Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Karakul (Şaran)
Karakul (başq. Ҡаракүл, rus. Каракулька) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == == Tarixi == 1896-cı ildə Karakulda 9 həyət, 43 sakit (21 kişi, 22 qadın) vardı. 1920-ci ildə isə qəsəbədə 19 həyət və 117 sakin (52 kişi, 65 qadın) yaşayırdı. 1926-cı ildə Şaran rayonu Belebeevski kantonu Başqırdıstan MSSR aid idi. 1982-ci ildə kənd olaraq 40 sakinə sahib idi.
Tavatuy gölü
Tavatuy gölü — Rusiya Federasiyasının Sverdlovsk vilayəti ərazisində (Nevyansk şəhər dairəsi) yerləşən göl. Yekaterinburqdan 50 kilometr şimal-qərbdə, Ural dağlarının şərq yamaclarında yerləşir. Yekaterinburq yaxınlığındakı ən gözəl göllərdən biridir və şəhər sakinləri üçün ən sevimli istirahət yeridir. Gölün sahilində Kalinovo, Tavatuy və Priozernı kəndləri, eləcə də bir çox uşaq sağlamlıq düşərgəsi və istirahət mərkəzi vardır. Dəniz səviyyəsindən yüksəklik 263,5 m-dir. == Adının mənası == Adın Komi-permyak dilindən ta va tuy - "bu su yolu" sözlərindən əmələ gəldiyinə inanılır. Bir toponimik əfsanəyə görə, Komi-Permyak bələdçisi ruslara gölləri göstərir və suyla getməli olduqlarını söyləyir. Yerli tarixçi V. Lojkin, gölün hər tərəfdən dağlarla əhatə olunduğuna görə adın Tatar dilindən tau tuy - "dağların toyu" adından gəldiyinə inanır. == Coğrafiyası == Göl Neyva çayı hövzəsinə aiddir və Verx-Neyvinski gölməçəsi ilə vahid bir sistem təşkil edir. Gölün içindəki axın onun şimalında yerləşir.
Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Anibal Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).