Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tsodilo
Tsodilo təpələri — Botsvana ərazisində yerləşən, qaya sənəti, qaya sığınacaqları və mağaralardan ibarət olan UNESCO-nun Ümumdünya irsi ərazisidir. 2001-ci ildə yerli xalqlar üçün bənzərsiz dini və mənəvi əhəmiyyəti, eləcə də bəşəriyyətin min illər boyu özünəməxsus məskunlaşması səbəbindən Ümumdünya irsi siyahısına daxil olmuşdur. UNESCO hesab edir ki, ərazidə 4500-dən çox qayaüstü rəsm var. Ərazi Uşaq təpəsi, Qadın təpəsi və Kişi təpəsi kimi tanınan bir neçə əsas təpədən ibarətdir. Ərazidə dörd əsas təpə var. Onlardan ən yüksəyi 1400 metr hündürlüyü ilə Botsvananın ən yüksək nöqtələrindən biridir. Dörd təpə ümumilikdə "Kişi" (ən yüksəyi), "Qadın", "Uşaq" və bir də adı açıqlanmayan bir təpə olaraq təsvir olunur. Onlar Şakave şəhərindən təxminən 40 km məsafədə yerləşirlər və təpələrə yaxşı vəziyyətdə olan torpaq yolla çatmaq olar. Ən böyük iki təpənin arasında idarə olunan, hamam və tualetlərlə təchiz olunmuş bir düşərgə var. Düşərgə ərazidəki ən məşhur sənət əsərləri olan və 1958-ci ildə çıxan "Kalahari'nin İtmiş Dünyası" kitabında şəkillərini ilk olaraq izah edən Cənubi Afrikalı yazıçının şərəfinə adlandırılmış Lorens van der Post lövhəsinin yaxınlığındadır.
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Torino FK
Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu. 3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur. 40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu.