Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
STEPI
STEPI — Koreya Elm və Texnologiya Siyasəti İnstitutu STEPI Koreya Qabaqcıl Elm vəTexnologiya İnstitutunun (KAIST) filialı olaraq Elm və Texnologiya Siyasəti Mərkəzi (CSTP) kimi yaradılmışdır. Dr. Jongwook Lee CSTP-nin 1-ci prezidenti olmuşdur. 1993-cü ilin martında CSTP Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) adlandırıldı. 1999-cu ilin yanvar ayında "Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və təşviqi haqqında qanun"a əsasən STEPİ-nin İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasının nəzdində elmi-tədqiqat institute kimi yenidən qurulması təsdiqləndi. Milli tədqiqat və inkişaf layihələrinin planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsinin əsas funksiyaları, eləcə də sənaye və texnologiya siyasətinin tədqiqat funksiyası da STEPI-yə verildi. 2002-ciilin aprel ayında STEPI-nin nəzdində Yeni Texnologiyaların İqtisadi Təhlili Mərkəzi fəaliyyətə başlamışdır. 2005-ci ildə STPEI-nin strukturu İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasından İqtisadiyyat üzrə MilliTədqiqat Şurasına uyğun dəyişdirildi. Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və idarə edilməsi haqqında (31 may 2005-ci il tarixinə) yenidən işlənmiş qanuna əsasən Humanitar və Sosial Elmlər də onun strukturuna daxil edildi. 2008-ci ildə STEPI çərçivəsində Gələcəyin Elmi və Texnologiyası Strateji Mərkəzi, Yeni İnkişaf Aləti Tədqiqat Mərkəzi və Qlobal Siyasət Araşdırmaları Mərkəzi fəaliyyətə başlamışdır.
Seyit Sertçelik
Seyit Sertçelik — Moskva və Sank-Peterburqdakı dövlət arxivləri¬nə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi, Ankara Universitetinin Ümumi tarix üzrə professoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. 1964-cü ildə Bolunun Gerede ilçəsində anadan olub. 1991-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin elmi əməkdaşı oldu. 1991-ci ildə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universitetində qonaq müəllim kimi 6 ay pedaqoji fəaliyyətlə məşğul oldu. 1993-cü ildə Antalyada təşkil edilən birinci Türk Dünyası Qurultayında iştirak edib. Moskva və Sank-Peterburqdakı dövlət arxivlərinə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi kimi erməni məsələsi ilə bağlı Rusiyanın 8 arxiv və kitabxanasında uzun illər elmi tədqiqat aparmışdır. 2009-cu ildə Ankara Universitetində Ümumi tarix üzrə professor vəzifəsinə yiyələnmişdir. 2012-ci il 24 oktyabr Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri tarixinin araşdırılmasında böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. İsmayıl Seragəldin Prof. Dr.
Səqit (Arxangel)
Səqit (başq. Сәғит, rus. Сагитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 30 km, kənd sovetliyindən (Şakir): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (73%) üstünlük təşkil edir.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Adrenalina (Senit mahnısı)
Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Senhit 2021 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu "Adrenalina" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 22-ci pillədə qərarlaşmışdır.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Bahadur Sepi Xaqan