Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərəfdaş (film, 2007)
Tərəfdaş — rejissor Devid Dhauan tərəfindən 2007-ci ildə çəkilmiş bədii və tammetrajlı Hind filmi. Film KSS Limit və Sohail Xan şirkətinin dəstəyi ilə çəkilib. Bədii filmdə Salman Xan, Qovinda, Lara Dutda, Katrina Kef və başqaları rol alıb. Ssenari Sancay Çhel, Devid Dhauan, Yunus Scaval tərəfindən yazılıb. Filmin prodüserləri Shoil Xan, Paraq Sanqhvidir. == Məzmun == Prem (Salman Xan) müştərilərinin sevgi məsələlərini həll edən Sevgi Qrupunun təşkilatçısıdır. Bhaskar Diwakar Chaudhary (Qovinda) qız sevir və sevgi həyatında yardım üçün Premin yanına gəlir. Bhaskar Priya Jaisinghi (Katrina Kef) sevir, lakin o, zəngin iş adamı qızı olduğu üçün, o, qıza sevgisini ifadə edə bilmir. Prem ona kömək etməyə razıdır. Ancaq Prem Taylanddadır.
Çərəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çərəkdar monastırı
Çərəkdar monastırı — Ağdərə rayonunun Çərəkdar kəndində yerləşən tarix-memarlıq abidəsi. İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. == Tarixi == İnşaat kitabəsində verilən məlumata görə, kompleksin baş kilsəsi 1260-cı ildə inşa edilmişdir. Dövrümüzə çatmış tikililərin memarlıq-planlaşdırma xüsusiyyətlərinin öyrənilməsi və epiqrafika nümunələrinin tədqiqi kilsə ətrafındakı tikililərin müxtəlif dövrlərə aid olduğunu göstəmişdir. Ümumilikdə monastır ərazisində 11 kitabə S. Barxudaryan tərəfindən oxunaraq, nəşr edilmişdir. Həmin kitabələrin ən qədimləri 1152, 1206, 1347, 1360-cı illərə aiddir. 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilmiş lokal anti-terror əməliyyatlarından sonra erməni mətbuatında yayımlanmış video görüntülərdə Çərəkdar kəndini azad etmiş Azərbaycan hərbiçilərinin monastır binasının qalıqlarını atəşə tutduqları görünmüşdür. == Memarlıq xüsusiyyətləri == Monastırın əksər tikililəri dövrümüzə xarabalıq vəziyyətdə çatmışdır. Onların inşasında istifadə edilmiş yonulmuş daşlar və naxışlı xaçdaşlar ətraf ərazilərə daşınaraq yaşayış binalarının inşasında istifadə edilmişdir. Buna baxmayaraq kilsə binası yaxşı qorunmuş, narteks, yeməkxana və zəng qülləsinin bir hissəsi saxlanmışdır.
Mühasirəyə alınan tərəflər (film, 1992)
Ölümcül mühasirələr (ing. Dead end of Besiegers) — 1992-ci ildə döyüş filmi janrında çəkilən Honkonq filmidir. Filmin digər adı "Polad at" kimi səslənir. == Məzmun == Müxtəlif döyüş novləri üzrə müəllim öz ölkəsində Yaponiyada çətin həyat tərzi sürür. Ondan xoşları gəlməyən insanlar üzündən bu ölkəni tərk edir. Yaponiyanı tərk edəndən sonra Çinə gəlir. Burada Kunq Fu ilə məşğul olmağa başlayır. Lakin bəzi hadisələr səbəbindən yapon dəniz quldurlarının gəmilərinə düşür...