Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Tolima
Tolima (isp. Tolima) — ölkənin mərkəzi-qərb hissəsində yerləşən, Kolumbiyanın 32 departamentindən biri, ölkənin mərkəzi-qərb hissəsində, Maqdalena çayının vadisində yerləşir. Şərqdən Kaldas, şimaldan Kundinamarka, cənubdan Uila və qərbdən Kauka departamentləri ilə həmsərhəddir. İnzibati mərkəzi İbaqe şəhəridir.
×Colycea
Alcea
Gülxətmi (lat. Alcea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Ferents Kölçei
Ferents Kölçei (mac. Kölcsey Ferenc; 8.08.1790 — 24.08.1838) — macar yazıçısı, Macarıstan milli marşının müəllifi. == Həyatı == Ferents Kölçei Transilvaniyadan olan aristokrat ailəsində anadan olmuşdur. Debreçendəki Protestant Kollecində hüquq təhsili almışdır. Valideynlərinin həyatdan erkən köçməsi F.Kölçenin xarakterinə ciddi təsir göstərir və keçirdiyi təbii çiçək xəstəliyindən sağ gözünü itirir. O, 16 yaşında ilk əsərlərini yazmağa başlamışdır, lakin onları məhv etmişdi. XIX əsrin əvvəllərində Macarıstan ədəbiyyatının ən əhəmiyyətli nümayəndələrindən biri hesab olunurdu. Dostu Ferents Kazintsi ilə birgə, macar ədəbiyyatının və macar dilinin canlanması üçün mübarizə böyük səylər göstərmişlər. Kölçenin poeziyasında harmonik bir şəkildə klassisizmi, fransız maarifçiliyi və alman romantizmi əks etdirmişdir. Kölçei də görkəmli tənqidçi və siyasi yazıçı idi.
Jurinea poacea
Jurinea poacea (lat. Jurinea poacea) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Yakov Tolçan
Yakov Moiseyeviç Tolçan (rus. Яков Моисеевич Толчан; 13 avqust 1901 – 1993) — SSRİ operatoru, rejissor. == Həyatı == 1954-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişdir. Kinoda 1924-cü ildən fəaliyyət göstərir. Rejissor, operator kimi bədii və sənədli filmlər çəkmişdir. Həmçinin 1931–1957-ci illər ərzində Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir. D.Vertovun "Dünyanın altıncı hissəsi" və s. filmlərinin çəkilişində iştirak etmişdir. "Vip üzərindən körpü" (1928), "Günəş Qərbdən doğur" (1933) və s. filmləri çəkmişdir.
Toltek mədəniyyəti
Toltek mədəniyyəti - Kolumbdan əvvəlki Mərkəzi Amerikada arxeoloji mədəniyyət idi və bu mədəniyyətin yaradıcıları olan tolteklər eramızın 950-1150-ci illərində daha da inkişaf edən Mezoamerikan xronologiyasının Epiklassik və erkən Post-Klassik dövründə Tula, Hidalqo, Meksikada yerləşən dövlət yaratmışlar. Sonrakı Astek mədəniyyəti mənsubları Toltekləri öz intellektual və mədəni sələfləri hesab edirdi. “Toltek” sözü Naxuatl dilində "sənətkar", “usta” mənasını verir. Şifahi və yazılı Astek mənbələri Toltek İmperiyasının tarixini təsvir edərək, hökmdarların və onların işğal etdikləri ərazilərin siyahısını özündə əks etdirir. Müasir alimlər Astek rəvayətlərində əks olunanların real Toltek tarixini əks etdirib-etdirməməsi barəsində mübahisə edirlər. Bütün alimlər Astek mənbələrinin böyük bir mifoloji hissəsinin olduğunu etiraf etsələr də, bəzilərihesab edirlər ki, tənqidi müqayisəli metoddan istifadə etməklə bəzi tarixi hadisələrin dəqiqliyini sübut etmək olar. Bir qrup alim isə iddia edir ki, rəvayətlərin real tarixi mənbə kimi davamlı təhlili əbəsdir və bu Tula de Allende mədəniyyətini öyrənməyə maneə olur. Tolteklərlə əlaqəli digər mübahisəli məsələlərdən biri isə Tula abidəsi ilə Mayya şəhəri olan Çiçen-İtsa arasında memarlıq baxımından oxşarlıqların əsasında duran səbəblərin araşdırılmasıdır. Tədqiqatçılar bu iki şəhər arasında təsirin dərəcəsi və ya istiqaməti ilə bağlı hələ də yekdil fikrə nail ola bilməyiblər. == Tula cəmiyyətinin mənşəyi == Mədəniyyətin dəqiq mənşəyi bəlli olmasa da, o, çox güman ki, cənub körfəzi sahilindən olan Nonoalca və Orta Amerikanın şimalında yaşayan oturaq Çiçimek xalqlarının qaynayıb-qarışması nəticəsində meydana gəlmişdir.
Olea
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Alcea hyrcana
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Cüneyt Ölçer
Cüneyt Şəfiq Ölçər (1925, Ankara, Ankara vilayəti – 1990) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb. == Həyatı == Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır. Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb.
Cüneyt Ölçər
Cüneyt Şəfiq Ölçər (1925, Ankara, Ankara vilayəti – 1990) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb. == Həyatı == Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır. Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb.
Dolça (astrologiya)
== Dolça == (lat. Aquarius) 21 yanvar - 19 fevral Ünsürü - Hava Rəmzi - Dolça Rəngi - Mavinin müxtəlif çalarları Himayəçi planeti - Saturn Aparıcı motivi - Cəsur olması Rəmzi görkəmi - Göz Müsbət xüsusiyyətləri - Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli, idealistdir. Mənfi xüsusiyyətləri - Aqresivliyi, tez əsəbləşə bilməsi Uğurlu rəqəmi: - 2, 4 (4-ə bölünən bütün rəqəmlər), 8, 9, 11, 13.
Dolça (astronomiya)
Dolça (lat. Aquarius) — Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sədalməlik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.
Dolça (bürc)
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dolça (dəqiqləşdirmə)
Dolça
Dolça bürcü
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Ekhart Tolle
Ekhart Tolle (alm. Eckhart Tolle‎; 16 fevral 1948) — alman ruhani müəllim və yazıçı. Ekhart Tolle heç bir din və təriqət ilə bağlı deyil. Lakin, o özünün bestsellerə çevrilmiş "İndinin gücü" adlı kitabında təsirləndiyi şəxsiyyətləri və fəlsəfələri aşağıdakı kimi qeyd etmişdir: Meister Ekhart, Advaita Vedanta, Möcüzələr kursu, mistik İslam, Sufizm, Ruminin şeirləri, Zen Buddizm, Lin-chi (Rinzai) məktəbi. == Həyatı == Ekhartın uşaqlıq illərində valideynləri davamlı mübahisə etmiş və nəticədə ayrılmışdılar. Məktəbdə də o, ayrıseçkiliyə məruz qalırdı. Tolle müharibədən sonrakı Almaniyada bombardman altında qalmış binalar arasında oynayaraq qorxu və narahatlıq mühitində böyüdü. Sonralar ağrının "ölkənin enerji sahəsində" olduğunu bildirirdi. Öz müsahibələrinin birində 13 yaşına qədər evlərindəki və məktəbdəki gərginliyi təsvir edərək Almaniyada keçirdiyi ağır uşaqlıq illərini xatırlayır. 13 yaşında atası ilə birlikdə yaşamaq üçün İspaniyaya getdi.
Nazan Ölçer
Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri. == Həyatı və fəaliyyəti == Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur. Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır. 1962–1969-cu illər arasında Almanyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir.
Nazlı Tolga
Nazlı Tolga Brenninkmeyer (8 noyabr 1979, Ankara) — türk-holland jurnalisti və xəbər aparıcısıdır. == Həyatı == O, atasının vəzifəsi ilə əlaqədar 7 yaşında Ankaradan İstanbula köçüb. Əvvəlcə Erenköy İbtidai məktəbini, daha sonra Üsküdar Amerikan Liseyini bitirib . Universitet təhsilini Marmara Universitetinin Ünsiyyət fakültəsində tamamladı. Daha sonra Qalatasaray Universitetinin Ünsiyyət fakültəsində magistr dərəcəsi aldı. Jurnalistika karyerasına 1998-ci ildə universitetdə oxuyarkən Kanal D -də təcrübə ərizəsi qəbul edildikdən sonra başlayıb. O, ilk olaraq Kanal D-də Xarici Xəbərlər xidmətində işə başlayıb. Daha sonra Tuncay Özkan baş redaktorda gündəlik və gecə xəbərlərini təqdim etdi. Tuncay Özkan 4 il Kanal D-də qaldıqdan sonra 2002-ci ildə Tuncay Özkan ilə Doğan Qrupu arasında yaranan fikir ayrılığına görə Defne Samyeli və komandası ilə Show TV -yə keçdi. Show TV-də qaldığı 1 il ərzində gecə-gündüz xəbərləri ilə yanaşı, xüsusi müsahibələr də verib.
Solea calycina
Hybanthus calycinus (lat. Hybanthus calycinus) — bənövşəkimilər fəsiləsinin hybanthus cinsinə aid bitki növü. == Sinonimləri == Calceolaria calycina (DC.) Kuntze nom. illeg. Ionidium glaucum (Endl.) Steud. Pigea glauca Endl. Ionidium calycinum (DC.) Steud. Solea calycina (DC.) Spreng.