Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məjit Qafuri
Məcid Qafuri (azərb. Məcid Nurqəni oğlu Qafuri‎) — yazıçı, Başqırdıstanın Xalq şairi. Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir. 1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir. 1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir.
Seyit Sertçelik
Seyit Sertçelik — Moskva və Sank-Peterburqdakı dövlət arxivləri¬nə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi, Ankara Universitetinin Ümumi tarix üzrə professoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. 1964-cü ildə Bolunun Gerede ilçəsində anadan olub. 1991-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin elmi əməkdaşı oldu. 1991-ci ildə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universitetində qonaq müəllim kimi 6 ay pedaqoji fəaliyyətlə məşğul oldu. 1993-cü ildə Antalyada təşkil edilən birinci Türk Dünyası Qurultayında iştirak edib. Moskva və Sank-Peterburqdakı dövlət arxivlərinə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi kimi erməni məsələsi ilə bağlı Rusiyanın 8 arxiv və kitabxanasında uzun illər elmi tədqiqat aparmışdır. 2009-cu ildə Ankara Universitetində Ümumi tarix üzrə professor vəzifəsinə yiyələnmişdir. 2012-ci il 24 oktyabr Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri tarixinin araşdırılmasında böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. İsmayıl Seragəldin Prof. Dr.
Səqit (Arxangel)
Səqit (başq. Сәғит, rus. Сагитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 30 km, kənd sovetliyindən (Şakir): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (73%) üstünlük təşkil edir.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Adrenalina (Senit mahnısı)
Adrenalina — San-Marinonun 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Senhit 2021 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu "Adrenalina" mahnısı ilə təmsil etmişdir. İfaçı finalda münsif və SMS səsverməsi nəticəsində 26 ölkə arasında 22-ci pillədə qərarlaşmışdır.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun Qaysa kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Debit
Debit – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin debiti l/san, yaxud m³/san, m³/saat, m³/gün-lə hesablanır. Debit uzun müddət ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. Su quyularının məhsuldarlığı xüsusi debitlə (səviyyə 1 m-ə düşənəcən olan Debit) müəyyənləşdirilir. Suyun debiti ölçü qabları, müxtəlif konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edilir. Hidrogeoloji tədqiqatlarda quyunun debiti mühüm göstəricilərdən biri hesab olunur.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Ləkit
Ləkit Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir. == Toponimikası == Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd.
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Səbir
Səbr — xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək dərəcəli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr Peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Gerçək rejim
Gerçək rejim (en. real mode) – IBM-uyumlu və Intel 80x86 mikroprosessorlar ailəsinin bazasında olan başqa kompüterlərin “doğma”, yəni susqunluqla qəbul olunmuş iş rejimi; yalnız MS-DOS’da işləyir. Gerçək rejim yalnız mikroprosessora və onun yaddaşla işləmə üsuluna aiddir, ancaq bu rejim istifadəçiyə təktapşırıqlı iş rejimi (verilmiş anda yalnız bir proqram işləyir) vermək baxımından da xarakterizə oluna bilər. Gerçək rejim Intel 80286, 80386 və i486 mikroprosessorları üçün hazırlanmış bir araya sığışmayan iki rejimdən biridir. Daha universal qorunmuş rejimdən [protected mode] fərqli olaraq, gerçək rejim çoxtapşırıqlı rejimin iki vacib komponenti – yaddaşın idarəolunması və onun qorunması üçün imkanlar təklif etmir (OS/2 əməliyyat sistemində bu imkanlar var). == Gerçək zaman canlandırması == Gerçək zaman canlandırması (en. real-time animation) – kompüter animasiyasında: görüntünün kadrlarının öncə hesablanıb yazıldığı, sonra isə rəvan hərəkət illüziyası almaq üçün daha yüksək sürətlə virtual zamanda yerinə yetirildiyi multiplikasiyadan fərqli olaraq, imitasiya olunan obyekt real şəraitdə hansı sürətlə hərəkət edə bilərsə, ekrandakı görüntülərin də həmin sürətlə yenilənməsi. == Gerçək zamanlı əməliyyat sistemi == Gerçək zamanlı əməliyyat sistemi (en. real-time operating system (RTOS)– idarəedici avadanlıqlar, yaxud maşınlar üçün işlənib hazırlanmış, yaxud optimallaşdırılmış əməliyyat sistemi. == Gerçək zamanlı proqramlaşdırma == Gerçək zamanlı proqramlaşdırma (en.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Gəbit Əxmərov
Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 1921 – 11 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqurdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu. Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant. == Həyatı == 24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı. O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.
Leylətul-məbit
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Ləkit Kötüklü
Ləkit Kötüklü – Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 76 təsərrüfatda hər iki cinsdən toplam 276 nəfər əhali yaşayır. == Toponimikası == Ləkit Kötüklü oyk., mür. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndi r-nun ərazisində mövcud olan Ingi- loy Kötüklü və Gözü Kötüklü kəndlərindən fərqləndirmək məqsədilə, Ləkit i.ə.v.-nə aid olduğu üçün belə adlandırmışlar.