Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taka (atoll)
Taka atollu (marş. Tōkā tˠʌɡɑ͡ææ̯, ing. Toke, Taka) — Sakit okeanda 6 adaclqdan ibarəh olan atoll. Patak cərgəsinə daxildir. Adanın quru sahəsi 0,57 km², laqunla birlikdə isə 93,14 km² təşkil edir. Ada 1816-cı ildə "Ryurik" gəmisində Otto Konsebunun rəhbərlik etdiyi rus ekspedisiyası zamanı kəşf edilir.
Tiki-taka
Tiki-taka (isp. Tiqui-taca) — futbolda oyun taktikası. Tiki-taka top üzərində nəzarətin saxlanılmasına yönəldilmiş qısa ötürmə və fasiləsiz hərəkətin uyğunluğunu təşkil edir. Tiki-taka futbol termini Yohan Kroyffa məxsusdur.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Kaka
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə, Braziliya — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
QAKA
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
TAKM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tako
Tako (isp. taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
İtaka
Itaka (Yunanca, Ιθάκη) — İon dənizində yerləşən Yunan adası. İtakanın əsas adasının sahəsi 96 km²-dir. Əhalisi 2011-ci ilə görə 3231 nəfərdir. Müasir İtaka Odisseyin evi olan Homerin İtakası ilə eyniləşdirilir. İtaka adı qədim dövrlərdən bəri dəyişməz qalsa da, müxtəlif dövrlərə aid yazılı sənədlərdə adaya başqa adlarla müraciət edilir, məsələn: Trakoniso, Takou, Tiakou (Bizans) Tiaki (Venesiyadan əvvəlki Bizans) Teaki(Venesiya dövründə) Fiaki(Osmanlı dövründə) Adada e.ə 2-ci minillikdən etibarən məskunlaşma var. Ehtimal olunur ki, Mikena dövründə Kefaloniyanın paytaxtı və Odissey tərəfindən idarə olunan kiçik krallığın paytaxtı olub. İtaka sonrakı dövrlərdə romalılar,Bizans imperiyası tərəfindən işğal olunub. Ardınca İtaka, 1797-ci ildə Campo Formio müqaviləsinə əsasən Fransa tərəfindən işğal edilmiş 1798-ci ildə isə rus-türk birliyinin komandirləri Fyodor Uşakov və Kadir bey tərəfindən azad olunub. Ada 1807-ci ildə yenidən Fransanın mülkünə çevrildi lakin,1809-cu ildə İngiltərə adanı işğal etdi. 1815-ci ildə bağlanılmış Paris müqaviləsinə əsasən İtaka Birləşmiş İyon Adaları Ştatlarının tərkibinə verildi.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Osman Taka rəqsi
Osman Taka Rəqsi (alb. Vallja Çame e Osman Takës; yun. Οσμαντάκας or Σαμαντάκας ) Albaniya və Yunanıstanda yayılmış rəqs. Albaniyada əsasən Çameriya albanları arasında yayılıb. Rəqs XIX əsrdə yaşamış və Osmanlı imperiyasına qarşı döyuşmuş Çameriya albanı Osman Takanın adını daşıyır. Osman Taka rəqsi XIX əsrdə yaşamış və 1887-ci ildə edam edilmiş albaniyalı rəqqas Osman Osman Rəsul Takanın adı ilə bağldır. Osmanlı imperiyasına qarşı qalxan üsyanda iştirak edən Osman Rəsul Taka 1887-ci ildə Yanina şəhərində həbs edilir və haqqında ölum cəzası qərarı qəbul edilir. Burada edam edilməmişdən öncə son arzusunu deməsi istənəndə, o rəqs etmək istəyir. Onun rəqsi o qədər gözəl olur ki, Osmanlı İmperiyasının jandarmları onun rəqsinə heyran olur və onu edam etmirlər. Amma o bir neçə gündən sonra o, Osmanlı imperiyasına qarşı döyuşdə öldurulur.
Ervin Taha
Ervin Taha (14 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bordo klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Ervin Taha Bordo klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 28 noyabr 2017-ci ildə Sent-Etyen klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Conatan Kafunu əvəz etmişdir. Həmin görüşdə Bordo rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Taha Fransanın gənclər millilərində çıxış etmişdir.
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Gin Tama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Həsən Saka
Həsən Hüsnü Saka (1885, Trabzon – 29 iyul 1960 və ya 30 iyul 1960, İstanbul) — Sabiq millət vəkili, baş nazir. İlk və orta təhsilini Trabzon İbtidai Məktəbi və Rüştiyesinə tamamladıqdan sonra İstanbul Mercan İdadisinə məzun oldu. Mülküyə Məktəbini 1908-ci ildə bitirdi. Divan-ı Muhasebatta dövlət xidmətinə girdi. 1909-cu ildə təhsil üçün Fransaya göndərildi. 1912-ci ilin noyabrında Paris Siyasi Biliklər Məktəbi diplomatiya şöbəsinə məzun olaraq yurda döndü, köhnə vəzifəsində işə başladı. 1915-ci ilin aprel ayında Maliyyə nəzarəti varidat Ümumi Müdirliyi dividendlər vergisi Apelyasiya Komissiyası 1. Mümeyyizliğine təyin edildi. 1916-cı ilin oktyabrında Eskişehir Region İqtisad direktoru oldu. 4 sentyabr 1918-ci ildə Mülküyə Məktəbi İqtisad müəllimi boynuna götürdü.