Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Tormos
Tormos (isp. Tormos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,30 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 380 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Corc Soros
Corc Soros (12 avqust 1930[…], Budapeşt) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur. "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3–6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; "Foros sanatoriyası" yaxınlığında "Narıncı çimərlik"; "Narıncı çimərlikdən" bir qədər aralıda "Soyuq çimərlik"; "Tixoya buxtasında" isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; "Derevyaşka" və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər) O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Yoros qalası
Yoros qalası — Yoros qalası, İstanbul boğazının Qara dənizdən girişinin şərq tərəfində, hündür bir təpənin üzərində yerləşir. Qala, Rumeli Hasarı ilə yanaşı, boğazın nəzarətini təmin etmək məqsədilə inşa edilmişdir. Qalanın ilk tikintisinin, qüllələrindən birində Grekcə kitabədən Bizans dövründə olduğu başa düşülür. Qala 1305-ci ildə Şile qalası ilə birlikdə Osmanlıların, 1348-ci ildən etibarən Qara dəniz ticarət yolunu əllərində saxlayan geniyalıların hakimiyyətinə keçmişdir. Bu dövrdə bir sıra əlavələrlə genişləndirilən qala, "Genuya qalası" adlandırılır. Şərqi Roma imperiyası zəif düşdükdən sonra qala geniyalıların əlinə keçmiş və uzun müddət onların əlində qalmışdır. Bu üzdən bir Genuya qalası olduğu inancı yaranmışdır. Qalanın örtdüyü sahə İstanbul ətrafındakı digər bütün qalaların tutduğu sahədən çox daha böyükdür. Daxili təbəqə qüllələrin bəziləri hələ yaxşı vəziyyətdədir və divarlarda yunanca yazılar gözə çarpar. Adının haradan gəldiyi qəti olaraq bilinmir.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Todos (memar)
Todos və ya Todosak (erm. Թոդոսակ; VI əsr – VII əsr) — orta əsr erməni memarı. O, Ermənistan və Gürcüstanda bir sıra kilsələr tikmişdir. İndiki dövrdə Todosun həyatı haqqında çox az şey məlumdur. Ateni Sionu — VII əsrdə inşa edilmişdir. Avan bazilikası 588–597-ci illərdə inşa edilmişdir. Cvari monastırı — 605–642 aralığında Todos tərəfindən inşa edildiyi güman olunur.
Ayon-Oros
Ayon-Oros (yarımada) — Yunanıstanda yarımada. Ayon-Oros (körfəz) — Egey dənizinin bir hissəsi. Afon (bəzən Ayon-Oros da adlanır) — Yunanıstanın Halkidiki yarımadasından Egey dənizinə tərəf uzanan 3 dar və uzun yarımadan biri.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.
Toro (fənər)
Toro ( "işıq səbəti", "işıq qülləsi") - daş, ağac və ya metaldan hazırlanan ənənəvi yapon çırağıdır. Yapon memarlığının digər elementləri kimi toro da Çin mənşəlidir. Yaponiyada torolar adətən buddist məbədlərinin qarşısında xətt boyunca düzülərək yolu işıqlandırırdı. Heyan dövrü ərzində onlar şintoist məbədləri, həmçinin həyət evlərində istifadə olunmağa başlamışdır. Daş və tuncdan olan çıraqlardan saxlanılanlardan ən qədimi Nara şəhərində tapılmışdır. Tayma-ci məbədində Nara dövrünə aid edilən daş çıraq vardır. Azuçi-Momoyama dövründə (1568- 1600) bu daş çıraqlar yapon çay mərasimləri ustaları sayəsində populyarlıq qazanmışdır. Belə ki bu çıraqlardan çay bağlarının bəzədilməsində istifadə olunurdu. Tezliklə onlar öz ehtiyaclarının ödəmək üçün yeni müxtəlif növ çıraqlar ixtira etməyə başladılar. Müasir bağ və parklarda onlar dekorativ məqsədlə saxlanılır və yola, suya və ya bina divarlarına yaxın yerdə yerləşdirilir.
Koros-Karan (Bakalı)
Koros-Karan (başq. Ҡорос-Ҡаран, rus. Куруч-Каран) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (91 %) üstünlük təşkil edir.
Törks və Kaykos
Törks və Kaykos (ing. the Turks and Caicos Islands) — Karib dənizində Britaniya dəniz ərazilərinə aid ərazi. Müdafiə və beynəlxalq məsələləri Böyük Britaniyanın səlahiyyətlərindədir. Yerli rəhbərliyin korrupsiya əməllərinə görə 15 avqust 2009-cu ildən adalarda Böyük Britaniyanın birbaşa idarəetməsi tətbiq edilib. Hazırda ölkənin pul vahidi ABŞ dollarıdır.
Yeni Koros (Bakalı)
Yeni Koros (başq. Яңы Ҡорос, rus. Новокуручево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, kənd sovetliyindən (Köhnə Koros): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 105 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), tatarlar (44%) üstünlük təşkil edir.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Henri Devid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Henri Deyvid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Skuderiya Toro Rosso
Scuderia Toro Rosso (italyanca "qırmızı öküz") — Formula 1-də iştirak edən italyan komandası, Red Bull-un 2-ci komandası. Komandanın bütün sürücüləri Sebastyan Burde istisna olmaqla, Red Bull Junior Team-in üzvü olub.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. Əhalisi 66,3 min (2010) nəfərdir. Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
Doris
Doris (lat. Doris) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. Doris alboranica Bouchet, 1977 Doris atypica (Eliot, 1906) Doris bertheloti (d'Orbigny, 1839) Doris bicolor (Bergh, 1884) Doris bovena Er. Marcus, 1955 Doris caeca (Valdés, 2001) Doris cameroni (Allan, 1947) Doris chrysoderma Angas, 1864 Doris claurina (Er. Marcus, 1959) Doris falklandica (Eliot, 1907) Doris flabellifera Cheeseman, 1881 Doris fontainii d'Orbigny, 1837 Doris fretterae T. E. Thompson, 1980 Doris granulosa (Pease, 1860) Doris ilo (Er. Marcus, 1955) Doris immonda Risbec, 1928 Doris kerguelenensis (Bergh, 1884) Doris kyolis (Ev. Marcus & Er.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.