Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suvorovka
Hacırüstəmli (əvvəlki adı: Suvorovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Suvorovka kəndi Poltavka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İmişli rayonunun Suvorovka kənd inzibati-ərazi vahidi tərkibindəki Suvorovka kəndi Hacırüstəmli kəndi, Suvorovka kənd inzibati-ərazi vahidi Hacırüstəmli kənd inzibati-ərazi vahidi adlandırılmışdır.