Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tverdə Embraer Legacy 600 qəzası
Tverdə "Embraer Legacy 600" qəzası — 2023-cü ilin 23 avqust tarixində Rusiya Federasiyasının Tver vilayətində baş vermiş təyyarə qəzası. Moskvadan Sankt-Peterburqa uçduğu güman edilən Embraer Legacy 600 tipli şəxsi təyyarənin qəzaya uğraması nəticəsində üçü ekipaj üzvü olmaqla, on nəfər həlak olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi telegram kanalının verdiyi məlumata görə həlak olan sərnişinlər arasında Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin və onun əsas köməkçisi Dmitri Utkin də olub. Qəzada Vaqner qrupunun Baş Qərargah rəisi və Təhlükəsizlik Xidmətinin rəhbəri Andrey Troşev də həlak olub. Flightradar24 xidmətinin hesabatına görə qəzaya uğrayan təyyarə düşməyə başlamazdan əvvəl bir necə dəfə hündürlük itirib və yenidən yüksəlib. Flightradar24 ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.
Verden
Verden — fransız dilində Verdun, latın dilində Verodunum güclü volfram deməkdir. Şəhər Qrand-Este Maas çayının sol sahilində yerləşir. Sahəsi 31 kv.km, əhalisi 23 min nəfərdir. Digər şəhərlərlə avtomobil və dəmir yolları ilə əlaqə saxlanılır. I dünya müharibəsində şəhərin tarixi məhv edilir. == Tarixi == Romalıların bura gəlişinə kimi burda hollandlar məskunlaşmışıar. 843-cü ildə Verden müqaviləsinə əsasən frank imperatoru Böyük Karl onu Fransa, Almaniya və İtaliya arasında bölür. Orta əsrlərdə Verden katolik kilsəsinə aid olur. 1552-ci ildə İtaliya və Fransa arasında müharibədə Verden Fransaya verilir. 1870-73-cü illərdə prusiyanın tərkibinə daxil olur.
Vərdək
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Jan Verden
Jan Verden (fr. Jean Verdun 21 mart 1931 – 21 oktyabr 2021[…], Nöyi-sür-Sen) — fransız yazıçı və Böyük Britaniyanın Böyük Fransa lojasının keçmiş ustası. Müxtəlif roman və əsərlərin müəllifidir, Fransada masonluq haqqında bir sıra kitablar yazmışdır. 1985–1988-ci illərdə Fransanın Böyük lojasının böyük ustası olmuşdur. O, siyasətçi Andre Deythelmanın qardaşı oğludur.
Verden (dəqiqləşdirmə)
Verden —
Verden (rayon)
Verden (fr. Verdun) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Möz. Suprefektura — Verden. Rayonun əhalisi 2006-cı ildə 86 211 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 2829 km².
Verden döyüşü
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. == Verden qələbə hədəfi olaraq == 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Verden müqaviləsi
Verden müqaviləsi — Böyük Karlın ölümündən sonra onun varisləri arasında aramsız müharibələr baş verdi. Sonradan, 843-cü ildə Böyük Karlın üç nəvəsi - Daz Karl, almaniyalı Lüdviq və Lotar Verdendə Frank imperiyasının üç yerə bölünməsi haqqında müqavilə bağladılar. Bu müqaviləyə əsasən, imperiyanın Şelda, Maas və Reyn çayından qərbdəki ərazisi Qərbi Frank Krallığı adı altında Daz Karla verildi. Şərqi Frank Krallığına imperiyanın Alp dağlarından şimaldakı və Reyn çayında şərqdəki torpaqlar daxil edildi. Bu torpaqlar almaniyalı Lüdoviqə çatdı. Lotar isə imperator ləqəbini saxlamaqla Reynboyu torpaqlara - Qərbi və Şərqi Frank krallıqları arasındakı əraziyə, həmçinin İtaliyaya yiyələndi. Bu bölüşdürmə nəticəsində sonralar imperiya ərazisində üç böyük krallıq - Fransa, İtaliya və Almaniya dövlətləri meydana gəldi. Lakin bu dövlətlər vahid deyildilər. Onların hər biri feodal mülklərinə, iri feodal mülkləri isə saysız-hesabsız xırda feodallıqlara parçalandı. Beləliklə, Qərbi Avropada IX-XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı.
Verden qəssabxanası
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. == Verden qələbə hədəfi olaraq == 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.
Verden vuruşması

Verden əməliyyatı

Vəhdət Partiyası
Vəhdət Partiyası və ya qısaca VP ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya. Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995–1996-cı illərdə Sahib Məmmədov, 1998–2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir. Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla Yunus və Yunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir. Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır. Vəhdət Partiyası 2016–2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur. Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur. == Tarixi == Vəhdət Partiyası 1994-cü ildə Bakı və Kəndlər Birliyinin bazasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Şəfiq Pənahi və başqaları tərəfindən yaradılmışdır.
Vəhdət Sultanzadə
Vəhdət Sultanzadə (14 oktyabr 1935, Bakı – 28 mart 2022, Bakı) — Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri, Rusiyanın Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin İran İslam Respublikasındakı konsulu. == Həyatı == Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci ilin oktyabr ayının 14-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 6 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. Vəhdət Sultanzadə 28 mart 2022-ci il tarixində vəfat etmişdir. Həmin gün saat 14:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Diplomatik fəaliyyəti == Vəhdət Sultanzadə 1962–1966-cı illərdə SSRİ-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyində tərcüməçi kimi çalışmışdır. 1970–1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində çalışmış, vəzifəsini SSRİ-nin İran İslam Respublikasındakı konsulu kimi başa vurmuşdur. Vəhdət Sultanzadə 1988–1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu vəzifəsini tutmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra o, 1991–1993-cü illərdə Rusiyanın Türkiyə Respublikasındakı konsulu vəzifəsini daşımışdır.
Vəhdət kilsəsi
Vəhdət kilsəsi — müasir dini cərəyan. Sinkretik səciyyəli yeni dini cərəyan hesab edilən Vəhdət Kilsəsinin əsasını 1954-cü ildə Seul şəhərində San Myen Mun qoymuşdur. === Yaranması === 1920-ci ildə kəndli ailəsində dünyaya gələn Mun məktəb illərində Presviterian kilsəsinə üzv olmuş, həmçinin "əllinci"lərin dini yığıncaqlarında iştirak etmişdir. Gənc yaşlarında Bibliyanı öyrənməklə məşğul olan gələcəyin təriqət yaradıcısı 1936-cı ildə Pasxa günü İsa Məsihi gördüyünü iddia etmişdir. Munun sözlərinə görə, İsa Məsih ona yer üzündə "Tanrı Səltənəti"ni qurmağı və özünün yerinə yetirə bilmədiyi missiyanı həyata keçirməyi tapşırmışdır. Munun bu iddiası xristianları qəzəbləndirmiş və o, Presviterian kilsəsindən xaric edilmişdir. Ümidsizliyə qapılmayan və "missiya"sını yerinə yetirməyə qərarlı olan Mun təbliğat sayəsində özünə həm Cənubi, həm də Şimali Koreyada ardıcıllar toplaya bilmişdir. Müxtəlif təqiblərlə üzləşən yeni "peyğəmbər" hər iki ölkədə dəfələrlə məhkəməyə cəlb edilmişdir. Ona qarşı hərbi qulluqdan yayınmaq, arvadbazlıq, çoxarvadlılıq, ictimai əxlaqın pozulması və maliyyə fırıldağı kimi ittihamlar irəli sürülmüşdür. Yaponiyada elektrik mühəndisi ixtisasına yiyələnən Mun Şimali və Cənubi Koreya arasında gedən müharibə zamanı kommunistlər tərəfindən konslagerə salınmışdır.
Vərdək vilayəti
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Kabo-Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo Verde

Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
Vərdə (Sərdəşt)
Vərdə (fars. ‎‎ورده‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (104 ailə).
Əynul-Vərdə
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. == Zəmin == Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Everet Uilyamsa qarşı
Everet Vilyamsa qarşı — 1725-ci ildə baxılmış ingilis məhkəmə işi. "Quldurların məhkəmə işi" də adlanır. Məhkəmə işi cinayət törədilməsini nəzərdə tutan müqavilələrin hüquqi qüvvəsi ilə əlaqədardır. Bu işdə müqavilə silahlı hücum nəticəsində əldə edilmiş qənimətin bölüşdürülməsi ilə bağlı idi. Məhkəmə iddiadan imtina etmişdir. Məhkəmə işi haqqında ətraflı məlumatlar müasir dövrə gəlib çatmamışdır və işə edilən əksər istinadlar 1893-cü ildə nəşr edilmiş Rüblük Hüquq Jurnalındakı işin xülasəsinə əsaslanır, hansı ki həmin xülasə də öz növbəsində Rober Cozef Potye tərəfindən 1802-ci ildə yazılmış öhdəlik hüququ haqqında fransız dilindəki mətnin ingilis dilinə edilmiş tərcüməsinə əsaslanır. == Haqqında == İki quldur - Everet və Vilyams birgə oğurluq nəticəsində əldə etdikləri qənimətləri bölüşdürmək haqqında razılığa gəlirlər. Onlar bir müddət Haunslou Hitdə, eyni zamanda Pegşot, Solsberi, Hampsteddə və başqa yerlərdə bu fəaliyyətlə məşğul olurlar. Bir gün qənimətlər satılanda Con Everet Cozef Vilyamsın mənfəətin bölüşdürülməsi nəticəsində ona düşən ədalətli paydan daha çox götürməyə çalışdığını düşünür. Bəzi naməlum səbəblərə görə, Everet şikayətini məhkəmə qaydasında həll etmək qərarına gəlir.
Kabo-Verde Respublikası
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo-Verde bayrağı
Kabo-Verde bayrağı — Kabo-Verdenin dövlət bayrağı.
Kabo-Verde gerbi
Kabo-Verde gerbi — Kabo-Verdenin Dövlət gerbi. == Tarixi == 1992-ci ildə qəbul olunub. == Mənası == Mərkəzdən başla: Eyni tərəfli mavi rəngli üçbucağ birlik, vətəndaş huqlarinin birliyi, aq məşəl mustəqillik, hansi ki illərlə mübarizədə qazanildi Portugal dilində yazilan " Respublica Kabo-Verde" Uç üfüqi xətlər dəniz mənasi İki bagli dayirə Uzgəc - ədalət və ləyaqət uç baglantili zingir və iki palma budagi əhalinin quraqliqda birliyi 10 ulduz ( hər tərəftə 5 ədədt) dövlətin 10 ədət adasi mənasini daşiyir. Uldulzlar dövlət bayraginda da var.
Kabo-Verde himni
Cântico da Liberdade (azərb. Azadlığ mahnısı‎) — Kabo-Verde dövlət himni.