O, Orijinal Rus Baleti və Amerika Balet Teatrında çıxış etmişdir. İkinci Dünya müharibəsi dövründə səhnəyə qoyulmuş "Veneranın bir toxunuşu" və "Şəhərdə" müzikllarındakı çıxışlarına görə tanınır. == Həyatı və karyerası == Sono Osato 29 avqust 1919-cu ildə Nebraska ştatının Omaha şəhərində doğulmuşdur. Yapon olan atası fotoqraf idi. Kiçik yaşda ailəsi ilə birlikdə Çikaqo şəhərinə köçmüşdür. 8 yaşında ikən anası onu Sergey Dyagilevin ansamblının Monte-Karloda baş tutmuş "Kleopatra" performasına tamaşa etməyə aparmışdır. Bu hadisədən sonra Osatonun baletə qarşı böyük marağı yaranmış və Çikaqoya qayıtdıqdan sonra balet dərslərinə başlamışdır. 1934-cü ildə Vasili de Bazilin Orijinal Rus Baletinə seçilmişdir. O, ansambla seçilən ən gənc rəqqasə olmaqla yanaşı ansamblın ilk yaponəsilli üzvü olmuşdur.
Mahou Shoujo Ikusei Keikaku
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
Müqəddəs Fransis Xavier kafedralı (Qrodno)
Müqəddəs Fransis Xavier kafedralı — Belarusun Qrodno şəhərində yerləşən Roma Katolik Kafedralıdır. Əvvəlcə bir Yezuit kilsəsi olan bina, 1991-ci ildə, Qrodno yeni yeparxiyasının qurulduğu bir kafedral oldu. == Tarix == Kilsənin inşasına 1687-ci ildə başlanmışdır. Barokko üslubunda tamamlanan bina 1705-ci ildə Müqəddəs Frensis Xavierin şərəfinə adlandırılır. 1773-cü ildə monastır dağıdıldı və bina kilsəyə çevrildi. Kilsə II Dünya Müharibəsindən ciddi bir zərər görmədən sağ qaldı. 1960-cı ildə ictimai bir dini xidmət üçün rəsmi olaraq bağlandı (27 il). Kommunist hakimiyyəti binanı muzeyə və ya konsert salonuna çevirməyə çalışdı. Buna baxmayaraq, insanlar hər bazar günü ümumi bir dua və mahnı üçün kilsəyə qatıldılar. 1987-ci ildə dini xidmətlər bərpa edildi.