Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Təbrizin mühasirəsi (1501)
Təbrizin mühasirəsi — 1501-ci ildə Səfəvilərin Şərur döyüşündə Ağqoyunluları məğlub etməsindən sonra baş vermişdir. == Haqqında == Şərur döyüşündə özündən say etibarilə 4 dəfə çox olan Ağqoyunlu ordusunu məğlub edən İsmayıl Səfəvi Təbrizə yönəldi və 1501-ci ilin iyul ayında şəhəri ələ keçirdi. Təbriz Səfəvilər tərəfindən tutulduqdan sonra paytaxt elan edildi, İsmayıl Səfəvi isə özünü şah elan etdi.
Təbrizin mühasirəsi (1603)
Təbrizin mühasirəsi (1603) — Səfəvi–Osmanlı müharibəsi (1603–1618) zamanı baş vermiş hərbi toqquşma. Mühasirə Səfəvi ordusunun uğur qazanması və Təbrizin 18 il sonra təkrar Səfəvi imperiyasının əlinə keçməsi ilə nəticələnmişdir. == Müharibənin yenidən başlaması == 1590-cı ildə imzalanan İstanbul müqaviləsi ilə Səfəvi dövləti arasında sülh təmin edilmiş olsa da, gərginlik davam etməkdə idi. 1603-cü ildə isə, Səfəvi dövləti islahatlarla ordusunu yenidən qurmuş idisə, Osmanlı dövləti böhran keçirməkdə idi. İstanbul sülhündən sonra Osmanlı dövləti qərb sərhədlərində bir neçə üsyanlar və məğlubiyyətlər qazanmışdı. Durmadan artırılan vergilər və müharibələr 1599-cu ildən Cəlali üsyanlarına səbəb olmuşdu. Bu dönəm ərzində isə, Səfəvi dövləti ordusunu yenidən qurmaqla qalmamış, şərqdəki düşməni Özbək xanlığına 1598-ci ildə qəti zərbə vurmağı da bacarmışdı. Artıq sırada Osmanlı dövlətinin olduğu bəlli idi. Şah Abbas əlverişli zamanın ələ düşməsini gözləməkdə idi. Azərbaycan torpaqlarında olan Osmanlı döyüşçüləri imperiya daxilindəki problemlərə görə maaşlarını vaxtında ala bilmirdilər.
Təbrizin sehrli nağılları
Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab. == Haqqında və məzmunu == Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib. Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb: Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır: === Kitab ətrafında qalmaqal və reaksiyalar === 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək, İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.