Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Təbrizin mühasirəsi (1501)
Təbrizin mühasirəsi — 1501-ci ildə Səfəvilərin Şərur döyüşündə Ağqoyunluları məğlub etməsindən sonra baş vermişdir. Şərur döyüşündə özündən say etibarilə 4 dəfə çox olan Ağqoyunlu ordusunu məğlub edən İsmayıl Səfəvi Təbrizə yönəldi və 1501-ci ilin iyul ayında şəhəri ələ keçirdi. Təbriz Səfəvilər tərəfindən tutulduqdan sonra paytaxt elan edildi, İsmayıl Səfəvi isə özünü şah elan etdi.
Təbrizin mühasirəsi (1603)
Təbrizin mühasirəsi (1603) — Səfəvi–Osmanlı müharibəsi (1603–1618) zamanı baş vermiş hərbi toqquşma. Mühasirə Səfəvi ordusunun uğur qazanması və Təbrizin 18 il sonra təkrar Səfəvi imperiyasının əlinə keçməsi ilə nəticələnmişdir. 1590-cı ildə imzalanan İstanbul müqaviləsi ilə Səfəvi dövləti arasında sülh təmin edilmiş olsa da, gərginlik davam etməkdə idi. 1603-cü ildə isə, Səfəvi dövləti islahatlarla ordusunu yenidən qurmuş idisə, Osmanlı dövləti böhran keçirməkdə idi. İstanbul sülhündən sonra Osmanlı dövləti qərb sərhədlərində bir neçə üsyanlar və məğlubiyyətlər qazanmışdı. Durmadan artırılan vergilər və müharibələr 1599-cu ildən Cəlali üsyanlarına səbəb olmuşdu. Bu dönəm ərzində isə, Səfəvi dövləti ordusunu yenidən qurmaqla qalmamış, şərqdəki düşməni Özbək xanlığına 1598-ci ildə qəti zərbə vurmağı da bacarmışdı. Artıq sırada Osmanlı dövlətinin olduğu bəlli idi. Şah Abbas əlverişli zamanın ələ düşməsini gözləməkdə idi. Azərbaycan torpaqlarında olan Osmanlı döyüşçüləri imperiya daxilindəki problemlərə görə maaşlarını vaxtında ala bilmirdilər.
Təbrizin sehrli nağılları
Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab. Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib. Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb: Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır: 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək, İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
Təbrizin mühasirəsi (1391)
Təbrizin mühasirəsi — 1391-ci ildə Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir. Təbrizi fəth edən Qara Məhəmmədin çəkilməsi və Pir Həsən tərəfindən öldürülməsindən sonra qarışıqlıq baş verdi.Təbrizdəki qarmaqarışıqlıq o yerə çatmışdı ki, Təbriz şəhəri bir neçə gündən bir hansısa Cəlair əmiri Təbriz şəhərini ələ keçirirdiBu əmirlərdən Şeyx əli Məhəmməd ərəb və Məhəmməd xəlil Cahanşahî birləşərək Qara Məhəmmədin təyin etdiyi Qaraqoyunlu əmiri Qara Bistamı öldürdülər.Əmir Çəlik'i isə ələ keçirdilər.Daha sonra isə Əlincə qalası hakimi Cəvhər Xoca'nı çağırdılar.Cəvhər xoca şəhərə gələrək Əmir Çəliy'i mənimsədi və Məlik İzədddin'i şəhərə buraxaraq Əlincə qalasına getdi.Cəvhər xoca əmirlərindən Altun'a Çobanlı oymağını talan etməyini əmr etdi.Ancaq talan etdikdən sonra Xalxali əmiri Mahmud hərşeyə əl qoydu.Ancaq 1389-cu ildə Cəlayiri Əmiri Şah Əli Mahmud Xalxaliyi ələ keçirdi.Mahmudun Satılmış, Məlik Nizamüddin, Ömər Qəzvini adlı əmirləri şəhərdə qalmışdı.Lakin 1391-ci ildə Cəvhər Xocanın ölümünün ardından Əlincə qalasına hakim təyin edilən Altun, Sultan Əhməd Cəlayırin əmriylə Təbriz şəhərini ələ keçirməyə cəhd etsədə Təbriz yaxınlığında Mahmud Xalxali Altuna hücum etdi və məğlub etdi.6 ay Təbrizdə qalan Mahmud Xalxali Xalxal' geri döndü və buraya əmirlərini buraxdı. İş belə olduqda daxili çəkişmələri bitirərək hakimiyyətini sağlamlaşdıraraq iç istiqrarı sağlayan Qara Yusif ilk iş olaraq Təbriz şəhərini mühasirəyə aldı.Sultan Əhməd Cəlayırın bu olanlar qarşısındaki acizliyi Qara Yusifi dahada cəsarətləndirdi.Qara Yusif qısa sürədə Təbriz şəhərinə girdi və ən mirlərindən Əmir Satılmış və Xəlil'i bir miqdar orduyla buraxaraq Aladağ'a getdi.