Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarumovka
Tarumovka — Rusiya Federasiyası, Dağıstan Respublikası, Tarumovka rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Tarumovka rayonunun və Tarumovka kənd sovetliyinin mərkəzidir. Tarumovka kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Maxaçqala — Həştərxan magistralı üzərində yerləşir. Mahaçqaladan 175 km aralıda yerləşir. Ən yaxın dəmiryolu stansiyası Qarabağlıdır (kənddən 13 km məsafədə yerləşir). 1782-ci ildə II Yekaterina hökuməti Stavropol və Kuma ilə Terek çayları arasındakı torpaqlara dövlət kəndlilərinin köçürülməsi və kəndlilərə torpaqların paylanması haqqında fərmaz inzalamışdır. kənd 1786-cı ildə həştərxanlı prakror Andrey tarumov tərəfindən saınmışdır. O, mülkiyyətində olan torpaqlara kəndliləri köçürüərək kəndi salmışdır. Kənd onun şərəfinə adlandırılmışdır.
Tarumovka rayonu
Tarumovka rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 3.020 km², inzibati mərkəzi Tarumovka kəndidir. Rayonun əhalisi 32.507 nəfərdir (2015-ci il).
Aliyə Tahirova
Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir. Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir. 1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Nazlı Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Tahirə Tahirova
Tahirə Əkbər qızı Tahirova (7 noyabr 1913, Bayramalı – 26 oktyabr 1991, Bakı) — Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968). Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Türk, ingilis və rus dillərini bilirdi. 1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir. Tahirə Tahirova Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir. Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir.
Nazlı Tahirova-Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı xanım Tahirova