Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stoqovo
Stoqovo (mak. Стогово) — Makedoniya Respublikasının qərb hissəsində yerləşən dağ massivi. Onun ən hündür zirvəsi Qolem-Rid dağıdır. Zirvənin maksimal hündürlüyü 2273 metrdir. Digər zirvələr: Banın-Sırt (2241 m), Stoqovo (2218 m), Kaneş (2216) və hündürlüyü 2000 metrdən yuxarı olan 7 zirvə. Dağlar qərbdə Qara Drin, şərqdə isə Sateska çayları arasında yerləşir. Şimaldan Bıstra-planina dağları ilə sərhədlənir. Stoqovo cənubda Qaraorman dağları ilə birləşərəK vahid dağ massivi əmələ gətirir. Bu massivin ümumi sahəsi 522 km² təşkil edir. Atoqovo massivi cavan dağlardan hesab edilir.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Veliko Tırnovo
Veliko Tırnovo ( bolqar. Велико Търново,Veliko Tırnovo "Böyük Tırnovo") — Bolqarıstanda şəhər. 1187-1393-cü illər arasında İkinci Bolqarıstan İmperatorluğunun paytaxtı olduğu üçün Bolqarıstan tarixində əhəmiyyətli bir şəhər olan Tarnovaya 1965-ci ildə böyük və uca mənasını verən veliko adı verilmişdir. 2022-ci ildən etibarən Şuşa şəhərimizlə qardaşlaşmışdır.
Tırnovo konstitusiyası
Tırnovo konstitusiyası (bolq. Търновска конституция) — Bolqarıstanın ilk konstitusiyası (Bolqarıstan knyazlığı). Konstitusiyanın hazırlanmasında Qərbi Avropada hüquq təhsili almış bolqar mühacirləri iştirak edirdilər. Veliko Tırnovoda qurulan Böyük Xalq Məclisi tərəfindən qəbul edilib. Konstitusiya o dövrdə knyazlıq hakimiyyətinə əhəmiyyətli məhdudiyyətləri ehtiva edirdi. Ona görə hökumət parlament qarşısında cavabdeh idi, deputatlar toxunulmaz idi və knyazın seçilməsinə icazə verirdi. Knyazın fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə və taxta bir neçə namizəd olacağı zaman o, üç nəfərdən ibarət kollektiv regentlik nəzərdə tuturdu. Bolqarıstan kralı III Borisin dövründə 1934-cü ilin mayında hərbi çevriliş baş verdi, bundan sonra konstitusiya faktiki olaraq dayandırıldı. Lakin o, 1947-ci ilin dekabrına, Bolqarıstan Xalq Respublikası yaranana qədər qüvvədə qalıb. 1879-cu il konstitusiyasına görə Bolqarıstan, üzvləri xalq tərəfindən seçilən parlamenti olan konstitusiyalı, irsi monarxiya elan edildi.
Borovo radiosu
Borovo radiosu (ing. Radio Borovo) - 1991-ci ildə fəaliyyətə başlamış Xorvatiyada milli azlıqları təmsil edən radio stansiyası. Borovo radiosunun mənzil qərargahı Borovo şəhərində yerləşir. Borovo radiosu Xorvatiyada milli azlıqlara aid olsa da, ən çox dinlənilən radio stansiyadır.. Radio stansiyanın verilişləri serb dilində yayımlanır. Radio stansiyanın tezliyi 100.7 MHz-dir. Borovo radiosu insan və milli azlıqların hüquqlarının müdafiəsi ilə əlaqədar vaxtaşırı olaraq QHT sektoru ilə əməkdaşlıq edir.
Trnovo platosu
Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu. Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir. Trnovo platosunda üç təbiət qoruğu mövcuddur: Böyük Paradana buz mağarası; Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga); Smrecye meşə qoruğu; Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır.