Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tovara
Persicaria (lat. Persicaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Peutalis Raf.
Hovari
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Motaro
Motaro (ing. Motaro) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Yerdən kənar Qaranlıq dünyasının ən güclü döyüşçülərindən biridir.
Novara
Novara — (Piyemonte ləhcəsiylə: Noara və Lombardo ləhcəsiylə: Nüara) İtaliyada Piyemonte regionunda Milano şəhərinin qərbində olan eyni adı daşıyan Novara vilayətinin mərkəzi olan bir şəhəridir.
Taiaro
Taiaro (fr. Taiaro) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Tuamotu arxipelaqının şimal-qərbində yerləşir. Taenqa atolundan 53 km şimal-şərqdə, Rarakadan 42 km cənub-qərbdə yerləşir. Ən yaxın materik sahilindən (Cənubi Amerika) 6200 km məsafədədir. Ada ovalvari formaya malikdir. Atollun sahəsi 6 km²-dir. Maksimal hündürlüyü 5 metrdir. Daxilində olan laqunun dərinliyi 15 – 20 m arasında dəyişir. Ümumi sahəsi isə 12 km²-dir.
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Davaro
Davaro — Kartal Tibetin rejissoru olduğu, Kamal Sunal baş rolda oynadığı 1981-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Almaniyaya işləməyə gedən Memo, istədiyi pulu qazanıb kəndinə dönür və nişanlısı Cano ilə evlənmək istəyir. Memonun qan davalı olduqları Sülo da həbsdən çıxaraq arvadı Ayşonun yanına gəlir. Bunu duyan Hamo, toy-düyünü durdurur və oğlu Memonun, Sülonu öldürməsini istəyir. Ancaq, Memo buna yaxşı yanaşmır. Öldürüləcəyini anlayan Sülo, Memoya bir təklif edir. Memonun onu öldürməməsi durumunda kənddən uzaqlaşacağını söyləyir. Evlənmək üçün başqa çarəsi qalmayan Memo, Sülonun planını qəbul edir və kənd meydanında Sülonu yalandan vurur. Kənd camaatı da bu nömrəyə inanır. Daha sonra dağdaki bir quldurun yanında təkrar qarşılaşan Memo və Sülo yene bir-birinə düşmənçilik edir.
Fausto Zonaro
Fausta Zonaro — (d. 18 sentyabr 1854, Padua — ö. 19 iyul, 1929 San-Remo), italyan rəssam. II Əbdülhəmidin dövründə saray rəssamı olaraq Osmanlı sarayında çalışmış orientalist bir rəssamdır. Tarix, müharibə, dəniz, mənzərə və portretlə yanaşı xüsusilə "türk rəssamı" olaraq tanınır. == Həyatı == 1895-cü ildə Avstrya imperiyasının bir hissəsi olan Padova şəhərinin Masi bölgəsində dünyaya gəlmişdir. Atası, hörgü ustası olub. Gəncliyində atasının yanında divar və bina qurulması işlərində çalışmış və məşhurlaşmışdır. 1879-ci ildən etibarən Masi yaxınlarındakı Lendinarada bir texniki məktəbdə 3 il rəsm dərsi aldı. Bu məktəbi bitirdikdən sonra dövrün irəlidə gedən rəsm akademiyalarından olan Akkademia Cignaroliyə qəbul olmuş, məşhur rəssam Napaleon Naninin şagirdi olmuşdur.
Hovard Ayken
Hovard Ayken (8 mart 1900, Hoboken, Nyu-Cersi – 14 mart 1973[…], Sent-Luis, Missuri) — ABŞ mühəndisi. == Həyatı == Hovard Ayken İndianapolisdə, İndiana ştatında böyüyüb (o, 1900-cü il 8 martda anadan olub). 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalmışdı, gündüzlər isə Arsenal texniki məktəbinə gedirdi. Məktəb rəhbərliyi gəncin bacarıqları ilə maraqlandı və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaratdılar. Sonra o, Viskonsin ştatı universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsini, gecə işi üçün isə qaz şirkətinin baş mühəndis vəzifəsini əldə edir. 10 il energetika mühəndisi işlədikdən sonra o, 1935-ci ildə Çikaqo universitetinə daxil olur, sonra isə Harvard Universitetinin fizika üzrə aspirantı olur, 1939-cu ildə Aykenin Harvord universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur, adekvat olaraq tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların rəqəmsal həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir. 1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi (o, bunu öz vəsaiti ilə çıxartmışdı) meydan gəldi. O, burda maşını kommutasiya lövhəsi şəklində izah edirdi, harda ki hesablayıcı maşının müxtəlif qovşaqları montaj olunub, belə ki kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub. Harvord o dövrdə "əsl" araşdırmalar mərkəzi idi, ona görə də Ayken özünə dəstək tapa bilmədi, əksinə rəqabət var idi.
Hovard Baskervil
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır. == Həyatı == Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib. == Cənubi Azərbaycandakı fəaliyyəti == 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir.
Hovard Conson
Hovard Conson (ing. Howard Louis Johnson; 7 avqust 1941, Montqomeri – 11 yanvar 2021, Nyu-York, Nyu-York ştatı ) — post-caz musiqiçi-multi-instrumentalist, bəstəkar, cazmen, saksafonçu. Əsasən tuba və bariton saksofon ifaçısı kimi tanınır, eyni zamanda bəzən bas klarnet, fluqelhornçu, kornet və bas saksafonu alətlərində ifa etmişdir. Çikaqo Simfonik Orkestrinin tubisti. == Həyatı == Consonun öz qrupu olan Gravity, tuba ansamblıdır. Başlanğıcda bu qeyri-adi qrupun populyarlığı aşağı idi və yalnız 1996-cı ildə səs nəhəngi Verve Records tərəfindən fərq edildi və ilk rekorda imza atma imkanı təmin edildi. Qrupun Monterey Caz Festivalındakı uğuru diqqətəlayiq idi. Hovard Conson, Crawford (1983-1984), Jack DeJohnette, Jimmy Heath, Bob Moses, George Gruntz-ın Caz Bandının Konsertinin yubiley konsertləri və Gil Evans Orkestrası ilə birlikdə fəaliyyəti olmuşdur.
Hovard Hyuz
Hovard Hyuz (24 dekabr 1905[…], Hyuston, Texas, ABŞ – 5 aprel 1976[…], Hyuston, Texas, ABŞ) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və 1960-ci illərdə dünyanın ən varlı insanlarından biri idi. Hovard Robard Hyuz (böyük) oğlu olan Hyuz on doqquz yaşında neft qazma maşınları istehsal edən bir fabrikin rəhbəri olmuşdur. Bir neçə il ərzində əhəmiyyətli qazanclar əldə edərək 1930-cu ildə kinoya, 1931-ci ildə isə içki sənayesinə daxil olmuşdur. Daha sonra aviasiyaya üz tutmuşdur. 1938-ci ildə o, öz ideyasına müvafiq olaraq hazırlanmış olan təyyarə ilə dünyanı rekord qıracaq müddətdə (3 gün, 19 saat) dövr etmişdir. TWA Aviasiya Şirkətinin səhmlərinin dörddə üçünü almaqla bu sahədə söz sahibi olmuşdur. İkinci Dünya Müharibəsi illərində toplar və hərbi təyyarələr hazırlamışdır. O, öz zamanında dünyanın ən böyük təyyarəsi olan Hughes H-4 Herculesi düzəltmiş və bir dəfə də olsa uçurmuşdur. Təyyarə İkinci Dünya Müharibəsində alüminiuma qoyulan məhdudiyyətlərə görə, əsasən ağacdan istifadə edilərək hazırlanmışdır. Təyyarənin qanadlarının uzunluğu 97,54 metrdir və 8 mühərrikli konstruksiyası onun möhtəşəmliyinin empirik göstəricisidir.
Hovard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Makqi
Hovard Makqi (6 mart 1918, Talsa – 17 iyul 1987, Nyu-York, Nyu-York ştatı) — Dizzy Gillespie, Fats Navarro və Idrees Sulieman ilə birlikdə ilk Amerika bebop caz trubaçılarından biri. Bir neçə dəfə piano və trombon çalan multi-instrumentalist kimi o, yüksək notları və sürətli barmaqları ilə tanınırdı.O, Fats Navarro kimi gənc bebop truba ifaçısına təsir etmişdi. == Həyatı == Hovard Makqi ABŞ-nin Oklahoma ştatının Tulsa şəhərində anadan olub və Miçiqan ştatının Detroit şəhərində böyüyüb. O, karyerası ərzində Lionel Hampton, Endi Kirk, Count Basie və Charlie Barnetin rəhbərlik etdiyi qruplarda çıxış edib.O, Charlie Parkeri ilk dəfə eşidəndə radio dinləyən klubda idi və Kid Ory kimi yaşlı musiqiçilər tərəfindən bəyənilməyən yeni üslubu ilk tətbiq edənlərdən biri olmuşdu.
Hovard Paskervil
Hovard Baskervil (tam adı: Hovard Konklin Baskervil, ing. Howard Conklin Baskerville; 10 aprel 1885, Nort-Platt[d], ABŞ – 19 aprel 1909, Təbriz, Qacar dövləti) — Təbrizdəki Amerikan Memorial Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllimi. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilmişdir. Hovard "İranın amerikalı Lafayeti " adlandırılır. == Həyatı == Hovard Paskervil 10 aprel 1885 -ci ildə Nebraska ştatının Şimali Platt şəhərində anadan olmuşdur. Onun atası və babası presviteriyan rahibləri idilər. O, 1907-ci ildə Prinston Universitetindən məzun olmuşdur, bununla yanaşı dini və boks təhsili almışdır. O, ABŞ prezidenti Vudro Vilsonla birlikdə hüquqşünaslıq və konstitusiya hökuməti barədə birlikdə kurs keçmişdir. Hovard Paskervil 19 aprel 1909-cu ildə Təbriz şəhərində vəfat edib. == Cənubi Azərbaycandakı fəaliyyəti == 1907-ci ildə Hovard İrana missioner fəaliyyətinə gəlmişdir.
Hovard Uebb
Hovard Uebb (ing. Howard Melton Webb) — ingilis futbol hakimi. == Həyatı == Şeffilddə polis idarələrinin birində çalışmış Uebb şəhərin küçələrindəki asayişin qorunması ilə məşğul olub. O, ötən ilin yayında Avropa çempionatının (AÇ) final mərhələsinin oyunlarının startına az qalmış polisdən tərxis olunub. Bu, bütün diqqətini hakimliyə yönəltməklə bağlı olub. Ancaq belə razılıq əldə olunub ki, Hovard beş ildən sonra polisə qayıda bilər. Hakimliyə 1989-cu ildə, 18 yaşında başlayan ingilis həmin vaxt doğma şəhəri Roterhemdə yarışlarda idarəçiliyə başlayıb. Hakimliyin sirlərini vaxtilə bu sahədə çalışan atasından öyrənən Hovard 2000-ci ildə Milli Liqanın futbol hakimləri siyahısına daxil edilib. Bundan üç il sonra isə artıq Premyer Liqada idarəçilik etmək hüququ əldə edir. Beynəlxalq arenaya 2005-ci ildə FİFA referisi dərəcəsi alandan sonra çıxan Hovard noyabrın 15-də Şimali İrlandiya və Polşa yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (1:1) debüt edib.
Hovard Zinn
Hovard Zinn (24 avqust 1922[…], Bruklin, Nyu-York ştatı – 27 yanvar 2010[…], Santa-Monika, Kaliforniya, ABŞ) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir. == Həyatı və karyerası == === Erkən həyatı === Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həm də Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Leo Hovard
Leo Hovard (13 iyul 1997, Nyuport-Biç[d], Kaliforniya) — ABŞ kinoaktyoru, model.
Lük Hovard
Lük Hovard (28 noyabr 1772, London – 21 mart 1864, Tottenhem, Böyük London) — ingilis kimyagər və həvəskar meteoroloq. == Həyatı == 28 noyabr 1772-ci ildə doğulub. Lük Hovard 21 mart 1864-cü ildə vəfat edib.
Madam Bovari
«Madam Bovari», yaxud «Xanım Bovari» (fr. Madame Bovary) — fransız yazıçı Qüstav Floberin, ilk dəfə 1856-cı ildə nəşr etdiyi, məşhur romanı. Bu roman dünya ədəbiyyatının böyük nümunələrindən sayılır.
Nikita Povarov
Nikita Aleksandroviç Povarov (rus. Никита Александрович Поваров; 6 aprel 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Povarov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Novara əyaləti
Novara əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Nömrələr (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.